Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə,
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, Qızıl Aypara Cəmiyyətinin
Sumqayıt bölməsinin və GİKM-nin Abşeron-Xızı nümayəndəliyinin təşkilati dəstəyi
ilə 24 avqust 2024-cü il tarixində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində Gənclər
Fondunun "İdeyanı reallaşdır 2023" gənclərin fərdi layihələri üzrə
qrant müsabiqədə qalib olan İlk yardımda - Gənc məsuliyyət layihəsinin sonuncu
praktik məşğələsi keçirilib.
Tədbirdə ilkin yardım anlayışlarının
gənclərə aşılanması, baş vermiş hadisələr zamanı ilkin yardımın göstərilməsi,
təcili tibb yardım briqadasına qədər ilk yardımın göstərilməsilə insan həyatı
itkisinin qarşısının alınması istiqamətində
praktik məşğələlər keçirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
#AzGF #GenclerFondu #AbşeronXızıGənclərİdman #QAC #
GİKM #İlkyardım #Gənclərİdman #AzərbaycanGəncləri #AZEYouth #Seminar

Комментариев нет:
Отправить комментарий