Xəbərlər

Milli İnternet Mükafatı – Milli Net 2014 başlayır

Milli Net Təşkilat Komitəsi bildirir ki Milli İnternet Mükafatına 25 sentyabr tarixdə  start veriləcək.İddiaçılar www.millinet.az saytında  qeydiyyatdan keçərək öz İnternet resursları və İnternet layihələrini təqdim edə bilərlər. Milli İnternet resursların cari ildəki yarışmasında 2 yeni Nominasiya – “Qarabağ haqqında saytlar“ və   “Mobil tətbiqlər” Nominasiyaları daxil edilib. Dövlət və bələdiyyə resursları nominasiyasının adı dəyişdirilərək “Elektron hökumət” Nominasiyası adlandırılıb.Beləliklə Milli Net 2014 yarışması  14 Nominasiya üzrə keçiriləcək.


1.    Korporativ saytlar

2.    İctimai-sosial saytlar

3.    Media və İnformasiya

4.    Mədəniyyət, incəsənət və turizm saytları

5.    Ailə, uşaq və sağlamlıq

6.    Asudə vaxt, idman və əyləncə

7.    Bloqlar

8.    Elm və təhsil

9.    Elektron hökumət

10.    Xidmət (Servis)

11.    Qarabağ haqqında saytlar

12.    İstifadəçi kontenti üzərində qurulmuş saytlar

13.    Mobil tətbiqlər

14.    Ən yaxşı sosial şəbəkə səhifəsiÖtən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Hazırda Münsiflər Heyətinin formalaşdırılması prosesi davam edir. Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az  saytında yerləşdirilir. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlər əsaslandırılır.Müsabiqədə 14 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və 25 noyabrda qeydiyyat başa çatacaq.  Qiymətləndirmə prosesi dekabrın 15 –dək davam edəcək. Milli Net 2014 yekun Təqdimat mərasimin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azercell və Delta Telekom şirkətləri dəstək verir.





Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıqda ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan kadrların “Liderlik və İdarəetmə” adlı təlimdə iştirakı üçün müsabiqə elan edir.
  Təlimin məqsədi: müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.
İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən  ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək.Təlimlərin müddəti: noyabr – yanvar 2014
Təlimdə əhatə ediləcək mövzular:·         Təhsildə liderlik və idarəetmə
·         Məktəbin idarə edilməsi (PTT yönümlü)
·          Kurikulumun dizaynı və idarə edilməsi
·         Qiymətləndirmə (peşə və təhsil standartları, daxili sorğu-cavab)
·         Marketinq
·         Maliyyə İdarəetməsi
·         Məlumatların təhlili, monitorinqi və qiymətləndirilməsi
Müsabiqədə iştirak üçün minimum tələblər:·         Ümumi idarəetmə, təhsilin idarəolunması, iqtisadiyyat, dövlət və bələdiyyə idarəçiliyi, hüquqşünaslıq, tarix, pedaqoqika sahələrində tam ali təhsil;
·         5 illik iş təcrübəsi;
·         Azərbaycan dilini mükəmməl bilmək;
·         Microsoft Office proqramlarını bilmək.
Namizədlərdən gözlənilən digər keyfiyyətlər:·         Liderlik bacarığı
·          Yüksək motivasiyalıq
·         Səmərəli qərar qəbul etmə bacarığı
·          Nəticəyönümlülük
·          Xarici dili bilmək
Müraciət qaydaları: müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər tərcümeyi-halı (CV) office@allianzconsult.az ünvanına göndərə bilər.
Müraciət üçün son tarix: 30 sentyabr 2014
Seçim qaydaları:·         Tərcümeyi-hal (CV) üzrə birinci seçim mərhələsi;
·         Test üzrə ikinci seçim mərhələ;
·          Müsahibə üzrə üçüncü seçim mərhələ;
·          Müvafiq testlər vasitəsilə qiymətləndirmə üzrə dördüncü seçim mərhələ;
·          Tapşırıq üzrə beşinci seçim mərhələ.
Yekun qiymtləndirmə: təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlər “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı”” əldə etmiş və hal-hazırda ilk peşə-ixtisas təhsil müəssisə direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hal-hazirda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yərlər təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.
Allianz Consult MMCAZ1001, Bakı şəhəri, Nizami küç., 1/3, Sapphire Plaza, 6-cı mərtəbəƏlaqə telefonları: (99 412) 404 99 15; Faks: (99 412) 404 99 16E-poçt: office@allianzconsult.az Ətraflı məlumat            




         Международный творческий конкурс "День Учителя!"



Уважаемые педагоги!
Наступила осень, а вместе с ней к нам приходит благородный и душевный праздник - День Учителя. В преддверии этого замечательного профессионального праздника Международное сообщество педагогов "Я - Учитель!" приглашает всех педагогов и преподавателей школ, гимназий, лицеев, учреждений дополнительного образования принять участие в

Международном творческом конкурсе
"День Учителя!"


Əlavə məlumat










2015-ci il Bakida kecirilecek Olimpiyadaya gelen xarici gonaglar ucun xidmet gosterecek Ingilis dili bilen namizedler axtarilir. Ish 6 ay olacaqdir. Maash ise 1200 AZN-dir. Ish grafiki butun gundur. Ishin tesviri odur ki, ishchi xaricilerle olacag, lazim oldugla onlari gezmeye aparacag, onlarla tam gun erzinde elagede olacag, tercume edecek ve s. Tecili olarag namizedler uhuseynova@khazar.org e-mail adresine CV-lerini gondersinler. 22 Sentyabr saat 15:00da CV-ler gonderilecekdir. Telesin!

_____________________________________________________________________

Onlayn media 2014 müsabiqəsinə start verilir


2006-cı ildən etibarən Multimedia Mərkəzi tərəfindən  “İnformasiya Cəmiyyətinin Jurnalisti” Proqramı həyata keçirilir. Proqram çərçivəsində jurnalistlər üçün Təlimlər və media Müsabiqələri təşkil olunur.

Cari ilin sentyabr ayından Multimedia Mərkəzi tərəfindən adı çəkilən Proqram çərçivəsində “Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır və “Onlayn Media” müsabiqəsi təşkil olunur.

Layihənin məqsədi ölkədə  onlayn media  infrastrukturunun inkişafına dəstək vermək, onlayn media sahəsində kadrların peşakarlığının artırılmasına kömək etmək və yeni media vasitəsilə informasiya əldə edilməsini keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdır.

Bu məqsədin gerçəkləşməsi istiqamətində ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, elektron hökumət məsələlərindən, İnternet və mobil texnologiyaların gündəlik həyatımıza təsirindən  sistemli formada yazan peşəkar jurnalistlər şəbəkəsinin inkişaf etdirilməsi  nəzərdə tutulur.

Onlayn media sahəsində çalışan kadrların peşəkarlağının artırılaması ilə bağlı Treninqlər təşkil olunacaq. Bir həftə davam edən Təlimləri İKT və media sahəsində çalışan  peşəkar mütəxəssislər aparacaq.

Layihə çərçivəsində həmçinin Onlayn Media Müsabiqəsinin  keçirilməsi və bu istiqamətdə ictimai müzakirələrin təşkili nəzərdə tutulur.

Onlayn Media  Müsabiqəsinə  ölkədə elektron hökumət quruculuğu, İnformasiya Cəmiyyəti quruculuğu ilə əlaqəli, İKT-min  müxtəlif sahələrdə tətbiqinə aid onlayn media qurumlarında  dərc olunan yazılar  təqdim olunacaq.

Bu Müsabiqə çərçivəsində  Twitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqə iştirakçıları ölkədə elektron hökumət quruculuğu və elektron təhsillə  bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin sahibləri olacaq. Müsabiqə çərçivəsində olan bu tip tvitlər bəlli bir müddətdə yalnız #ehokumət və  #etehsil həştəqləri ilə yazılacaq.

Onlayn media Müsabiqəsinin qaliblərinə və “Ən yaxşı xalq jurnalisti” yarışmasında fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.

Layihə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

___________________________________________________________________________________



“Gartner” analitikləri 2013-cü ilin nəticəsinə görə kompüter təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş qlobal proqram təminatı bazarının həcmini 19,9 milyard məbləğində qiymətləndiriblər. Ötən illə müqayisədə proqram təminatı bazarının bu seqmenti 4,9% artıb, amma ekspertlər daha yüksək dinamika gözləyirdilər.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər “Symantec” şirkətini ən gəlirli antivirus proqram təminatı istehsalçısı adlandırıblar. 2013-cü ildə ABŞ şirkəti 3,7 milyard dollar məbləğində antivirus proqram təminatı satıb ki, bu da ötən illə müqayisədə 0,3% azdır. Şirkətin bazar payı 18,7% təşkil edib.

“Intel” prosessor nəhənginin dəstəyi ilə işləyən “McAfee” ikinci yerdə qərarlaşıb. Şirkət müxtəlif antivirusların satışından gəlirini illik hesablama üzrə 3.9% artıraraq 1,7 milyard dollara çatdırıb. “McAfee”nin bazar payı 8,7%-ə bərabərdir.

5,7% bazar payı və 1.1 milyard dollar gəlirə malik “IBM” şirkəti ilk üçlükdə qərarlaşıbhttp://edu.gov.az/view.php?lang=az&menu=228&id=9080

6 комментариев:

  1. Cox böyük həvəslə bu təlimlərdə iştirak etmək ümüdilə,cox sağ olun Ramil müəllim. Hər təlimdən sonra bizlərdə özünə inam hissi artaraq, saglam addımlarla addımlamağımıza şərait yaratdığınız ücün . Sızə cox minnətdaram.

    ОтветитьУдалить
  2. Sizin təliminizdən sonra həqiqətən də özümü kəşf etməyə başladım və daha doğrusu yaman cəsur, qorxmaz oldum.Bu da məni sevindirir. Yeni təlimdə iştirak etmək arzusundayam.Uğur olsun! Yaxşı ki, varsınız...

    ОтветитьУдалить
  3. Məhz sizin təliminizdən sonra özümə inam daha da artdı. Dogrudan da mən nəsə edə biləcəyimə inandım.Passivlikdən çıxaraq aktivliyə can atmaqdayam . Yeni təliminizi sebirsizliklə gözləyirik.

    ОтветитьУдалить