“Sosial Dayaq”
İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Siyəzən
rayonunda “Az təminatlı və əlil uşağı olan ailələrin məktəbəqədər
təhsil müəssisələrinə getməyən beşyaşlı
uşaqları üçün məktəbə hazırlığın təşkili” layihəsini
davam etdirir. Layihə çərçivəsində “Az təminatlı və əlil
uşağı olan ailələrin uşaqlarına məktəbəhazırlıq təlimləri keçirilir. Təlimlərə
xüsusi qayğıya ehtiyacı olan uşaqlar da
cəlb olunub. Təlimlər təcrübəli müəllimlər tərəfindən aparılır. Bu layihədə fəaliyyət
göstərən müəllimlər üçün xüsusi Beynəlxalq
hazırlıq proqramı əsasında fərqli təlimlər,
“Təhsildə müasir internet texnalogiyalarını tətbiq etməklə
məktəbəhazırlıgın inkişaf etdirilməsi təlim modulu əsasında ” təhsi eksperti Ramil Süleymanov tərəfindən
keçirilir. Təlimlərdə
“Sosial Dayaq” İB –nin işçiləri və üzvləri iştirak
edirlər. Təlimlər prosesində
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq edilir, əldə edilmiş təcrübədən istifadə olunur. Təlimlər zamanı uşaqlara təhlükəsizlik qaydalarına əməl etməyi, nitqi dinləyib
anlamağı və nitq etiketlərindən istifadə etməyi, sadə
riyazi əməliyyatları yerinə yetirməyi, şer söyləməyi, ətraf
mühit haqqında ilkin məlumatlar, sadə təqdimatlar
etməyi, özünəxidmət, sadə əmək
və sadə bədii yaradıcılıq bacarıqlarına
yiyələnməyi və s. bacarıqlar öyrədilir. Həmçinin təlimdə iştirak edən
uşaqların valideyinləri də maarifləndirilir. Valideyinlərə məktəbəhazırlıq qaydaları,
istifadə edilən vəsaitlər və
onların uşaqların intelektual
inkişafında səmərəliliyi barədə məlumatlar verilir.
Xüsusən xüsusi qayğıya
ehtiyacı olan uşaqların valideyinləri ilə təlimlər
davam etdikcə mütamədi
olaraq maarifləndirmə işi
aparılır. “Sosial Dayaq” İctimai Birliyinin üzvlərinin əvvəlki illərdə həyata keçirilən əlilliyə erkən yardım proqramında əldə etdiyi təcrübədən istifadə olunur. Təlimlər zamanı valideyinlərə uşaqların inkişafı üçün nələr etmək və hansı vəsaitlərdən istifadə etmək tövsiyə olunur.

Комментариев нет:
Отправить комментарий