четверг, 15 февраля 2024 г.

Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin bağlanış mərasimi keçirilib.

16.02.2024-cü il tarixində Sabunçu rayonu Bakı Gənclər Mərkəzində Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan “


Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə müəllimlər, valideynlər, şagirdlərlə yanaşı layihənin eksperti Ramil Süleymanov, 68 nömrəli tam orta məktəbin direktoru Məmmədova Nazəni x., 279 nömrəli tam orta məktəbin müəllimi Bayramova Dilqamə, layihə çərçivəsində çəkilmiş filmləri səsləndirən Səftər Ağayev iştirak etmişdir. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Vəfa Məmmədova layihənin əsas məqsədi, vəzifələri və bu vəzifələrdən irəli gələn layihənin fəaliyyət planı üzrə görülmüş işlərin hesabatını təqdim etmişdir. Effektiv maarifləndirmə işinin təşkili məqsədilə hazırlanmış filmləri məktəblərdə, sosial şəbəkələrdə, təhsil saytlarında və s. nümayiş etdirməklə son illərdə mövcud olan nizamsızlıq və xoşagəlməz halların qarşısının alınacağını, cəmiyyətdə səliqəli və nizam-intizamlı mühitin formalaşacağını, həmçinin, məktəb nüfuzunun artırılması işinə dəstək verəcəyini vurğulamışdır. Daha sonra filmlərin təqdimatı həyata keçirilmişdir. Qonaqlar çəkilmiş filmlərin şagirdlərin həyat və sağlamlığının təminatına, tədris prosesinin təhlükəsizliyinin təminatına, məktəbdə hər bir şagirdin uğurlu təliminə köməklik edən normal iş şəraitinin yaradılmasına, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsinə, davranış mədəniyyəti və ünsiyyət bacarıqlarının inkişafına dəstək verəcəyini bildirdilər. Sonda tədbir iştirakçıları belə müsabiqələrin yaradılması və təşkilində göstərdiyi etimad və dəstəyə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə öz təşəkkürlərini ünvanladılar.

понедельник, 5 февраля 2024 г.

Zəkalar liseyində İngilis dərsləri müasir metodla tədris edilir


 Ümummilli lider Heydər Əliyev dilimizi yüksək qiymətləndirərək çıxışlarında qeyd etdiyi kimi, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dahi rəhbərin fikrincə, hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adamlar adlandırırdı. Şübhəsiz, ana dili bizim varlığımızı, kimliyimizi, şəxsiyyətimizi sübut edən əsas “pasport”dur. Buna baxmayaraq, hazırda dünyaya inteqrasiya etmək, mədəniyyətlərarası əlaqələr və fərqli dünyagörüşləri tuta bilmək, üfüqü genişləndirmək üçün bir və ya bir neçə xarici dili bilmək bacarığı zamanın tələbinə uyğun prioritet məsələlərdəndir. Afinalı filosof Sokratın da məşhur aforizminə istinad etsək, neçə dil bilirsənsə, o qədər adamsan.


Zamanın nəbzini tutmaq, müasir dövrlə ayaqlaşmaq üçün ingilis dilini öyrənmək zəruri əhəmiyyət kəsb edir. Başqa dillərdə danışan insanlar arasında ortaq ünsiyyət vasitəsi kimi ilk “beynəlxalq ortaq dil” statusunu qazanıb. İngilis dili dünyanın ən çox danışılan və eyni zamanda öyrənilən dilidir. Hazırda dünya üzərində internet resurslarının və çap olunan kitabların 80% - dən çoxu ingilis dilində olduğuna görə bu dili öyrənmək zərurəti yaranır.

Əcnəbi dillərin, xüsusilə də, ingilis dilinin tədrisində bir neçə metod və üsullardan istifadə olunur

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində qalib olmuş “ Dinləyərək danışıram oxuyaraq yazıram” layihəsi uğurla davam etməkdədir.

 Layihə boyunca dərslərin keyfiyyətinin ölçülməsi və şagirdlərin hər 4 dil bacarığı üzrə inkişaf dinamikasını müəyyənləşdirmək məqsədilə keçirilmiş monitorinqlərin qiymətləndirilməsi və müzakirəsi üçün layihənin işçi qrupu və layihə rəhbəri toplantı keçirmişdir. Müzakirə zamanı dərslərə davamlı qoşulan şagirdlərin adı müəyyən olunmuş; oxu, yazı, dinləmə və danışıq dərslərinin hər birində seçilən şagirdlərin  monitorinq nəticələrinin də yüksək olduğu nəzərdən yayınmamışdır.

 #GrantsEduAz #ElmVəTəhsilNazirliyi #VIIQrant #QrantMüsabiqəsi

Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi* layihəsi yeni ildə uğurla davam edir

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin ""Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi* layihəsi çərçivəsində yaradıcı dərslərimiz davam.edir. Şagirdlər böyük sevinclə layihəni dəstəkləyir və bəyənirlər. Təlimin 17 ci günü şagirdlər Ardunio dəstləri ilə öz yaradicı qabiliyyətlərini inkişaf etdirirlər. Dersimiz Led işıqlar. Bu gün qızlarımız olduqca fəaldırlar. Arduino ağıllı sistemlər və layihələr  hazırlamaq üçün nəzərdə tutulmuş proqramlaşdırıla bilən mikrokontrollerdir.  Başqa sözlə desək, Arduino müxtəlif rəqəmsal qurğular, sistemlər yarada biləcəyimiz bir vasitədir. Arduinonu digər bənzər platformalardan fərqləndirən əsas xüsusiyyət onun əsasını təşkil edən komponentlərin və onunla birlikdə işləyən sensorların real həyatda tətbiqinin olmasıdır. Bu səbəbdən Arduino öyrənən şəxslər, şagirdlər və tələbələr əlavə bir qurğu, proqramlaşdırma dili öyrənmədən bir başa real həyatla bağlı layihələr üzərində çalışa bilirlər. Arduino ilə hazırlaya biləcəyiniz layihələr


Arduino ilə hazırlaya biləcəyiniz layihələrin sayı sizin təxəyyülünüz və biliklərnizlə məhdudlaşır. Günümüzdə tədrisdə istifadə olunan tədris robotlarının bir çoxu Arduino kart komponentinin üzərində qurulmuşdur. Arduino ilə hazırlaya biləcəyiniz layihələrdən bəzilərini sizlərə təqdim etmək istərdik:

 

  • İşıqları proqramlaşdırıldığı vaxtda dəyişən İşıqfor
  • Hava qaralan zaman avtomatik yanan və işıqlananda sönən işıqlar
  • Otaqdakı temperaturun səviyyəsinə uyğun olaraq fərqli sayda yanan işıqlar
  • Otaqdakı qaz səviyyəsinin dərəcəsinə görə işləyən Qaz siqnalizasiyası
  • Otaqdakı işıq, qaz, temperatur, nəmişliyi ölçüb ekranda göstərən ağıllı qurğu
  • Maşın yaxınlaşanda qarajın qapısını avtomatik açan ağıllı qurğu
  • Dibçəkdəki torpağın nəm səviyyəsinə uyğun gülləri suvaran avtomatik qurğu
  • Maşını park etmək üçün köməkçi qurğu
  • Uzaqdan idarə olunan maşınlar
  • Labrintə yolu tapa robot
  • Xətt izləyən robotlar
  • Oyun qurğuları və pultları
  • Təhlükəsizlik sistemi
  • Günəş paneli ilə işləyən maşınlar, qurğular
  • Avtomatik idarə oluna robot qollar


Qeyd etmək istərdim ki, layihənin rəhbəri və müəllifi, Bakı şəhər 216 nömrəli tam orta məktəbin dirtektoru Səidə Rəhimovadır. 

воскресенье, 4 февраля 2024 г.

"Qiraətçilər klub" üzvləri, Gəncə şəhəri taninmiş qələm ustaları ilə birlikdə

 

Gəncə şəhəri M.Mehdizadə adına 4 N xarici dil təmayüllü məktəb-liseyində "Qiraətçilər klub" üzvləri, Gəncə şəhəri taninmiş qələm ustaları Xəzəngül xanım və Aləmzər Əlizadə xanımla, İlham Məmmədovun iştiraki ilə çox maraqlı goruş baş tutdu... “Bədii qiraət sənəti aktyorluqdan bəhrələnir. Qabliyyəti olan və eyni zamanda normal aktyorluq təhsili görən gənclər bu sənətin incəliklərinə yiyələndikdə, çox böyük uğurlar qazana bilir. Burada əvvəlcə danışıq texnikasını, mətn üzərində işi, sözlə işgörmə elementlərini, Azərbaycan dilinin orfoepiya qanunlarını bilmək lazımdır. Hər şeydən qabaq bədənini şüurlu surətdə danışığa hazırlamalısan. Danışıq aparatın da mütləq daim danışığa köklü olmalıdır. Daha sonra təxəyyülün çox ciddi işləməlidir

Həmyaşıd təhsil əsaslı "Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlar" mövzusunda seminar


Həmyaşıd təhsil əsaslı "Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlar" mövzusunda "Reproduktiv əxlaq " layihəsi çərçivəsində layihənin ilk təlimi baş tutdu. Təlimlər şagirdlər üçün olduqca maraqlı və yadda qalan oldu. Təlimlər zamanı şagirdlərə:

 

Cinsi yolla yoluxan infeksiyaların əlamətləri:

• Cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı

• Çox tez-tez və ağrılı sidik ifrazı

• Cinsi orqanlardan qeyri-adi və qoxulu selik ifrazı

• Cinsi orqanlar və anal dəlik (anus) sahəsində qızartı

• Bədəndə səpgilər

• Cinsi orqanlarda və anus ətrafında, ağızda, dodaqlarda xoralar və sızanaqlar

• Böyümüş limfatik düyünlər (əsasən qasıq nahiyəsində)

• Qarının aşağı hissəsində ağrılar

mövzusunda ətraflı məlumatlar verilmiş oldu. 

 

воскресенье, 7 января 2024 г.

Uğurlu layihə başa çatdı



 Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Reproduktiv sağlamlıq reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.

Gənclər üçün reproduktiv sağlamlığın daha aktual məsələləri aşağıdakılardır:

Cinsi yolla yoluxan infeksiyaların (CYYİ) qarşısının alınması

Ailə planlaşdırılması

Quba rayonunun ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə qizların reproduktiv sağlamliq sahəsində blliklərinin artırılmasına yardımcı olmaqdan ibarətdir.


Layihənin vəzifələri:

  1. Reproduktiv sağlamlığa dair maariflandinci təlimlərin keçirilməsi,
  2.  Səxsi gigiyena baradə məlumatlandırma
  3. Cinsi xəstəliklərin qarşisinin alınması
  4. Yeniyetmələrin-gələcək anaların sağlamlığı
  5. Aile planlaşdırılması va sağlam nəsil artımının ötürülməsi.

Bu layihə üzrə təlimlərimiz olduqca maraqla davam edir. Hər qrupla 3 saat davam edən təlimin əsas hədəfi qızlarmızda Repreduktiv sağlamlıq sahəsində bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Yeniyetmənin dostu” layihəsi məktəblilər tərəfindən olduqca böyük maraqla qarşılanır. 

Uğurlu layihə 3 ay davam edərək, yaddaşlarda böyük bir iz qoymuş oldu. Layihə iştirakçılarına sertifikatlar verildi. 

четверг, 28 декабря 2023 г.

Qiraətçilər Klubu layihəsinin açılışı baş tutdu


“Bədii qiraət sənəti aktyorluqdan bəhrələnir. Qabliyyəti olan və eyni zamanda normal aktyorluq təhsili görən gənclər bu sənətin incəliklərinə yiyələndikdə, çox böyük uğurlar qazana bilir. Burada əvvəlcə danışıq texnikasını, mətn üzərində işi, sözlə işgörmə elementlərini, Azərbaycan dilinin orfoepiya qanunlarını bilmək lazımdır. Hər şeydən qabaq bədənini şüurlu surətdə danışığa hazırlamalısan. Danışıq aparatın da mütləq daim danışığa köklü olmalıdır. Daha sonra təxəyyülün çox ciddi işləməlidir, daxilin zəngin olmalıdır. Eyni zamanda, istedad və qabiliyyət olmalıdır.Gəncə şəhəri 4 nömrəli tam orta məktəbdə qrant layihə icrasına davam edirVII qrant müsabiqəsinin qalib layihələrindən biri olan Qiraətcilər Klubu layihəsinin təntənəli təqdimat mərasimi baş tutdu. Tədbirdə tanınmış yazıçı və şairlər iştirak edirdi. Qeyd edək ki, layihənin rəhbəri Gəncə şəhər 4 nömrəli xarici təmayüllü