Mən və Karyeram

Mündəricat

 

1.                  MODUL 1. Uşağın uğurlu ixtisas seçimində valideyn rolu

2.                  MODUL 2. Müsahibə zamanı edəcəkləriniz

3.                  MODUL 3. “Peşə Seçiminə Təsir edən Amillər”

4.                  MODUL 4. “Özünü Tanıma”(Özünü Dərk etmə)

5.                  MODUL 5. Özünüzü kəşf edin.

6.                  MODUL 6. Peşələri Tanıma

7.                  MODUL7. Gələcəyin Peşələri

8.                  MODUL 8. CV necə yazılmalı ?

9.                  MODUL 9. Liderlik

10.              MODUL 10. Keyfiyyətli işçi sorağında

11.              MODUL 11. Fərdi İnkişaf

12.              MODUL 12. Hədəf müəyyənləşdirmək

 

 

 

 

 

 

 

 

 

 

Giriş

Sonuna kimi gedilməmiş yol, heç gedilməmiş yol kimidir!

Əziz oxucu! Bu kitabda Sizin üçün gələcək uğurlu peşələrin seçimi, uğurlu karyera üçn lazım olan bütün materiallar vardır. Bu kitabda Sizin gələcəkdə seçəcəyiniz uğurlu peşənin nəticəsində necə gözəl karyera qura biləcəyiniz yollar göstərilmişdir. Sizdən sadəcə olaraq, burda yazılan məsləhətlərdən istifadə etmək təklif olunur. Bu kitabda Sizlər üçün real faktlarla yanaşı həm də maraqlı hekayyələr də öz əksini tapmışdır. Bu hekayələr həyat dolu bir başa həyatla bağlı hekayələrdir. Əminik ki, Sizlər üçün hazırladığımız bu kitabın Gələcək həyatınızda böyük uğuru olacaqdır. Bu şəxsi dünyanızda bir dəyişim yaşamaq istəyir və böyük hədəflərə üçmaq istəyirsinizsə, dogru zamanda, doğru kitabı əlinizdə tutursunuz. Çünki, “UĞURLU TƏLİM PEŞƏLƏRİ, ONLARIN SEÇİMİ, SEÇİMLƏR ZAMANI YARANAN ÇƏTİNLİKLƏR VƏ ONLARIN ARADAN QALDIRILMA YOLLARI” kitabı bu günə kimi oxuduğunuz kitablardan öz təsirliliyi ilə tam fərqlənir. Real bir fakt deyə bilərik bu kitab tam hazır olmamışdan öncə bu mövzuda bir təlim zamanı bir gənc mən uzun müddət acılar çəkdim, hansı iş sorağına düşdümsə tapa bilmədim, məni qəbul etmədilər və yaxud edərək, Sən bizim üçün lazım olan kadr deyilsən dedilər. Onunla mütamadi olaraq, apardığımız söhbətlərdən sonra, həmin gənc bu gün özünə çox uğurlu bir iş tapıb. Hal hazırda Azərbaycanda Bankçılıq sistemində ən mühüm vəzifələrdən birini tutur. Onunla söhbət zamanı necə uğur qazandın? Sualını verəndə, Mənə: “ Müəllim, çox sadə. Bütün başımdakı uğursuz, pis, fikirləri bir kənara atdım və onların yerinə Sizin təlimlər zamanı verdiyiniz məsləhətlərlə əvəz etdim və nəticədə ilk öncə uğurlu peşə seçimi etdim, daha sonra işə düzəldim. Sonra... yavaş- yavaş öz peşəmdə yüksəlməyə başladım və nəticədə böyük bir iş sahibinə çevrildim. San ki, bu həyatda yenidən doğulmuş oldum. Əgər Siz də həyatda uğur qazanmaq, özünüzü daha başarılı bir şəxs kimi görmək və Azərbaycan xalqına xidmət etmək istəyirsinizsə, O zaman bizim kitabımızda olan 12 modulun hər birini diqqətlə oxuyun və oxuduqdan sonra, onu yavaş-yavaş sınaqdan keçirməyə başlayın. Hər birinizə uğurlar arzu edirik. Qeyri adi olmaq, sonszluğa doğru hərəkət etmək, özünüzü kəşf etmək istəyirsinizsə, o zaman, Yükşəliş səyahətinə xoş gəldiniz!

    

         ƏSRİN ƏN BÖYÜK QURUCULARI

 

Bu şəxslər zamanında düzgün peşə seçimi edərək, öz peşələrinin sirrlərinə dərindən yiyələnərək, Gələcək Karyeralarını elə uğurla qurmuşlar ki, adlarını təşkilatı quruculuq istiqamətində ən uğurlu qurucular kimi tarixin səhifəsinə qırmızı hərflərlə yazmışlar.

1. Stefen Beçtel. İnşaat sektorunun ən məşhur şirkəti “Betçel Korporasiya­sı”­­nın qurucusu.

2. Leo Burnett. Dünyanın ən tanınmış reklamçısı və “Leo Burnett Uorld­vayd” şirkətinin qurucusu.

3. Uillis Carrier. Hava kondisionerləri, isitmə və dondurma sistemləri isteh­salı üzrə dünyanın ən böyük şirkətlərindən biri olan “Karrier Korpo­ra­si­yası”nın qurucusu və hava kondisionerlərinin ilk ixtiraçısı.

4. Uolt Disney. “Uolt Disney Korporasiyası”nın qurucusu və animasiya mul­ti­mediasının ilk imperatoru.

5. Henri Ford. “Ford Motor” şirkətinin qurucusu və avtomobil dünyasının bir nömrəli adamı. İlk dəfə kütləvi maşın istehsalı prosesini təqbiq edən və işçi­lərə yüksək məvacib verərək ABŞ-da orta təbəqə əhalinin forma­laş­ma­sın­da önəmli rol oynayan insan.

6. Bill Qeyts. 46.5 milyard ABŞ dolları mal varlığı ilə dünyanın ən zəngin adamı və mikrokompüter sahəsinin pionerlərindən olan “Microsoft şirkəti”­nin qurucusu

7. Amadeo Qiannini. “Bank of America”nın qurucusu və bir çox müasir bank əməliyyatlarının təşəbbüsçüsü.

8. Rey Krok. Makdonald qardaşlarının 1940-cı ildə açdıqları restoranı alıb 1955-ci ildə “Makdonalds Korporasiyası”nı quraraq, “fast-food” sənayesin-də­ inqilab yaradan adam.

9. Este Lauder. Parfümeriya və kosmetika sahəsində dünyanın ən nəhəng şir­kət­lərindən biri olan “Este Lauder” şirkətinin qurucu

10. Uilliam Levitt. Müasir amerikan suburbanizasiyasının atası hesab edi­lən adam.

11. Luis B. Mayer. Dünyanın ilk kino rejissorlarından biri.

12. Laki Lusiano. Müasir cinayət sindikatının atası hesab olunan insan

13. Çarles Merril. “Merril Linç” şirkətinin qurucusu və amerika xalqının səhmdar xalq olmasında önəmli rol oynamış insan

14.  Akio Morita. “Soni” şirkətinin güvənli marka olmasında böyük rolu olan iş adamı və volkmenin ixtiraçısı.

15.  Ualter Reuter. İşçi haqqlarının müdafiəsi naminə çalışan və bu konteksli hərəkatlara öndərlik etmiş adam

16.  Pete Rozelle. Milli futbol liqasının dünyanın ən məşhur idman oyun­ları liqası olmasında mühim rolu olan insan

17.  David Sarnoff. “Radio Corporation of America” şirkətinin idarəçilərin­dən biri.

 18. Juan Trippe. Hava limanı sahibi və bu sahənin pionerlərindən biri.

19.  Sem Uolton. ABŞ-ın pərakəndə satışla məşğul olan nəhəng şirkəti “Wal-Mart”ın qurucusu.

20.  Tomas Uotson. “IBM”in qurucusu və vəfat etdiyi zamanlarda dünya­nın­ ən böyük satıcısı hesab olunan adam.

Yuxarıda adı göstərilən insanların hər biri tarixdə öz adlarını yazmış insanlardır.

______________Boşluğa adınızı yazın. Bu sizsiniz. Böyük bir sər­vətin və nəhəng bir şirkətin sahibisiniz. Sahənizdə tayı-bərabəri olmayan yek mü­tə­xəssissiniz. Və budur, son model “Rolls Roys”unuzdan aşağı endiniz. Bir anda ətrafınızda media nümayəndələri, yoldan keçən  insanlar toplandı. Siz heç kəsə fikir vermədən əmin addımlarla kitab evinə daxil oldunuz. Böyük oxucu kütləsinin marağını cəlb edən “UĞURLU TƏLİM PEŞƏLƏRİ, ONLARIN SEÇİMİ, SEÇİMLƏR ZAMANI YARANAN ÇƏTİNLİKLƏR VƏ ONLARIN ARADAN QALDIRILMA YOLLARI” adlı kitabı almaq idi məqsədiniz. Kitabı əlinizə götürüb səhifələdiniz. “Əsrin ən böyük qurucuları və təşəbbüsçüləri” başlıqlı yazıda öz adınızı gördünüz. Sizə nə həyəcanlandırıcı, nə də təəccüblü gəldi... Çünki reallıq belə idi. Özümüzdə yox dediyimiz, gizlətməyə çalışdığımız xüsusiyyətləri başqalarına yansıdılmış görürük. Yetər ki, qabiliyyətlərimizə işıq tutmağa istəkli olaq. Biz dəyişdiyimizdə ətrafımızın dəyişdiyini görmək daha keyfli olacaq.Əgər dəyişməyə hazırıqsa, necə dəyişəcəyik? Bizi hansı yollar müvəffəqiyyətə götürəcək? Müvəffəqiyyət şans işidirmi, yoxsa onun da prinsipləri var? Deməli, müvəffəqiyyət şərtlərinə riayət edilmiş fəaliyyətlərin məntiqi nəticəsidir. Ona qovuşmaq üçün nə lələyi yandırılaraq gələn zümrüd quşuna, nə də Ələddinin sehrli çırağından çıxan cinə ehtiyac var. Sadəcə prinsip və şərtlərinə əməl etmək, əmin addımlarla müvəffəqiyyətə doğru irəliləmək lazımdır. Buyur, yol sənindir. Yolçu yolunda gərək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Text Box: Karyera və yüksəliş → Uşağın uğurlu ixtisas seçimində valideyn roluText Box: MODUL 1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Razılaşmaq lazımdır ki, uşaqların normal təhsil almasında valideynlərin rolu az deyil.İnsanın məruz qaldığı və onun hərəkətinə, davranışına istiqamət verən əsas təsirlər aşağıdakılardi
·                      1. əcdadlar
·                      2. valideynlər
·                      3. mühit
     V. Ovçinikov yazır ki, ingilis ailələri, hər şeydən əvvəl, nəslin davamçısının xarakterinə, rəftarına məktəbin edəcəyi təsir və gələcək həyat yolunda onlara kömək və dayaq olacaq, uşaqların özlərinin qazandıqları dostar haqqında fikirləşirlər. Nisbətən az əməli fayda verən klassik təhsilə isə çox az fikir verirlər.
     Marqaret Tetçerin oğlu Mark Tetçer hesab edir ki, mükəmməl təhsilin üstünlüyü bir də ondan ibarətdir ki, o insana şəxsi mənafeyini müdafiyə etməyi öyrədir.
İrlandiyalı sosioloqlar işgüzar adamların böyük bir dəstəsinin fəaliyyətini təhlil etmiş və aşkara çıxarmışlar ki, onların əksəriyyəti yaradıcılıqla məşğul olmayanlar, qalanları isə fəal yardıcılıqla məşğul olanlardı. Tədqiqatın nəticəsində belə məlum olub ki, yaradıcılıq qabiliyyətinə malik olmayanların əksəriyyəti aristokrat ailələrin uşaqlarıdı. Onlar cəmiyyətdəki vəzifələrinə uyğun təhsil almış, dil, musiqi və etiket qaydalarını öyrənmişlər. Beləliklə də valideyinlərinin böyük canfəşanlığı nəticəsində, demək olar ki, dünyaya göz açdıqları gündən «konservasiya» edilmiş və ümumiyyətlə modelləşib müəyyən qəlibə salınmışlar. İşdə onlar başqalarının ideyasını qəbul edib, səliqəylə və savadlı yerinə yetirsələr də özləri heç bir şəxsi ideya verməmiş, şəxsi təşəbbüs göstərməmiş və yaradıcılıqla məşğul olmamışlar. Lakin bu tədqiqat nəticəsində məlum olmuşdur ki, daha sadə ailələrdən çıxan işgüzar insanlar fəal yaradıcılıqla məşğuldular. Belə ailələrdə uşaqların tərbiyəsi ciddi qayda-qanuna tabe olmamış, məhdudiyyətlər az sərbəstlik çox olduğundan fəal yaradıcılıqla məşğul olmaq və onu inkişaf etdirmək imkanı daha çox olmuşdur. Gəlin etiraf edək, oxuyanda ki, A. Linkoln əmək fəaliyyətinə odunçuluqdan başlayıb, Cek London isə yaradıcılığa başlayana qədər onlarca peşə dəyişmişdir, adam qəribə qibtə hissi keçirir. Hətta çox qəribədi ki, O'Henri ilk əvvəl mühasib işləmiş, yaradıcılığa isə günahsiz müqəssir olaraq düşdüyü həbsxanada başlamışdır.Yaradıcılıq qabiliyyətini nümayiş etdirmək, heç də hər bir uşağın, yeniyetmənin və gəncin şəxsən özünə müəssər olmur. Çünki, bunun üçün şərait, yəni məqam və səbəb lazımdır. Ancaq çox vaxt, elə olur ki, valideynlər uşaqlarına kömək etmək əvəzinə, onlara zorla öz hökümlərini qəbul etdirməyə çalışırlar və bu da uşaqlarda yenicə oyanmış istedadın, meylin və qabiliyyətin boy atmamış dağılıb parçalanmasına səbəb olur. — Ana, tikiş tikməyi öyrənmək istəyirəm.
— Qətiyyən elə şey olmaz. Bir o qalmışdı ki, mənim qızım dərzi olsun. Uşaqları zorla musiqiylə məşğul olmağa və dil öyrənməyə və s. məcbur edirlər. Bu isə görün nəyə gətirib çıxara bilər.Amerika mütəxəssislərinin musiqi məktəblərində apardıqları tədqiqatın nəticələri göstərmişdir ki, kiçik yaşlı uşaqlar fortapianoda məcburiyyət nəticəsində çalırlar. P.S. Valideynlər bəzən uşaqlarını nə isə etməyə məcbur etdikləri üçün onlarda yaradıcılığa enerji qalmır. Ancaq şəxsi stimul olmadığından gələcəkdə valideynlərin yönəltdiyi sahələr üzrə uşağın uğur qazanması demək olar ki, imkansızdı. Sadəcə uşağı qabiliyyəti və həvəsi olan sahəyə yönəltməklə ona kömək etmək mümkündür. Məncə valideyinlər peşənin prestijini əsas götürüb uşağı o istiqamətə yönəltməməlidilər. Yəni ki, uğur qazanmaq üçün insanın hüquq fakultəsini bitirməsinə ehtiyac yoxdu. O qədər hüquqşunas var ki, heç özlərinə normal iş tapmağı bacarmırlar.




 

 

 

 

 

Text Box: MODUL 2 Text Box: Müsahibə zamanı edəcəkləriniz

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1.                  Müsahibə götürənlərin adlarını öyrənməli və sual soruşarkən adlarını söyləməklə xitab etmək lazımdır.
2.                  Müsahibəyə başlamazdan öncə şirkət və elan olunmuş iş haqqında məlumat verilməsini xahiş edin.
3.                  Müsahibə əsnasında icazə alaraq, öncədən hazırladığınız işlə bağlı sualları soruşmaq müsbət fikir oyada bilər.
4.                  Müsahibə zamanı lazım olan məlumatları qeydə almağınız proses boyunca sizə daim kömək ola bilər.
5.                  Tələblərdə xarici dil varsa, müsahibənin bir qisminin və ya tam hissəsinin xarici dildə keçəcəyini unutmayın.
6.                  Müsahibə zaman soyuq qanlı və rahat olmalısınız. 
7.                  Görüşdüyünüz insanlarla yaxşı əhval-ruhiyyədə davranmalı və müsbət enerji verməlisiniz. 
8.                  Müsahibə zaman hər hansı bir içki götürməməyiniz məsləhətdir. Diqqətinizi görüşə cəmləyin.
9.                  Özünüzü çox müvəffəqiyyətli bir adam olaraq görün və bu istiqamətdə motivasiya olun.
10.             Özünüzə güvənməyiniz bədən dilinizdən(*) müəyyən olunmalıdır.
11.             Güclü xüsusiyyətlərinizi, bacarıqlarınızı və maraqlarınızı ön plana çıxarın
12.             Qarşı tərəf danışarkən sizə faydalı məlumatlar təqdim edəcəyi üçün müsahibinizin sözünü kəsməyin.
13.             Müsahibə zamanı öz haqqınızda danışdıqlarınız daha öncədən təqdim etdiyiniz CV ilə üst-üstə düşməlidir.
14.             Qərarlı olmalı, kariyera hədəflərinizi dəqiq olaraq şərh etməlisiniz.
15.             Gələcəklə əlaqədar, sirr olmayan planlarınızı açıq şəkildə ortaya qoymalısınız.
16.             Bədən dilinizə, mimika və jestlərinizə diqqət yetirməlisiniz.
17.             Bu işi və şirkəti niyə seçdiyinizi izah etməlisiniz.
18.             Təhsil həyatınızdakı müvəffəqiyyətlərinizi və ictimai fəaliyyətinizi danışmalısınız.
19.             İş həyatınızda məsul olduğunuz layihələr və ya etdiyiniz fərqliliklərdən bəhs etməniz faydalı olacaqdır.
20.             Müsahibəni istiqamətli və konkret olaraq yürütməli, subyektiv yanaşmadan uzaq durmalısınız.
21.             Müsahibə zamanının məhdud, qarşı tərəfi isə  razı salmanızın vacib olduğunu əsla unutmayın.
22.             Onlara sizi niyə seçməli olduqlarını izah etməlisiniz
23.             Bu günə qədər əldə etdiyiniz mükafatlar və ya təhsil dərəcələriniz varsa, mütləq qeyd etməlisiniz.
























Text Box: MODUL 3 Text Box: “Peşə Seçiminə Təsir edən Amillər”























Düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır. Vətəndaşların maraq və meyllərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu vacib işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün peşəyönümünün düzgün aparılması xüsusi əhəmiyyətə malikdir. Peşəyönümü mürəkkəb, kompleks xarakterli tədbir olmaqla öz məzmun və metodlarına görə o, pedaqoji, psixoloji, tibbi, fizioloji yönümlü olub, təsir dairəsinə görə ictimai, nəticəsinə görə iqtisadi xarakter daşıyır. İqtisadçıların və sosioloqların fikrincə, peşəyönümü-ümumbəşəri mədəniyyətin mühüm elementlərindən birinin ümumiləşmiş anlayışı olub, insanların peşə fəaliyyətinin, bacarıqların müəyyən edilib formalaş­dırılmasına, onların meyl və maraqlarına, fiziki imkanlarına, eləcə də sosial-iqtisadi tələblərə uyğun olaraq düzgün peşə seçiminə xidmət etməklə, əmək bazarında tələb və təklifin, sosial-iqtisadi vəziyyətin, mövcud imkanların nəzərə alınması ilə optimal məşğulluğun seçilməsi, şəxsiyyətin peşə özünütəyini məqsədi ilə ona xüsusi sistemidir. Peşəyönümü probleminin həlli həmçinin işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Müxtəlif metodik tövsiyələrdən istifadə edilməklə aparılan peşə məsləhətləri peşəyönümü işinin ən vacib tərkib hissələrindən olmaqla vətəndaşların gələcəkdə həyatda layiqli yerlərini tutmalarına xidmət edir. Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Azərbaycan Höküməti ilə BMT-nin İnkişaf Proqramı (UNDP) arasında imzalanmış “Milli Sosial Müdafiə Sisteminin İnkişafı” Layihəsi çərçivəsində “Peşəyönümü işinin təşkilinə dair metodiki vəsait” və “İşaxtaran və işsiz vətəndaşların peşə meyllərinin müəyyən edilməsi üçün multimediya test proqram sistemi” hazırlanmışdır və Məşğulluq Xidməti orqanlarında müvəffəqiyyətlə istifadə edilir. Təqdim olunan metodik vəsaitdə Məşğulluq Xidməti orqanlarında peşəyönümü işinin təşkili və idarə olunması məsələləri əks olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 03 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə dövlət proqramı (2007-2012-ci illər)” uğurla həyata keçirilən bir zamanda peşə seçmək insan fəaliyyətinin mühüm cəhətini təşkil edir. Bu zaman yeniyetmə və gənc müəyyən tərəddüdlər keçirir, mübahisələrə məruz qalır. Bütün bu situasiyalarda məsul və düzgün qərar qəbul etmək, müstəqil addım atmaq tələb olunur. Təhsil qanununda göstərilir ki, şagirdlərin əmək tərbiyəsi, təlimi və peşəyə istiqamətləndirmə sistemi elə qurulmalıdır ki, məktəbi bitirərkən onlar düşünülmüş şəkildə peşə və təhsili davam etdirmək üçün müvafiq tədris müəssisəsi seçə bilsinlər. Şagirdlərin peşəyə istiqamətləndirmə işində seçmə imkanı və qabiliyyəti böyük əhəmiyyət kəsb edir, imkanların müxtəlif variantları nəzərdən keçirilir. Peşələrin növü çox olduqca imkanların variantları da artır. Peşəni seçməkdə isə hamı azaddır. Lakin bu azadlığı mütləq və ya kortəbii şəkildə başa düşmək olmaz. Məsələn, doqquz illik və ya orta məktəbi bitirən şagirdlərin hamısı peşə liseyinə və peşə kolleclərində müəyyən peşə üzrə təhsil almaqda azaddır. Bu cəhətdən onların geniş imkanları vardır. Eləcə də, gənclər ali məktəbdə oxumaq hüququna malikdir, lakin onların hamısı arzu etdiyi fakültəyə daxil ola bilmir, çünki buna bilik səviyyəsinin zəifliyi bəzən imkan vermir. Obyektiv imkanların böyüklüyü və şəxsin peşə seçmə qabiliyyətinin diapazonunun genişliyi peşə seçmək azadlığı üçün mühüm şərtdir. Peşə seçmək və ona yiyələnmək üçün variantları müqayisə etmək, mövqeyini şüurlu surətdə müəyyən etmək imkanlarına malik şəxs bu işdə özünə daha səmərəli yol seçə bilir. Şübhə yoxdur ki, peşəni seçməyin mümkünlüyü sosial tərəqqinin səviyyəsindən asılıdır. Peşəyə istiqamətləndirmə işində yaranmış vəziyyətdən və qəbul edilmiş qərarlar şagirdlərin dünyagörüşü, əxlaqi müəyyənliyi, daxili arzu və meyli ilə bağlıdır, şagirdin qabiliyyətindən, iradəsindən, ağılından, şüurluluğundan asılıdır. Belə keyfiyyətlər vəziyyətdən, əxlaqi münaqişədən baş çıxarmağa imkan verir. Peşə seçmədə əxlaqi münaqişə özünəməxsus elə bir situasiyadır ki, bu situasiyada: 1) şəxs qarşıya çıxan ziddiyyətləri müəyyən edir; 2) seçilmiş mövcud imkan müəyyən əxlaqi normaya istinad edir, digər əxlaqi normanı rədd edir; 3) öz əxlaqi məqsədini seçdiyi əxlaqi sərvətlə bağlayır. Əxlaqi münaqişədə çətinlik gəncin əxlaqi normaları bilməməsindən və onları yerinə yetirməməyindən az asılıdır. Burada əsas rolu əxlaqi sərvətlərin toqquşmasını həll etmək oynayır. Məsələn, orta məktəbi bitirən şagird fizika fənnini sevir. O, bilir ki, universitetdə fizika üzrə təhsilini davam etdirsə, bununla cəmiyyətə daha çox fayda verə bilər, bu arzu əxlaqi prinsiplərə tamamilə uyğun olar. Lakin valideynləri “Fizika müəllimi olacaqsan?”- deyə onu fikrindən çəkindirmək istəyirlər. Bu zaman peşə seçmək istəyən şagird od ilə su arasında qalır. Əgər o, qabiliyyəti çatmadığı peşəyə rahat yolla nail olsa, əxlaqa zidd hərəkət edir, təhsil illərində ona təlqin edilmiş əxlaq normalarını pozur, valideynlərini isə razı salır. Əgər o, sevdiyi peşəni seçirsə, onda düzgün hərəkət edir, lakin valideynlərinin sözünü yerə salır. Şagirdlərin bilikləri, əqli qabiliyyətləri və əməli bacarıqları bir-birini tamamlasa da, bir-biri ilə üzvi əlaqədə olsa da eyni şeylər deyildir. Onların arasında keyfiyyət fərqi olur. Buna görə də şagirdlərin, məsələn, bilik səviyyəsini aşkara çıxarmaq hələ onların əqli bacarıqlarını müəyyənləşdirmək demək deyildir. Yaxud da onların hər ikisinin öyrənilməsi peşə meyli və marağının xüsusiyyətlərini araşdırmaq kimi başa düşülə bilməz. Odur ki, şagirdlərin peşə meylini, əqli qabiliyyətlərini və bilik səviyyəsini öyrənmək üçün ayrı-ayrı metodika işlətmək tələb olunur. Şagirdlərdə peşəyə meyl və maraqları hansı şəraitdə öyrənmək əlverişlidir? Biz deyərdik ki, şagird şəxsiyyətinin təzahür etdiyi bütün şəraitdə; dərsdə, sinifdənkənar tədbirlər zamanı, əmək fəaliyyətində, ailə şəraitində, yoldaşları isə münasibətdə və s. Müşahidə aparmaq müəllim və tərbiyəçilərə zəngin material verə bilər. Çünki, şagird həmin amillərin təsiri altında formalaşır, boya-başa çatır. Şagirddə peşə meylinin təşəkkülü və inkişafına təlim və tərbiyə də, ictimai mühit də, şagird kollektivi də, ətrafdakı adamlar da, valideynlər də, sinif yoldaşları da təsir göstərə bilir. Xüsusi olaraq öyrəndiyimiz bir sinifdəki şagirdlərin 20 faizində peşə meyli və marağının formalaşmasına valideynlərin və ailədəki, digər yaşlıların böyük təsiri olduğu aşkar edilmişdir. Peşəyə istiqamətləndirmə ilə əlaqədar olan bir çox cəhətləri öyrənməyin zəruriliyi bir də onunla izah edilir ki, şagirdin peşəyə göstərdiyi maraqla həmin peşə sahəsində onun mövcud bacarığı arasında, şagirdin peşə haqqındakı məlumat və təsəvvürü ilə onun faktiki peşə arzusu arasında bəzən uyğunsuzluq müşahidə olunur. Buna görə də şagirdləri öyrənmək məqsədilə metodika hazırlayarkən onların peşə marağı ilə peşə bacarığı arasında peşəyə dair təsəvvürləri ilə əsl peşə arzusu arasında uyğunluq səviyyəsini də aşkara çıxarmaq məsləhətdir. Uzunmüddətli təcrübə göstərir ki, şagirdin müəyyən fənnə göstərdiyi davamlı marağı gələcəkdə onun elmi marağına çevrilə bilər. Məsələn, əgər şagird məktəbdə oxuyarkən riyaziyyat-informatika təhsil sahəsinə, yaxud humanitar təhsil sahəsinə və ya təbiət təhsil sahəsinə daha çox meyl göstərirsə, bu meyl gələcəkdə müvafiq fəaliyyət növünə, məsələn, mühəndis, mühasib yaxud sözlü-məntiq və ya təbiətşünaslıq sahəsindəki fəaliyyət növündə çalışmağa gətirib çıxara bilir. Bəzi şagirdlərin bu və ya digər təhsil sahələrinə qarşı rəğbəti bu fənn üzrə fəal işi müşayiət edilir. Belə bir uyğunluq bu cür göstərici yüksək təlim müvəffəqiyyətinin, gələcək əmək müvəffəqiyyətinin rəhni ola bilər. Şagirdlərin peşəyə istiqamətləndirmə işinin öyrənilməsində cinsin də müəyyən rol oynadığını yada salmaq lazımdır. Çünki cinsdən asılı olaraq şagirdlərin peşəyə istiqamətləndirilməsi işində bəzi xüsusiyyətlərin olduğu diqqəti cəlb edir. Ümumiyyətlə, götürüldükdə deməliyik ki, qızlar müəllimliyi və həkimliyi başqa peşələrə nisbətən daha yaxşı peşə hesab edirlər. Lakin, qızlara “Siz özünüz hansı peşəni seçmək istəyirsiniz?” sualı verdikdə onların 53 faizi müəllim, 27 faizi isə həkim peşəsini seçmək istədiyini bildirmişdir. Peşələrə qiymət verməkdə oğlanlar qızlardan fərqlənmişlər. Oğlanların 12 faizi müəllim peşəsini, 68 faizi isə həkim peşəsini yaxşı peşələr sırasına aid etmişlər, lakin konkret peşə seçdikdə qızlardan xeyli fərqlənirlər. Peşə liseylərinə isə qızların 6 faizi, oğlanların 8 faizi sənətkar peşəsini seçmək istədiklərini söyləmişlər. Buradan belə bir nəticə çıxarmaq olar ki, şagirdlərin peşələrə qiymət vermələri ilə real peşə seçmək arzuları eyni şey deyil, bunları bir-biri ilə qarışdırmaq olmaz. Biz peşəyə istiqamətləndirmək üzrə iş apararkən gərək şagirdlərin həm peşələrə verdiyi qiymətləri, həm də onların peşəyə əməli meyllərini nəzərə alaq. Öyrəndiyimiz şagirdlərin aşkara çıxarılan xüsusiyyətlərə necə yanaşmalıyıq? Bütün yoxlamaların nəticəsi tərbiyəçini, müəllimi belə bir qənaətə gətirə bilər ki, şagirdlərdən biri istədiyi peşə üçün yararlıdır, digəri isə yararlı deyildir. Şagirdlərdə müəyyənləşdirdiyimiz peşə marağı və bacarığı xüsusiyyətlərinə donmuş bir vahid kimi, biryolluq formalaşmış keyfiyyət kimi, dəyişməz kəmiyyət kimi baxmaq düzgün olmazdı. Bu və ya digər dövrdə hər bir şagirdin malik olduğu şəxsi keyfiyyətlər, əvvəla, həmin dövrə qədər bu şagirdin fəaliyyətinin, təhsili və tərbiyəsinin məhsulu hesab edilməlidir; ikincisi, həmin keyfiyyətlər şagirdin gələcək fəaliyyətini, işi və təhsilini təşkil etmək üçün əsas rolunu, istinad rolunu oynamalıdır. Buna görə də şagirdləri öyrənərkən onların nəyə, hansı keyfiyyətlərə malik olduqlarını, hansı peşəyə daha çox maraq göstərdiklərini aşkara çıxarmaqla kifayətlənmək olmaz. Gələcəkdə şagirdlərlə işləmək üçün bu nə qədər vacib, nə qədər zəruri olsa da hələ kifayət deyildir. Müəllim və tərbiyəçi ayrı-ayrı şagirdin nəyə qadir ola biləcəyini, onun daxili imkanlarını da aydınlaşdırmalı, müəyyən etməlidir. Şagirdlərə məsləhət və istiqamət verərkən, onların fəaliyyətini təşkil edərkən daxili imkanlarını da hökmən nəzərə almaq lazımdır.Şagirdləri öyrənən zaman, onların peşə təmayülünü müəyyənləşdirmək istərkən yaş dövrünü unutmaq olmaz. Çünki şagirdlər yaşa dolduqca, sinifdən-sinifə keçdikcə onların pisixoloji, əqli, fiziki və s. imkanları, peşələrə münasibəti dəyişə bilir. Bəzən görürsən ki, şagirdlərin bir qismində pəşələrə dair ümumi təsəvvür və anlayış, pəşələrə ümumi maraq və meyl getdikcə konkretləşir, xüsusiləşir; şagird bir çox peşələrdən bir peşəyə, bir neçə fəaliyyət sahəsindən bir fəaliyyət sahəsinə, bir qrup fənnə maraq göstərməkdən bir fənnə daha çox maraq göstərməyə başlayır. Başqa bir qrup şagirddə isə bunun tam əksi müşahidə olunur: yeniyetmə əvvəllər bir sahə ilə daha çox maraqlanırsa, sonralar bir çox sahələrə maraq göstərirMəlumdur ki, yaşdan asılı olaraq şagirdlərin maraqlarında xüsusiyyətlər olur. Məsələn, sorğu apardığımız 5-ci sinif şagirdlərinin 75 faizi seçmək istədikləri peşələrin xarici cəhətlərinə, 12 faizi fəaliyyətin məzmununa, 8 faizi isə fəaliyyətin gələcəyinə əsaslanmışlar. 11-ci sinif şagirdlərində isə həmin göstəricilər müvafiq olaraq 24, 42 və 23 faiz olmuşdur. Bu cür faktlardan aydın olur ki, yaşa dolduqca sinifdən-sinfə keçdikcə şagirdlərin marağı keyfiyyətcə dəyişikliyə uğrayır: peşənin xarici əlamətlərinə olan maraq tədricən onun məzmununa olan maraqla, sonra isə peşələrin gələcəyinə olan maraqla əvəz olunur. Bizcə, peşəyə olan marağın ən başlıca göstəricisi kimi, yəni şagird tərəfindən peşənin daha şüurlu seçildiyini müəyyənləşdirmək üçün peşənin məzmununa, onun gələcəyinə göstərilən marağı əsas götürmək olar. Peşə məktəb və peşə liseylərinə qəbulla əlaqədar 5-8-ci siniflərdə və 9-11-ci siniflərdə aparılan sorğu zamanı qızların peşələrə münasibətlərində xeyli fərq olduğu aşkar edilmişdir. Bu fərq məhsuldar əməyə münasibətdə özünü daha qabarıq göstərir. 9-11-ci sinifdəki qızlar, 5-8-ci siniflərdəki qızlara nisbətən məhsuldar əmək sahələrinə çox maraq göstərirlər. Deməli, yaşa dolduqca qızların peşələrə olan münasibəti dəyişir və təkmilləşir, onlarda “sənətkar” və “usta” peşələrə daha şüurlu münasibət göstərməyə başlayırlar.Məktəbdə şagirdlər üçün hansı peşənin daha üstün, daha yaxşı olduğunu öyrənmək üçün istifadə edilən üsullardan biri anket vasitəsilə aparılan sorğudur. Əgər məqsəd peşələr haqqında şagirdlərin mövcud təsəvvürlərini öyrənməkdən ibarət olsa anketdəki suallar təqribən belə ifadə edilir: “Hansı peşələrin adlarını bilirsiniz?” yaxud, “Tanıdığınız peşələrin adlarını yazın, sənə görə ən yaxşı peşə hansıdır?”, “Sən hansı peşəni daha üstün tutursan?”. Şagirdlərin daha üstün, daha yaxşı hesab etdiyi peşə ilə onun özü üçün seçmək istədiyi peşə bəzən uyğun gəlmir. Bir də görürsən ki, şagird bir peşəni daha yaxşı hesab edir; özü üçün peşə seçmək istədikdə isə fikirləşir, öz imkanlarını götür-qoy edir və buna uyğun olan başqa bir peşə seçmək arzusunda olduğunu bildirir. Bu cür halları da nəzərə almalı olsaq, anketə belə bir sual da daxil etmək faydalıdır; “Özün üçün hansı peşəni seçmək istəyirsən?”Göründüyü kimi müxtəlif yollarla, anket sorğusu yolu ilə, valideynlərlə, fənn müəllimləri ilə, şagirdlərin yoldaşları ilə aparılan müsahibə vasitəsilə, şagirdlərə əməli tapşırıqlar vermək, onları fəaliyyətin müvafiq növünə cəlb etmək və s. yolu ilə meyl və maraqları öyrənmək mümkündür. Ümümtəhsil məktəblərin şagirdləri arasında peşəyə istiqamətləndirmə üzrə aparılmalı işi məhz bu cür məlumatlar əsasında qurmaq, onlardan çıxış etmək zəruridir. Peşəyə istiqamətləndirmə işi şagirdlərin üzünü peşə məktəb və liseylərinə çevirməlidir. Axı həmin məktəblər indi “sənətkar” peşəsini öyrətməklə yanaşı orta təhsil də verir. Bunu, müstəqil Azərbaycan təhsil sisteminin ən üstün, ən humanist, ən ardıcıl prinsiplərindən biri kimi lazımınca qiymətləndirməliyik.








Text Box: MODUL 4 Text Box: “Özünü Tanıma”














HƏYATDA UĞUR QAZANMAQ DÜZGÜN PEŞƏ SEÇIMINDƏN, DÜZGÜN PEŞƏ SEÇIMI ISƏ ÖZÜNÜ TANIMAQDAN BAŞLAYIR
MÜVƏFFƏQİYYƏTƏ DOĞRU

Tarixin bütün mərhələlərində, bütün dövrlərdə insanlar yaşam boyu öz istəklərinə çatmaq və öz arzularını gerçəkləşdirmək üçün davamlı olaraq müvəffəqiyyətə can atıb və müvəffəqiyyətsiz olub əzab çəkməmək üçün müvəffəqiyyətə meyilli olub. İnsanlar həm görünüş baxımından, həm də psixoloji baxımdan fərqli olduqları kimi müvəffəqiyyətə yanaşmada da fərqlidirlər. Yəni bəzi insanların müvəffəqiyyət hesab etdiyi hər hansı bir iş digərləri üçün adi sayıla bilər, və yaxud da əksinə.
Müvəffəqiyyət əldə etmək üçün hər birimiz ilk öncə “nə etmək lazımdır?” sualını cavablandırmağa çalışır və bu məqsədlə mövzu ilə əlaqədar kitab, qəzet, oxumağa çalışır, müvəffəqiyyətin yolunu öyrənməyə çalışırıq. Düzdür bu kitablarda və internetdə oxuduğumuz “uğur qazanmaq yolları” bizə həyatdan zövq almaq, xoşbəxt bir yaşam tərzi keçirmək, hədəflərimizə çatmaq üçün hansı vərdişlərə və bacarıqlara malik olmağımızla bağlı müəyyən mənada bir yol göstərir, lakin əsas məsələ qeyd olunan əməllərə riayət etmək və həyata keçirməkdir. Heç bir addım atmayaraq, yalnız kitab və məqalə oxumaqla insan müvəffəqiyyət əldə edə bilməz. Müvəffəqiyyətli olmaq üçün qatıldığımız seminarlar, əldə etdiyimiz bilik və məsləhətlər hədəfimizə çatmaq üçün daha az vaxt sərf etməyimizə, vaxt israfının qarşısını almağa, enerjimizin daha əlverişli istifadə etməyimizdə bizə yardımçı olan vasitələrdəndir.Uğur qazanmaq və daha çox şanslı olmaq müasir dövrümüzdə ən çox müzakirə olunan və öyrənməyə çalışılan mövzulardan biri olaraq qalır. İnternet səhifələrində daha çox rast gəlinən mövzulardan biri də məhz müvəffəqiyyətdir. Müvəffəqiyyət qazanmış bir çox insanların ortaq xüsusiyyətlərini analiz edərkən oxşar vərdişlər və bacarıqlar ortaya çıxır. Bu mənada uğur əldə etmək üçün bir neçə əsas meyarlar mövcuddur. Bu meyarların ən əsasında isə insanın özünü tanıması və öz xüsusiyyətlərini qəbul etməsidir. Öz bacarıqlarını, müsbət və mənfi keyfiyyətlərini, maraq dairəsini, güclü və zəif yönlərini bir sözlə özünü bütünlükdə dərindən dərk edən insan daha asan müvəffəqiyyət əldə etmiş olar, nəinki özünü tanımıyan insan. Əgər siz də özünüzü tanımarsanız, verəcəyiniz qərarlar, atacağınız addımlar məqsədlərinizə xidmət eməyəcəkdir. Özünüzü tanısanız güclü və zəif yönlərinizi, xüsusiyyətlərinizi, mövcud imkanlarınızı, bilik və bacarıqlarınızı düzgün qiymətləndirər və qarşılaşdığınız fürsətlərdən vaxtında yararlanarsınız. Bu bir bacarıqdır və bunu vaxtında öyrənmək lazımdır.























Text Box: MODUL 5 Text Box: ÖZÜNÜZÜ KƏŞV EDİN.























Özünü tanımayan insanlar öz
həbsxanalarını inşa edən məhkumlar kimidir.
Con U.Qardner

Sirakuza kralı Giyeron onun üçün qızıl tac düzəldən zərgərin taca gümüş qatması mövzusunda şübhəyə düşür və məsələni aydınlaşdırmağı o dövrün ən məşhur alimlərindən biri olan Arximedə tapşırır. Arximed gecəsini gündüzünə qatır və hər an bu məsələni düşünür. Taca zərər vermədən ona gümüş qatılıb-qatılmamasını öyrənmək istəyi artıq Arximed üçün vazkeçilməz duyğu halına gəlir.
Bir gün çimərkən Arximedin ağlına bir fikir gəlir. Suyun qaldırma qüvvəti sayəsində taca gümüş qatılıb-qatılmamasını öyrənmə fikri. Kəşfinin həyacanıyla çıl-çılpaq küçəyə çıxaraq qışqırmağa başlayır: “Evrika, Evrika! Tapdım! Kəşf etdim! Ya sizin bir kəşfiniz yoxdurmu? Hər il minlərlə kəşf olunarkən siz sadəcə tamaşaçımı qalacaqsınız? Bəlkə kəşf etməyi düşünməmisiniz? Ola bilsin, bu mövzuda heç də fikirləşməmisiniz? Bəlkə nəyi fikirləşəcəyiniz sizə məlum deyil? Ya edə biləcəyiniz ən böyük kəşfdən xəbəriniz varmı?
Bir az sonra oxuyacağınız sətirlər sizi ən böyük kəşfinizlə tanışlığa çıxaracaq. Amma əvvəlcə ABŞ Templ Universitetinin qurucusu Dr. Russel H. Convelin qələmə aldığı "Almaz hekayəsi. 
Almaz Ərazisi
Qədim dövrlər. Hind çayı sahilləri. Almaz yatağı taparaq var-dövlət sahibi olan insanların sayı günü-gündən artmaqdadır. Bütün ərazi bu xəbərlə çalxalanır. Hər kəs almaz axtarışı və xülyasındadır. Böyük əraziyə, bağa-bağçaya sahib Əli Hafəd adlı bir nəfər bu xəbərlərdən elə mütəəssir olur ki, nəhayətdə bütün mal-mülkünü satıb zənginlik xəyalları ilə yola düşməyə qərar verir. Lakin illər sürən arayış, çəkilən zəhmət nəticəsiz qalır və o, yaşadığı hadisələrin təsirindən elə hala gəlir ki, özünü çaya ataraq intihar edir. Digər tərəfdən mal-mülkün yeni sahibi həyəti dolaşarkən parlaq cisimlərlə qarşılaşır. Daşların gözəlliyinə heyran qalaraq onların bir neçəsini evinin ən görkəmli yerinə qoyur. Yeni sahibkarın evinə bir gün yaşadığı yerin ən müdrik adamı qonaq gəlir. Evin görkəmli yerindəki daşlar qocanın diqqətini çəkir və yeni sahibkar ondan daşların almaz olduğunu öyrənir. Sən demə, ərazi almazlarla doludur. Özünü çaya ataraq canına qəsd edən adam zənginliyi öz bağçasında axtarmaq yerinə ətrafda axtarmışdır. Halbuki, bütün zənginlik öz bağçasındadır.İnsanların çoxunun sahib olduğu tipik hal. Başqalarının nailiyyətlərini alqışlayıb qibtə ilə baxarkən, özünün sahib olduğu böyük potensialdan bixəbər olma. Zənginlik daxildə gizli ikən, özünü heçliyin dəryasında boğma. Əslində Yaradıcı insanların hər birinə müvəffəqiyyət gətirəcək qabiliyyətlər və xüsusiyyətlər verilmişdir. Lakin bu məqsədin meyvəsilə bəhrələnənlər verilmiş nemətləri pas tutmağa məhkum etməyənlərdir. Ən böyük kəşfinizə biganə qalmayın! Özünüzü kəşf edin! Bəzən bir sual gəlir ağla. Nə səbəbə özümüzü kəşf və idrak etməliyik? Cavab bəsitdir. Bir az düşünün. Sahib olduqlarınız və xəyal etdikləriniz arasındakı fərqi nəzərdən keçirin. Böyük uçurumla qarşılaşacaqsınız. Bu özünüzü kəşfiniz üçün yetərli əsas deyilmi? H.T.Bokl "Kim ki, qaranlığı hiss etmir, o işığa müraciət edə bilməz", - deyir. Yaşadığınız qaranlıqlan özünükəşf fənəri ilə aydınladın!
Dəyişməyə qərar verin.

Uestminister monastırının zirzəmisində dəfn edilən Anqlikan keşişinin məzarı üstündə bu ifadələr yazılıdır: "Gənc və xəyallarım sonsuz olduğu dövrdə dünyanı dəyişdirmək istəyirdim. Yaşlanıb dünya görüşüm artıqda dünyanın dəyişməyəcəyini anladım. Mən də istəklərimi bir az da azaldaraq məmləkətimi dəyişdirməyə qərar verdim. Halbuki, o da məndə dəyişilməyəcəyi təəssüratını buraxdı. Daha da yaşlanarkən son bir cəhdlə ailəmi və ən yaxınlarımı dəyişdirməyə qərara aldım. Amma, çox təəssüf, onları da qəbul etdirə bilmədim. Və indi ölüm döşəyində yatarkən fərqinə vardım ki, əvvəlcə yalnız özümü dəyişdirsəydim, nümunə olaraq ailəmi dəyişdirə bilərdim. Onlardan alacağım cəsarət və ilhamla məmləkətimi daha da inkişaf etdirərdim. Kim nə deyə bilər, bəlkə dünyanı da dəyişdirə bilərdim. Ətrafınızdakıları dəyişdirməklə işə başlamayın. Çünki indilik dəyişməsi lazım olan sizsiniz. Dəyişməyə qərar verin.

Həyata fərqli prizmadan yanaşın.

Müvəffəqiyyətə gedən yolda əməl etməyiniz vacib olan prinsiplərdən biri həyata yanaşmanızı dəyişdirmənizdir. Con Kolenso "Həyata küsən insan həyatdan dərs ala bilməz", - deyir. Həyata və gələcəyə daha inamla baxmalı, gözəl işlər görmə məqsədilə çalışmalısınız. Baxışınızla müvəffəqiyyət portretinizi çəkəcək, gələcək həyatınızı şəkilləndirəcəksiniz. Əşya və hadisələrin gözəl tərəflərini görmək zirvələrə yüksəlişə, bədbinlik isə heçliyə yelkən açmanıza zəmin yaradacaq. Unutmayın, həyatınız ona baxışınız və müvafiq davranışınızın yansımasıdır.
Bir gün ata və oğul meşədə gəzirlər. Necə olursa, oğul yıxılır və "Ah" deyib qışqırır. Elə həmin an qarşıdakı dağdan "Ah" deyə bir səs gəlir. Oğul səsin sahibin araşdırmaq üçün "Sən kimsən?", - deyə səslənməyə başlayır. Aldığı cavab sualının eynisi olur - "Sən kimsən?". Oğul bu dəfə qəzəbindən "Sən qorxağın birisən", - deyə səslənir. Dağdan gələn səs də onu qorxaqlıqla tənbeh edir. Oğul atasına müraciət edərək məlumat almaq istəyir. Ata Oğlum, dinlə və öyrən", - deyib dağa səslənir: "Sənə heyranam!", - deyir. Gələn cavab "Sənə heyranam!", - şəklində olur. Ata yenidən səslənib, "Sən möhtəşəmsən!", - deyir. Dağdan cavab gəlir: "Sən möhtəşəmsən!". Sonra hələ də bir şey anlamayıb onu təəccüblü baxışlarla seyr edən oğluna dönərək sözünə davam edir: - Oğul, insanlar buna əks-səda deyirlər, amma əslində bu həyatdır. Həyat daima ona verdiklərini geri qaytarır. Həyat davranışların güzgüsüdür. Daha çox sevgi istədiyin zaman daha çox sev. Daha çox hörmət istəsən, daha çox hörmət et. İnsanların daha səbirli olmasını istəyirsənsə, daha səbirli olmağı öyrən. Bu qanun həyatımızın bir parçasıdır. Yadda saxla ki, həyatımız təsadüflərdən deyil, davranışlarımızın yansımasından ibarətdir. Elə isə həyata yanaşmanızı dəyişin. Gözəl görüb, gözəl düşünün. Çünki ancaq gözəl görən gözəl düşünər və gözəl düşünən həyatından ləzzət alar.

Əsla "bit sindromuna" məruz qalmayın.

Məlumunuzdur ki, öz boyundan dəfələrlə yüksəyə tullanma sahəsində rekord göstərici bitlərə aiddir. Beləki, onlar boylarından 100 dəfə çox hündürlüyə tullana bilirlər. Bir insanın eyni performansı göstərməsi 200 metr hündürlüyə tullanmağı lazımdır. Hətta işin daha da maraqlı yönü bitlərin 78 saat dayanmadan tullanmalarına davam etmələridir. Bitlər üzərində aparılmış maraqlı bir təcrübənin nəticəsini sizlə paylaşmaq istəyirəm. Bir gün bitləri isidilmiş sacın üzərinə qoyurlar. Bu halda dayanmadan tullanmağa davam edən bitlərin tullanma hündürlükləri 60 sm təşkil edir. Sonra bitləri 30 sm hündürlükdə qaba qoyur və qapağını örtərək isidirlər. Tullandıqca başı qapağa dəyən bitlər beləliklə 29 sm hündürlüyə tullanmağa başlayırlar. Bir müddət belə saxladıqdan sonra qabı qapağı açıq şəkildə isitməyə davam edirlər. Lakin bitlər tullandıqları halda heç cür qabdan çıxa bilmirlər. Çünki artıq ən çox 29 sm hündürlüyə tullana biləcəklərinə qəbullanırlar.
Günlük həyatda sözü gedən hadisənin bənzəri insanlarda da müşahidə olunur. Qarşılaşılmış əngəllər bir müddət sonra insanları ümidsizliyə sövq edir və müvəffəq olmayacaqlarına inandırır. Özqəbullanmalar qabiliyyətləri korladır, xəyali baryerlər idealları puç edir. Müvəffəq olmaq istəyirsinizsə, əsassız qəbullanmalarınızın məhsulu xəyali baryerləri yıxın. İmkanlarınız haqqında böyük düşünün və siz siz olun, əsla bit sindromuna məruz qalmayın. Çünki qazanmağa namizəd birinin itirilmiş bir məsələyə bağlanmağı qədər acınacaqlı durum ola bilməz.

İçinizdəki makiyajı silin.

Nədənsə çox vaxt "maska taxırmış" kimi hərəkət edirsiniz. Sevincli imiş kimi, zəngin imiş kimi, güclü imiş kimi, sakit imiş kimi olmadığınız birini canlandırırsınız. Özünüzümü aldadırsınız, yoxsa başqalarınımı?
Ən təbii halınızla özümüz olmağa çalışmalıyıq. Ancaq özünü sevməyən, güvənməyən insan ətrafına hasar çəkər gizlənmək üçün. Yox, əgər özünüzü həqiqətən sevirsinizsə, başqaları haqqınızda nə düşünürsə, düşünsün, siz düşüncələrinizi reallaşdırın. Heç bir makiyaja ehtiyac olmadan içinizdəki divi oyandırın.

Qəbullanmalara ram olmayın.

Qabiliyyətlərinizi kəşf edib, imkanlarınız haqqında böyük düşünməyə başladınızmı, ətraf mühitin qəbullanmaları ilə qarşılaşacaqsınız. Hətta ən yaxınlarınız belə "Bu iş belə gəlib, belə gedər", "Köhnə kəndə təzə qayda gətirməyə ehtiyac yoxdur" kimi sözlərlə həyata keçirməyi planladığınız layihələri mənasız sayacaq, yaşanılmış bənzəri nümunələri əsas gətirərək sizi vaz keçirmək istəyəcəklər. Ortada illərdir dəyişilməyəcəyinə inanılan qəbullanmalar var. Qəbullanmalara ram olmayın. Məsələn, 70 il əvvəl kinosevərlərin Tarzan olaraq tanıdığı Conni Veysmuller dünyaya gəlmiş-getmiş ən böyük üzgüçü hesab olunurdu. 1924-cü il Paris Olimpiada oyunlarının əfsanəvi iştirakçısı sayılan Veysmuller 100 və 400 m sərbəst üzgüçülük üzrə qızıl medal almaqla yanaşı, 4x200 m üzrə yarışlarda da birincilik əldə edən komandada iştirak etmiş və üç birincilik qazanmışdı. 1928-ci il Amsterdam Olimpiadasında nailiyyətlərinə 2 qızıl da əlavə etmişdi. Əllidən çox rekord, məhz onun adını daşıyırdı. Beləcə, dünyadakı bütün məşqçilər və mütəxəssislər "Kimsə Conni Veysmullerin rekordunu qıra bilməz", - deyirdi.
Bilirsinizmi Tarzanın rekordlarını indi kimlər qırır? 13 yaşlı qızlar. 1936-cı ilin olimpiada rekordları 1972-ci il olimpiadalarına qəbul edilmə standartı hesab olunurdu.
Demək ki, qırılmış rekordlar yenidən də qırıla bilər. Elə isə, içində boğulmağa üz tutduğunuz qəbullanmalar vakuumunu qırın. Əmin olun, istəsəniz veriləcək, axtardığınız tapılacaq və vurduğunuz qapı mütləq üzünüzə açılacaq.

Cəsarətinizi toplayın.

Tommi məktəb dərslərini oxumaqda çətinlik çəkirdi. Davamlı sual soruşur, lakin dərs proqramını mənimsəyə bilmirdi. Atdığı hər addım uğursuzluqla nəticələnirdi. Nəhayətdə müəllimi onun valideyninə şikayət edib, öyrənə bilmədiyini və heç cür müvəffəq olmayacağını söyləyir. Lakin anası Tommiyə güvənməkdədir. Dolayısıyla özü evdə oğluna dərs verməyə başlayır. Və hər uğursuzluqla nəticələnən işdə ona cəsarət verir. Sizcə aldığı cəsarət Tommiyə nəyi bəxş etdi? O, bir ixtiraçı oldu və o qədər ixtiraya imza atdı ki, bu səbəblə ona Menlo parkının sehrbazı dedilər. Minə yaxın patentin sahibi halına gəldi. Bu şəxs ixtirası ilə dünyamızı aydınlığa boğan Tomas Alva Edisondur. Cəsarəti sayəsində milyonların tanıdığı insan olmuşdu.
Məhz, bu səbəbdən Neyrolinqvsitik Proqramlaşdırma mövzusunda verdiyi seminarlar və qələmə aldığı yazılar ilə tanınan Məhəmməd Bozdağ cəsarət haqqında "Varlığınız cəsarətinizə bağlıdır"-deyir. "Cəsarətiniz varsa, hər kəs sizin varlığınızı hiss edər. Sizi insanların dünyasına sadəcə cəsarətiniz daşıyar. Cəsarətiniz yoxdursa, iç dünyanıza məhkum olarsınız". Demək ki, zəfərin ilk şərti cəsarətdir və ən pis halda qələbəyə bərabər məğlubiyyətdir, çünki cəhdiniz fiasko ilə nəticələnsə də, öz inam və güvəniniz ölməz. Cəsur davranmağa ehtiyacınız var. Bilirsiniz, tısbağaları sadəcə başlarından vurub öldürmək olur. Lakin onlar irəliləmək üçün başlarını önə çıxarıb, həyatlarını risk altına alırlar. Qazanmaq üçün itirməyi, gəzmək üçün yıxılmağı göz önünə almalısınız. Əslində, o qədər də itirəcək deyilsiniz. Yoxsa, Yaradıcının nemətləri başımızdan yağmur kimi yağdırdığının fərqində deyilsinizmi?

Var gücünüzlə çalışın.
Tomas Edison "Yetmiş yaşına gəlmiş insan bir iş görmədiyi gün ölümə məhkumdur", - deyir. Cəsarətinizlə təkan verdiyiniz qabiliyyət lokomotivinizi çalışmalarınızla hərəkətə gətirin. Var gücünüzlə çalışın Axıcılığını itirən suların qoxmağa üz tutması kimi tənbəl insanların da həyatlarının puç olması mütləqdir. Çünki insanda rahat etmə arzusu ilk ölüm xəbərdarlığı və işarəsidir. Özünü tamamən rahatlığın qucağına atan, tənbəlliyin pəncəsinə tərk edən insanlar üçün isə bu hal gələcək məhrumiyyətlərin xəbərdarlıq dəvətnaməsidir.









Text Box: MODUL 6 Text Box: Peşələri Tanıma












Məktəbi bitirməyinə az qalıb və sən artıq həyatının ən mühüm qərarlarından birini verməlisən – hansı peşəni seçməli? Rəfiqənlə birlikdə onun seçdiyin ali məktəbə sənəd vermək, yoxsa böyük qardaşının oxuduğu universitetə daxil olmaq? Dediyinə görə, onlar orada çox əylənirlər. Yoxsa ananın və nənənin peşəsini davam etdirmək istəyirsən? Seçim etmək heç də asan deyil. Amma bu mürəkkəb məsələdə düzgün qərar qəbul etmək üçün psixoloqların məsləhətləri ilə tanış ol.

Yoldaşlardan geri qalmamaq xatirinə

İlk öncə bir məsələyə aydınlıq gətirməlisən: peşə seçimini kim edir – sən,  yoxsa dostların, sən isə sadəcə onların qərarına tabe olursan? Əgər ali məktəb seçimində dostlarının fikirinə etibar edirsənsə, səhv etmək təhlükəsi ilə üz-üzə qala bilərsən. Cünki belə çıxır ki, sən özünə peşə deyil,  sosial mühit seçirsən. Yəni, gələcəkdə hansı ixtisasa yiyələnəcəyin barədə deyil, dostlarının əhatəsində tələbəlik illərinin nə qədər şən və əyləncəli keçə biləcəyi barədə düşünürsən. Amma ola bilsin ki, sənin həvəsin və bacarıqların tam başqa istiqamətədir. Nəticədə, ya özünü kəşf etmək məqsədi ilə bir çox təhsil müəssisə dəyişməli olacaqsan, ya da sevmədiyin peşə ilə məşğul olmağa məcbur qalacaqsan. Dostlarının əhatəsində olsa belə.

Ənənəyə sadiqlik

Fərz edək ki, sən valideynlərinin yolunu davam etdirəcəyinə qərar vermisən. Onlar da bu seçimindən olduqca razıdırlar – övladları, demək olar ki, gələcəyini müəyyənləşdirib, bu sahədə onların gərəkli əlaqələri var və sənə istənilən köməyi edə bilərlər. Ancaq bu zaman sənin əslində nələrə qadir olub-olmadığın nəzərə alınmır. Buna görə də, sevmədiyin bir peşəni orta səviyyədə icra etməkdənsə, öz həqiqi bacarıqlarını və xüsusiyyətlərini kəşf edərək, onları inkişaf etdirməyə çalış. Ailə ənənəsinə sadiq qalaraq ortabab həkim olmaqdansa, bacarıqlı saç ustası olmaq daha yaxşıdır. Əgər valideynlərin seçdikləri peşədə qabiliyyətləri hesabına uğur qazanıblarsa, həmkarların istər-istəməz sizi müqayisə edəcələr. Və əfsuslar olun ki, bu müqayisə heç də sənin lehinə olmayacaq. 

Peşənin ideallaşdırılması

Tutaq ki, uşaqlıqdan jurnalist olmağı arzu etmisən. Valideynlərin də sevinirlər – övladları öz seçimini edib! Çox yaxşı, kömək edərik! Ancaq sənin bu peşə barədə təsəvvürlərin yanlış ola bilər. Əgər sən şer yazaraq öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirirsənsə, bu hələ o demək deyil ki, jurnalist peşəsi sənə uyğundur. Axı jurnalistika insandan çevik reaksiya, məlumatları təhlil etmək bacarığı və təsir altına düşməmək kimi keyfiyyyətlər tələb edən peşədir. Gözəl epitetlər seçmək bacarığı isə elə də vacib deyil. Yeri gəlmişkən, seçmək istədiyin peşə haqqında kifayət qədər məlumatının olmaması və qabaqcadan yaranmış mənfi fikirlər də səhv qərar qəbul etməyə səbəb ola bilər. Məsələn,
- Hər hansı bir peşənin nüfuzlu olub-olmaması barədə yaranan yanlış fikir. Peşənin dəbdə olması ilə bağlı olan fikirlər çox nisbi anlayışdır. Çünki bu gün nüfuzlu hesab edilən peşəyə olan münasibət sabah tam fərqli ola bilər, və əksinə.
- Peşənin xarici təzahürünə aldanma. Bu, adətən,  peşə haqqında kifayət qədər məlumatın olmamasından irəli gəlir.
- Yüksək qazanc vəd edən peşəyə isiqamətlənmək. Burada vacib bir məqama fikir vermək lazımdır: əgər peşə seçimi şəxsi xüsusiyyətlər nəzərə alınmadan edilirsə, doğrudan da yüksək səviyyəli mütəxəssis olmaq çətindir. Belə olacağı təqdirdə isə, yüksək qazanclı iş tapmaq problemə çevrilə bilər. 

Öz-özünü düzgün qiymətləndirmək
Özünü düzgün qiymətləndirməmək hər zaman problem yarada bilər. Məsələn, hər hansı bir gənc qız özünü qələcəyin ekran ulduzu təsəvvür edir və artistik qabiliyyətlərinin olmamasına baxmayaraq,  teatr məktəblərinə “hücum edir”. Bu zaman o özünün əsl istedadlarını kəşf etmək imkanından məhrum olur. Və ya əgər sən,  “Mən aktrisa olmağı çox istəyirəm, amma bacarmaram, çünki teatr məktəbində müsabiqə olduqca yüksəkdir və ora ancaq gözəl qızları qəbul edirlər” deyə fikirləşirsənsə, bu da yanlış yanaşmadır. Komplesklərinin əsl istedadına mane olmasına imkan vermə. 
Peşə seçmək düsturu:
-                      Özünü tanı: xüsusiyyətlərini, bilik və bacarıqlarını, maraq dairəni, həyata baxışını, fiziki və əqli xüsusiyyətlərini, düşüncə tərzini,  güclü və zəif yönlərini bilməlisən. Özün barədə bütün bu məlumatları əks etdirən obyektiv və dolğun “dosye” hazırla. Dostlarının, valideynlərinin və müəllimlərinin köməyindən yararlana bilərsən. Kənardan edilən müşahidələr sənin nəzərindən yayınan hər hansı bir xüsusiyyəti aşkarlamağa imkan verər.
-                      Hansı fəaliyyət sahəsini seçəcəyini təxminən müəyyən etmisən? O zaman artıq bu sahədə çalışan insanlarla söhbətləş, həmin peşənin müsbət və mənfi cəhətləri barədə məlumat əldə edərək, onların işi barədə daha dolğu təsəvvür əldə edə bilərsən.
-                      İndi isə ən vacib məqam – bütün bu tələbləri öz şəxsi xüsusiyyətlərin ilə müqayisə et və qabiliyyətlərinin bu peşəyə yiyələnmək üçün yetərli olub-olmadığını anlamağa çalış.
Bütün bunlara riayət etsən, peşə seçimində düzgün və uğurlu qərar qəbul edə biləcəyinə əmin ola bilərsən.













Text Box: MODUL 7



Text Box: Gələcəyin peşələri












Hansı peşələrə daha çox tələbat duyulur?

Mütəxəssislərin fikrincə, informasiya texnologiyaları sektoru üzrə peşələr birincilər sırasındadır.

XXI əsrin ilk onilliyini başa vurduğumuz bir vaxtda əmək bazarının tələbləri barədə düşünməmək olmur. Müşahidələr göstərir ki, elmin və onun sayəsində texnologiyaların sürətlə inkişafı həm də əmək bazarında mütəxəssislərə olan tələbatın tez-tez dəyişməsinə, yəni qloballaşan dünyada hansı sahənin aparıcı rol oynayacağı uğrunda sanki gizli və aşkar mübarizə gedir. Bu mübarizənin isə yalnız bir hakimi var - bazaar iqtisadiyyatı. Qeyd etdiyimiz kimi, müasir dövrdə əmək bazarının tələbləri tez-tez, demək olar ki, hər il dəyişir. Zaman keçdikcə daha yeni peşələrin meydana çıxması zəruri hala çevrilir. Mütəxəssislər hesab edirlər ki, hazırda daha çox ehtiyac duyulan peşələr arasında informasiya texnologiyaları sahəsi üzrə peşələr liderliyi ələ almaqdadır. Dünya sosioloqlarının apardıqları tədqiqatlara əsasən yaxın gələcəyin on ən tələb olunan, ehtiyac duyulan peşələri sırasına mühəndislik, informasiya texnologiyaları və kompyuter aparat təminatı, nanotexnologiya, elektronika və biotexnologiya, marketinq və satış, servis xidmətləri, loqistika, ekologiya, kimya və tibb üzrə ixtisaslar daxildir. Onu da qeyd etmək istərdik ki, Amerika Birləşmiş Ştatlarının ən tələb olunan peşələri siyahısında informasiya texnologiyaları sektoru liderlik edir. Tərtib edilən siyahıda daha çox tələbat olan bu peşəyə marağın artması dövrlər üzrə faizlə göstərilir. Həmçinin dünyada məşhur olan "Forbes" jurnalı da ABŞ-ın mütəxəssis kadrlar bazarında müasir dövr üçün daha vacib sayılan peşələrin reytinqini tərtib etmişdir. Bu reytinq həmin sahələr üzrə çalışaraq əldə edilən gəlirə və il ərzində bu peşələrə olan tələbata əsasən müəyyənləşdirilib. Sözügedən reytinqdə də informasiya texnologiyaları sektoru ilk üçlüyə daxil ola bilmişdir. Belə ki, reytinqə əsasən proqram təminatı üzrə mühəndis peşəsi ikinci, kompyuter sistemlərinin analitiki isə üçüncü yerdə qərarlaşıb. Amerika Birləşmiş Ştatlarının Əmək Nazirliyinin və aparıcı şirkətlərin top-menecerlərinin məlumatlarına əsasən Kaliforniya Universitetinin alimləri tərəfindən tərtib edilən reytinqə əsasən, demək olar ki, ali təhsilli şəxslərin işlə təminatı digərlərinə nisbətən daha perspektivlidir. Həmçinin statistikada qeyd edilir ki, müxtəlif elmi araşdırmaları emal və analiz etmək bacarığı olan mühəndis, analitik və kompyuter mütəxəssislərinə ehtiyac 2018-ci ildə 20 faiz artacaq. Ehtimal olunur ki, hər üç ildən bir informasiyanın həcminin iki dəfə artdığı müasir dünyada informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislər - kompyuter mühəndislərinin, proqramçıların işə düzəlməsi üçün böyük şanslar olacaq. Həmçinin internet-dələduzluğun qarşısını ala, kompyuter təhlükəsizliyini təmin edə və istehlakçı tələbatını proqnozlaşdıra biləcək ekspertlərə tələbatın artacağı da ehtimal olunur. Keyfiyyətli kontent yaratmaqla yanaşı, müasir veb-texnologiyalardan istifadəni bacara bilən jurnalistlər daha yüksək zirvələrdə olacaqlar. Yaxın onillikdə isə mobil qurğular sənayesinin sürətli inkişafı ilə əlaqədar olaraq yeni oyunların hazırlanması və dizaynı ilə məşğul olan, qrafik, diaqram və digər vizual əyləncə istiqamətli proqramların hazırlanması üzrə mütəxəssislərə də yüksək dərəcədə ehtiyac yarana biləcəyi ehtimalı çox böyükdür. Bütün bunlar yaxın gələcəyin proqnozlarıdır. Lakin məşhur Forbes jurnalı daha irəli gedib, gələcəyə nəzər salaraq 2026-cı ildə ən çox tələbat olacağı gözlənilən peşələrin reytinqini tərtib etmişdir. Forbes jurnalının yazdığına görə, 2026-cı ildə bəşəriyyəti iş tapmaq sahəsində ciddi sınaqlar gözləyir. Mağazaların tamamilə avtomatlaşdırılmış iş rejiminə keçməsi ilə əlaqədar olaraq kassirlərə ehtiyac qalmayacaq. "Kağız poçt"dan heç kəs istifadə etmədiyi üçün poçtalyonlar da demək olar ki, öz funksiyalarını dayandıracaqlar. 
"Forbes" jurnalı həmçinin əminliklə bildirir ki, qırıcı təyyarələrin pilotları da olmayacaq. Belə ki, jurnalın gəldiyi qənaətə əsasən bu növ təyyarələr tam kompyuterləşdirildiyi üçün insanı ölümə göndərməyə heç bir ehtiyac olmayacaq. Jurnalın hesablamalarına inansaq, demək olar ki, gələcəkdə hər bir işi robotlar görəcək. Yeri gəlmişkən qeyd edək ki, artıq Sony şirkəti robot-xidmətçilər istehsal etməyə başlayıb.Olduqca ciddi görünən bu məsələyə laqeyd qalmaq qətiyyən mümkün deyil. Deməli, bu robotlar insan əməyinə olan ehtiyacı ödəyə biləcək. Ona görə də işsizlik probleminin dəfələrlə dərinləşəcəyi də inandırıcı görünür. Çin araşdırma mərkəzlərinin apardıqları sorğulara müraciət etdikdə görünür ki, burada da informasiya texnologiyaları sahəsinə çox böyük tələbat var. Ən ehtiyac duyulan peşə sahibləri sırasına üçüncü nəsil rabitə texnologiyası mühəndisləridir. Onların illik gəliri 150-200 min yuan təşkil edir ki, bu da bizim valyuta ilə təqribən 17 805 - 23 740 manatdır. Çində üçüncü nəsil rabitə texnologiyası mühəndisləri qıtlığının 500 min nəfərdən çox olacağı gözlənilir. Həmçinin internet şəbəkəsi üzrə mütəxəssislərin illik gəliri 100-120 min yuandır. Hazırda sina.com.cn və sohu.com.cn veb-saytlarının şəbəkə redaktorlarının orta aylıq maaşı 8-10 min yuan arasındadır. Çində müştərilərin bu sahəyə sürətlə artan marağını nəzərə alaraq belə proqnozlaşdırırmaq olar ki, gələcəkdə şəbəkə mühəndisi peşəsində çalışan mütəxəssislərin əmək haqları bu ölkədə ən yüksək maaş hesab ediləcək. Avropa sosial sorğu mənbələrində də əsas tələb olunan peşə sahibləri kompyuter təhlükəsizliyi üzrə mütəxəssislərdir. Bir neçə dəqiqə ərzində informasiya bazasını dağıda bilən virusların, həmçinin kompyuter şəbəkəsini yara bilən hakerlərin artdığı bir zamanda daha çox şirkət bu sahəyə diqqəti artırmışdır. Onlar kompyuter təhlükəsizliklərini təmin etmək üçün il ərzində külli miqdarda vəsait xərcləməyə hazırdırlar. Qeyd etmək lazımdır ki, informasiya texnologiyaları üzrə mütəxəssislər də Avropada öz tələbatına görə üçüncü yerdə möhkəm qərar tutublar. Onların arasında isə ən populyarları kompyuter texnologiyaları və incəsənət dünyasında gözəl istiqamətlənmək bacarığı olan kompyuter qrafikası dizaynerləridir. Ümumiyyətlə, hansı mənbəyə müraciət edirsənsə et, aydın görünəcəkdir ki, hazırkı dövrdə və gələcəkdə bütün sahələr informasiya texnologiyaları sahəsi ilə sıx şəkildə bağlıdır və bağlı da olacaq. Hətta, çox da uzaq olmayan keçmişdə informasiya texnologiyaları sahəsi ilə heç bir bağlılığı olmayan sahələrdə belə informasiya texnologiyalarından nəinki istifadə olunmağa başlanıb, həmçinin müasir texnologiyalar hər bir sahənin ayrılmaz və əvəzedilməz hissəsinə çevrilib. "Forbes" jurnalının reytinqinə əsasən bir sıra peşələr ləğv olunacaq, yeni peşələr yaranacaq. Amma bütün bunlara diqqətlə nəzər salsaq görərik ki, hər bir sahə informasiya texnologiyaları ilə idarə olunacaq. Beləliklə, təhlillər göstərir ki, informasiya texnologiyaları üzrə mütəxəssislərə ehtiyac daha da artacaq, bütün sahələr informasiya-kommunikasiya texnologiyaları vasitələri ilə idarə olunacaq. Nəhayət, bir sözlə qeyd etmək istərdik ki, informasiya texnologiyaları sahəsi üzrə peşələr gələcəyin şəksiz lider peşələri siyahısına başçılıq edəcək. 20 ildən sonra dünyada hansı yeni peşələrin yaranacağı artıq indidən müəyyənləşib. “İqtisadi forum” jurnalının məlumatına görə,

Fast Future” şirkətinin ekspertləri növbəti iki onilliyinin 20 yeni peşəsini siyahısını tərtib edib.
Bu peşələr aşağıdakılardır:


1. İnsan orqanlarının istehsalı üzrə mütəxəssis
2. Nanotibb üzrə mütəxəssis
3. Genetik modifikasiyalı kənd təsərrüfatı bitkilərinin becərilməsi və genetik mühəndisliyin tətbiqi ilə mal-qaranın çoxaldılması üzrə mütəxəssis
4. Qocalar üçün məsləhətçi
5.Yaddaşın artırılması üzrə cərrah
6. Yeni elmlərin etikası üzrə mütəxəssis
7. Kosmonavtlar, kosmik bələdçilər və arxitektorlar
8. Şaquli (çoxmərtəbəli) ferma mütəxəsisləri
9. İqlim dəyişiklikləri ilə mübarizə üzrə mütəxəssis
10. Karantin üzrə mütəxəssis
11. Hava polisi (havada baş verən gözlənilməz dəyişikliklərin aradan qaldırılması üçün)
12. Virtual hüquqşunas
13. Avatar menecerləri/ virtual müəllimlər
14. Alternativ nəqliyyat növləri üzrə tədqiqatçılar
15. Ünvanlı yayım üzrə (narrowcaster) mütəxəssislər
16. Lazımsız məlumatların istifadəsi üzrə mütəxəssis
17. Virtual məkanın nizama salınması üzrə mütəxəssis
18. Müvəqqəti broker/ zaman bankının treyderi
19. Sosial şəbəkələrdə sosial işçilər
20. Fərdi brendinq üzrə mütəxəssis (bu mütəxəssis müştərinin fərdi “brend”inin yaradılması üzrəində işləyəcək)

Gələcəyin 10 Məşhur Peşəsi 

Trend təyin edici 'Trends Journal' jurnalı, ən sürətli yayılan və böyüyən işkollarını təyin etdi və gələcəyin ən məşhur 10 peşəsini seçdi.

1.                  Sahələrdən bir dənəsi 'İnternet jurnalistikası'..
2.                  Trend's Journal jurnalına görə gələcəyin ən yaxşı işi, mağazalarda alver mühiti yaradan təcrübə dizaynçılığı...
3.                  Təcrübə Dizaynçısı- Pərakəndə sektorunda işləyən bu qabiliyyətli kəslər xüsusilə mağazalara gələn müştərilərin təsirlənməsi üzərinə fokuslanıyır. Bunun içinə cazibədar divar boyalarının istifadə edilməsi, pəncərələrin doğru yerlərə açılması girir. Mağazada müəyyən bir atmosfer yaradılaraq, satılmaq istənən əşyanın müştəri gözündə cazibədar olması təmin edilməyə çalışılır.
4.                  Tibbi AraşdırmalarTibb, illərdən bəri ən məşhur peşələr siyahısında ilk sıralarda... İnsan ömürü uzanarkən, Parkinson və Alzheimer kimi xəstəliklərlə döyüşmək üçün lazımlı araşdırmaları edənlər isə, tibbin ən məşhur adları.
5.                  Veb Dizaynçısı- İnternet üzərində özünə aid bir saytı olmayan şirkətlər artıq müştərilər tərəfindən kifayət qədər ciddiyə alınmır. Ona görə hər şirkətin, hər təşkilatın özünə aid bir saytı olması lazımdır. Bu da veb dizaynçılarının getdikcə daha böyük bir əhəmiyyətə sahib olmasını təmin edir İnternet Təhlükəsizliyiİnternet üzərində fərdi məlumatların çox rahat istifadə edilməsi üzündən təhlükəsizlik proqramları, gələcəkdə bu işlə məşğul olanlara inanılmaz pullar qazandıracaq.
6.                  Şəhər Planlayıcısı - Əhalinin artması, şəhərlərdə həyatı çətinləşdirir. Hər cür fəaliyyətin və məskunlaşma bölgələrinin detallı planlanmasını təmin etmək çətinləşir. Buna görə dünya səviyyəsində bir çox şəhər yenidən planlanmağa ehtiyac duyur.
7.                  Media Promosyoncusu - Bu peşəsi normal xalqla əlaqələrlə qarışdırmamaq lazım. Yalnız dedi-qodu, qulaqdan dolma məlumatların yayılmasını təmin etməkdən ibarət. Xüsusilə internet yeni iş sahələri. Beləcə bir məhsul bazara çıxmadan belə ümumi istehlakçı tərəfindən tanınmış olur.
8.                  Qabiliyyət Ovçuları- Əyləncə dünyasının ehtiyacı olan yeni üzləri ortaya çıxarmaq... Bu iş sadə görünməsinə baxmayaraq bir çox nəsilin əyləncə mədəniyyətinin və istehlak meylinin şəkillənməsini də təmin edir.
9.                  Satın alma Agentləri- Xüsusilə böyük mağazaların nələrə ehtiyacı olduğunu, hansı məhsullara rəflərində yer verməsi lazım olduğunu, hansı məhsulların kifayət qədər müştəri tapa bilməyəcəyini təyin edən kəslər...
10.             Xəbər Analistleri - İnternet müxbirlər üçün yeni bir iş sahəsini də ortaya çıxardı. İnternet üzərində yeni müzakirə sahələri, xəbər mərkəzləri quruldu.
     






































Text Box: MODUL 8Text Box: “CV necə yazılmalı”















CV necə yazmalı?
Rezüme(xülasə)- iş axtarmaq üçün ən səmərəli vasitələrdən biridir. Əslində o, potensial işəgötürən üçün sizin tərcümeyi-halınız və peşəkar təcrübəniz barədə ən əhəmiyyətli faktların qısa şərhidir. Rezüme yazarkən yadda saxlamaq lazımdır ki, o, sizdən ötrü bir növ vizit vərəqinə çevriləcək, buna görə də xülasə sizi iş axtaran insanların böyük axını arasında fərqləndirməlidir. Rezüme 1-2 səhifədən ibarət olmalı və orada aşağıdakı məsələlər işıqlandırılmalıdır:
Soyadınız, adınız, atanızın adı
Bu məlumatları vərəqin yuxarı hissəsində mərkəzdə iri hərflərlə (18-20 ölçülü şriftlə) yazmaq məsləhətdir. 
Əlaqə məlumatları 
Bu bənddə öz telefonunuzun nömrəsini, elektron poçtunuzun və İnternetdə ev səhifənizin (əgər varsa) ünvanını göstərin. Ev ünvanınızı göstərmək məsləhətdir, lakin bu zəruri deyil. Yaşadığınız rayonu (yaxınlıqdakı metro stansiyasını) göstərməklə kifayətlənmək olar. Bir sözlə, sizinlə tez və operativ əlaqə yaratmaq üçün mümkün əlaqə vasitələrini göstərin. 
 Məqsəd
Hansı vakansiyaya, işə və ya fəaliyyət sahəsinə iddia etdiyinizi göstərin, özünüzün peşəkar maraqlarınızın əhatə dairəsini qeyd edin. Burada həmçinin sizin gələcək iş yeriniz barədə arzu və tələblərinizi də göstərə bilərsiniz.
Description: CV formaları,CV nümunəsi, rezyume
Təhsiliniz (əsas və əlavə)
Həm əsas, həm də əlavə təhsiliniz: oxuduğunuz kurslar, məşğul olduğunuz seminarlar, iştirak etdiyiniz treninqlər, stackeçmə və s. barədə informasiyanı göstərin. Hər bir təhsil yeri barədə aşağıdakı zəruri məlumatlar göstərilməlidir:
daxil olmaq vaxtı;
qurtarmaq vaxtı (ay, il);
təhsil müəssisəsinin adı, fakültənin adı;
təhsil səviyyəsi (orta, orta texniki, natamam ali, ali və s.);
• ixtisasın adı.
 İş təcrübəniz
Sonuncu (cari) iş yerinizdən başlayaraq hər bir iş yeriniz barədə aşağıdakı məlumatları göstərin:
daxilolma tarixi;
çıxma tarixi (ay, il);
 şirkətin adı;
 şirkətin fəaliyyət istiqaməti;
sizin tutduğunuz vəzifənin adı;
funksional vəzifələriniz, mümkün qədər ətraflı;
qazandığınız vərdişlər, biliklər, bacarıqlar, nailiyyətlər (peşəkar fəaliyyətinizlə bağlı konkret faktlar).
Bir qayda olaraq, son on ilə aid iş təcrübəniz barədə məlumatlar göstərilir. Tələbələr və məzunlar bu bölmədə həm ödənişli, həm də ödənişsiz iş (kurs işinin, diplom işinin yazılması, ictimai fəaliyyət) barədə məlumatlar göstərə bilərlər. 
Peşəkar vərdişlər və biliklər
Sizin xülasənin məqsədi olan ixtisas üçün münasib vərdişlərinizi və biliklərinizi sadalayın, həmçinin aşağıdakı məlumatları göstərin:
kompüterlə, xüsusi proqramlarla bağlı bilik səviyyəniz;
• orqtexnika (faks, modem, skaner, surətçıxarma avadanlığı, ofis ATS-i və s.) ilə davranmaq bacarığınız; 

Peşə sertifikatları
Əgər varsa, onları göstərin
Dil bilikləriniz
Hansı dilləri və hansı səviyyədə (ibtidai, orta, sərbəst) bildiyinizi göstərin. 
Şəxsi məlumatlar (göstərmək zəruri deyil)
Bu bölmədə aşağıdakı məlumatları göstərə bilərsiniz:
 doğulduğunuz tarix;
 ezamiyyətə getmək imkanınız
 ailə vəziyyətiniz, uşaqlarınızın olub-olmaması;
 sürücü vəsiqənizin olub-olmaması. 
Xronoloji yanaşma. Sizin peşə statusunuz və işlədiyiniz təşkilatlar xüsusi qeyd edilir. Bu siyahı axırdan, yəni zaman etibarilə ən sonuncu iş və ya təhsil yerindən başlanır. Bundan əlavə, sizin işiniz, bilavasitə vəzifələriniz və qazandığınız uğurlar barədə məlumat göstərilməlidir.
Bu yanaşma aşağıdakı hallarda tətbiq edilir:
əgər sizin fəaliyyətiniz əvvəlki sahə ilə əlaqədar olacaqsa;
əgər sizin işəgötürənin adı gərəkli və mühüm məlumatdırsa;
əgər bu siyahı sizin karyera üzrə irəliləyişinizi və inkişafınızı əks etdirirsə;
əgər sizin əvvəllər işlədiyiniz təşkilatların adları sanballıdırsa;
əgər sizin əvvəlki işiniz ənənəvi sahələrlə, məsələn, dövlət strukturları və ya təhsil sahəsi ilə əlaqədar olmuşdursa. 
Aşağıdakı hallarda bu yanaşmadan istifadə etməyə dəyməz:
əgər sizin əvvəlki iş yerinizdə hər hansı problemləriniz olmuşdursa
əgər siz karyera üzrə inkişafınızın istiqamətini dəyişmək istəyirsinizsə;
əgər siz iş yerlərini çox tez-tez dəyişmisinizsə;
əgər siz öz yaşınızı məxsusi göstərmək istəmirsinizsə;
əgər siz ilk dəfə iş axtarırsınızsa.
Fəaliyyət baxımından yanaşma. Əgər siz konkret iş tapmağa çalışırsınızsa, bu halda yaxşı olar ki, xülasəni əsas ixtisas dərəcələrinin rubrikaları üzrə təşkil edəsiniz, həmin fəaliyyət növünə birbaşa aidiyyəti olan qabiliyyətlərinizi sadalayasınız və bu fəaliyyətin yerinə yetirilməsi üçün malik olduğunuz xüsusi keyfiyyətləri vurğulayasınız. Bir neçə nümunə: liderliyə meyl, şəxsiyyətlərarası ünsiyyət vərdişləri, işin təşkil olunmasına və idarə edilməsinə görə məsuliyyəti öz üzərinizə götürmək bacarığınız. Sizin xüsusi bacarıq və keyfiyyətlərinizin tətbiq sahəsi televiziya, proqramlaşdırma və menecment kimi fəaliyyət sahələri ola bilər. Bu halda xülasədə sizin əvvəlki iş yerində tutduğunuz vəzifələr və oradan təqdim edilən xasiyyətnamələr ikinci dərəcəli rol oynayır.
Bu yanaşma aşağıdakı hallarda tətbiq edilir:
əgər əvvəlki iş yerində istifadə etmədiyiniz potensial qabiliyyətlərinizi xüsusi vurğulamaq istəyirsinizsə;
əgər karyera üzrə inkişaf sahənizi dəyişirsinizsə;
əgər siz əmək bazarında öz xidmətlərinizi ilk dəfə təklif edirsinizsə;
əgər sizin karyera üzrə inkişafınız uğurlu olmamışdırsa;
əgər əvvəlki məşğulluq sahələriniz arasında qarşılıqlı əlaqə olmamışdırsa;
əgər əvvəlki əmək fəaliyyətiniz ştatdankənar və ya müvəqqəti xarakter daşımışdırsa. 
Aşağıdakı hallarda bu yanaşmadan istifadə etməyə dəyməz:
əgər siz karyera üzrə inkişafınızı xüsusi vurğulamaq istəyirsinizsə;
əgər sizin potensial işəgötürənləriniz sizin xidmətlərə hədsiz yüksək maraq göstərirsə;
əgər sizin vəzifə borclarınız çox olmamışdırsa;
əgər sizin axırıncı iş yeriniz çox presticli olmuşdursa.
Necə iş tapmalı?
Hər bir iş axtaran gənc həyatda ən azı bir dəfə belə suallar qarşısında dayanmaq məcburiyyəndə qalır: nə etməli, müraciəti hara yönəltməli. Əmək bazarında nə baş verdiyini anlamağa çalışır ki, iş tapa bilsin. Burada qəbahətli heç nə yoxdur, sadəcə şüurlu şəkildə yanaşma və planlaşdırmaya eytiyac var.  
Elə alınmasın ki, bu gün siz bir neçə müsahibədə iştirak edısiniz (və uyğun heç nə olmasın), sabah isə “boş gün” əmələ gəlsin. Əgər hər hansı bir mühüm məşguliyyət yoxdursa mütləq iş axtarmaqla bağlı ən azı bir tədbir planlaşdırın.  Məsələn, İş elanı ilə bağlı hər hansı bir telefon zəngi, və ya internet saytlarında axtarış, Rezumenizin hazırlanmasıvə təkmilləşdirilməsi. CV-nin hazırlanma qaydası burada daha ətraflı təsvir olunur, sadəcə qeyd etmək istərdik ki çalışın orada orfoqrafik və qrammatik səhvlərə yol verilməsin, başa düşülməyən ixtisarlar və ya lüzumsuz olaraq mürəkkəb, uzun-uzadı cümlələr yer almasın - siz memuar yazmırsınız. Unutmayın ki, Rezume-nin əsas məqsədi sizin şəxsiyyətinizə diqqəti cəlb etmək və bununla müsahibəyə dəvəti almaqdır. Sizin vəzifəsiniz müsbət təsir bağışlamaqdır. 
Mütəxəssislər işaxtarma prosesini dənizə tor atma ilə müqayisə etmək olar: nə qədər suyun üzü geniş əhatə olunsa bir o qədər çox ovlamaq şansı əmələ gələcək. Axtarışın səmərəliliyi işə salınmış kanalların sayından asılıdır. Vasıtə və alətlər hə il dəyişməz olaraq qalır: yaxın dost-tanış,  kadr agentlikləri, İnternet, vakansiya yarmarkaları, qəzet elanları. Dəyişən yalnız namizədlərin bu və ya digər məlumat ötürücüsünə cıxış imkanlarıdır. 
Bəzən hər hansı bir işə sizin namizəd kimi dəvət etməkdən əvvəl telefonla qısa söhbət də ola bilər. Bu halda təklif olunan işlə bağlı müəyyən məlumat verilə bilər və siz onun müsbət və mənfi tərəflərini təhlil etməlisiniz ki, lüzumsuz yerə vaxt və enerji itkisinə yol verməyəsiniz. 
Çünki, əqər təklif olunan işdə sizi qane etməyən məqamların sayı çoxdursa (əmək haqqı, iş qrafiki, yerləşmə ərazisi və s.) və bu qədər itki sizin xeyrinizə olmayacaq. Bu halda nəzakətlə sizi müsahibəyə dəvət edən şəxsə təşəkkür etməyi unutmayın – nə bilmək olar həyatda nə ola bilər. 
Sizin iş axtarmağınızın uğurlu olması və uzun vaxt aparmaması üçün göndəlik fəaliyyət planı tərtib edin və ona riayyət etməyə çalışın. 

Yaxşı işçini müəyyən edən kriteriyalar:

1.                  Edə bilər. Namizəd göstərilən işi müvəffərqiyyətlə yerinə yetirə bilər. Bunlara onun təhsili, biliyi, təcrübəsi, sağlamlığı, psixoloji keyfiyyətləri, ailə vəziyyəti və b. uyğundur.
2.                  İstəyir. Göstərilən işə obyektiv və subyektiv maraqlıdır.
3.                  İdarə olunandır. Namizəd deyilənlərin mahiyyətini və təfərrüatını yaxşı başa düşür. Öz nitqini idarə edir. Özünə tənqidi yanaşır, öz səhvlərini dərk edir və onlardan faydalı təcrübə əldə edir. Stressli vəviyyətdə soyuqqanlılığını saxlayır, aqressiv olmur.
4.                  Uyğunlaşa biləndir. Namizəd xeyirxahdır, ətrafındakılarla asanlıqla ünsiyyət qurur və ünsiyyət qurmaq texnikasına malikdir. Namizədə xas olan davranış və iş modeli əsasən kollektivdə qəbul olunmuş normalara uyğundur.
5.                  Təhlükəsizdir. Namizəd işəgötürənə qarşı (loyalen), açıqdır ancaq söhbətçil deyil, aldatmağa və satqınçılığa meylli deyil.

İş axtarma haqqında məsləhətlər
Özünüz üçün iş axtarışının kriteriyalarını dəqiq təyin edin. Yalnız məqsədlərinizə tam uyğun gələn vakansiyaları seçin. Digər namizədərlə bərabər olaraq rəqibliyinizin önəmli potensiallığını tam layiqli qiymət verilməsinə diqqət yetirin.
Dostlar və tanışlar 
Gənc tələbə və ya məzun iş axtardığı barədə məlumatı ilk öncə dostlar və tanışlara çatdırmalıdır. Belə görünə bilər ki, bu ən rahat və etibarlı üsuldur. Lakin, müasir zamanda ixtisaslaşma və peşəkarlıq üstünlük verildiyindən karyeranı bunun üzərində qurmaq həmişə mümkün olmür. İstənilən halda CV-ni yazmaq və müsahibədın keçmək lazım gələcək. Digər tərəfdən, idarələrin kadr şöbələrində olan ifdormasiya çoxluğu və şəxsi zəmanətin əhəmiyyəti dərəcədə məsuliyyətli olduğundan bu şansdan da faydalanmaq məsləhətdir.
Kadr agentlikləri və İşədüzəltmə şirkətləri ilə əməkdaşlıq hansı hallarda əlverişlidir?
İri şirkətlərdə geniş iş təcrübəsinə malik olan şəxslərə işə düzəltmə şirkətləri tərəfindən iş tapmaq daha asan olur. Onlara sadəcə elektron poçt vasitəsilə müracıət etmələri məqsədəuyğun hesab olunur. Uyğun gələn vakansiya olduqda işədüzəltmə agentləri dərhal özlrəri Sizə müraciət edəcəklər. Belə əməkdaşlıq daha çox uğurlu nəticələr verir. İşədüzəltmə şirkətləri tərəfindən iş tapan şəxslər həmin agentlərə öz təşəkkürlərini bildirirlər. İri işədüzəltmə şirkətləri mövcud olan stabil və iri şirkətlərlə əməkdaşlıq edirlər ki, perspektivli vakansiyalar da onlardan almaq ehtimalı çoxaldır. Həmin agentliklərdən imtina edərək, Siz mühüm vakansiyalardan xəbərdar olmamaq riskini artırmış olursunuz.
Hansı şirkəti seçmək lazımdır - yerli yaxud xarici?
Xarici şirkət menecerə malın satış strategiyası üzrə yeni biliklər verir. Yerli şirkət isə, menecerin vadar edir ki, özü bu strategiyanı qursun və satış sistemində özü qərar versin. Bununla bərabər insanların və layihələrin idarəolunmasında təcrübə qazanaraq, həmçinin karyera quruluşunda biznes məsələlərinin həllində iştrak edərək, yüskək peşəkarlıq səviyyəli idarə edən mütəxəssis pilləsinə qalxmağa zəmin yaranır. Bütün çətinliklərə müqavimət göstərmək və kritik məqamlarda özünü itirməmək kimi biznes keyfiyyətlərinin əldə olunmasına şərait yaradır. Ekspertlər qeyd edirlər ki, xarici mütəxəssislərin yerli şirkətlərə miqrasiyası praktiki olaraq sıfıra bərabərdir. Lakin əks istiqamətdə axın daha da çoxalır.
İş axtarışının qaydaları
Sadəcə telefon qarşısında zəng gözləyərək yaxşı iş tapmaq olmur. Şirkətlər bir çox oxşar tərcümeyi-halları qebul edir, lakin hamısına nəzər sala bilmirlər.Şirkətin işə qəbul prossesində məsul əməkdaşı ilə şəxsi əlaqə yaratmaq - bu iş axtarışının əsas amilidir. Buna görə, ən yaxşı üsul - tərcümeyi-halı göndərib və zəng etmək. Əksər vakansiyalar reklam olunmurlar. İnternet saytlarındakı və qəzetlərdəki vakansiya elanlarına nəzər Sizin iş axtarışı prossesinin bir qismi olmalıdır. Sizi maraqlandıran şirkətlərə tərcümeyi-halı göndərərək mütəmadi olaraq həmin şirkətlərə zəng etməlisiniz. Bu halda iş tapmaq şansını artırmış olursuz. İş axtarışı tərcümeyi - halın kütləvi göndərilməsi ilə çərçivələnməməlidir..
İş axtaran üçün mühüm qeydlər:
·                      Dini, irqi və cinsi fərq qoymadan bütün işəgötürənlərə eyni rəğbər bəsləməlidir;
·                      İşəgötürənə özü haqda doğru olmayan informasiyanı verməmək;
·                      İşəgötürən tərəfindən alınmış informasiyanın konfedisseallığını qorumaq, bunu işəgötürənin professional və şəxsi mənafeyinə zərər vurmadan istifadə etmək;
·                      İşəgötürənin professional və şəxsi keyfiyyətlərinin öyrənilməsi metodlarından müvafiq qaydada istifadə etmək;
·                      İşədüzəlmə prossesinin bütün etaplarında işəgötürənlə daima kontaktda olmaq
Beləliklə, yuxarıdakıları ümumiləşdirərək bunlara xüsusi diqqət yetirin:
·                      İlk növbədə aydınlıq gətirilməlidir: sən kimsən,  sənin maraqların nədir, hansı dəyərlərin daşıyıcısısan.
·                      Ən effektli başlanğıc üsulu tacrübə keçmə (stajirovka) hesab olunur – bu sizə lazım olan əlaqələrin qurulması, praktiki iş təcrübəsi qazandıra bilər.
·                      Səviyyəli Rezume hazırlamağın qayğısına qalın və sonra onu şirkət və kadr agentliklrinə göndərin.
·                      Təcrübə keçmə zamanı əmək kollektivi ilə tanış olmaqda təşəbbüskar olun ki kənarda qalmayasanız
·                      Kollektivdə qalmaq üçün qətiyyətlə qeyri-ənənəvi qərarlar qəbul edin ki, yaradıcı yanaşma və zəka sahibi olduğunuz gözə dəysin.
·                      Əsas odur ki, iş prosesi zamanı əmək haqqı və statusdan daha çox sizi perspektivdə məqsədəçatmaq üçün meydan əldə edəsiniz
·                      Digər insanlarıla təmas qurmağı, onların emosional vəziyyətini və reaksiyalarını öyrənməyi bacarın.
Ünsiyyət daim ehtiyac duyduğumuz ən vacib məşğuliyyətdir. Ümumiyyətlə, insan həyatını ünsiyyətsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki, insan mövcudluğu ünsiyyət tələb edir. Biz ünsiyyət zamanı fikirlərimizi paylaşır, hadisələrə münasibətimizi bildirir, düşündüklərimizi ifadə edirik. Bütün bunlar ünsiyyət prosesində baş verir.
Bundan başqa insanlarla ünsiyyətdə olduğumuz müddət ərzində biz yeni “insan tiplərini”kəşf edirik. Məsələn, bu pisdi, o yaxşıdı, o maraqsız insandı, o çox ünsiyyətcildi, bu çox çətin adamdı və.s.
Eyni zamanda biz həm ətrafdakı insanlarla, həm də özümüzlə ünsiyyətdə oluruq. Hər iki ünsiyyət zamanı həmsöhbətimiz yorucu ola bilər. Biz bu tip həmsöhbətlərə “çətin adamdı” deyirik. “Çətin adam”larla ünsiyyətdə olmaq həmişə narahatedici və cansıxıcı olur, xüsusəndə, əgər bu şəxs biz özümüzüksə……
Əgər bizim özümüzlə ünsiyyətimiz alınmırsa bu digərləri ilə olan ünsiyyətimizə də təsir göstərir. Məsələn, onlarla aqressiv davranırıq, kobud ifadələrlə danışırıq və .s. Nəticədə özümüzü xoşagəlməz situasiyalarla üz-üzə qoyuruq.
Bütün bunların baş verməməsi üçün öncə özümüzə nəzər yetirməliyik. Bununçün aşağıdakıları bilməyimiz vacibdir:
 1-ci öyrənilməli şəxs mən özüməm­­­­­­­­­­­­­­­—-Ən əsası mən özümü tanımalıyam.Buna görə belə bir metoddan istifadə edə bilərik: bir vərəq götürüb orada özümüzün 10 yaxşı və 10 pis xüsusiyyətimizi qeyd edirik;
 1-ci dəyişilməli şəxs mən özüməm—-yuxarıdakı test vasitəsilə tapdığımız mənfi və müsbətlərimizi bildikdən sonra çalışıb mənfilərimizi azaltmaq və müsbətlərimizi artırmaq, bir sözlə, özümüzü müsbət istiqamətdə dəyişməliyik;
 1-ci münasibət qurulmalı şəxs mən özüməm—-özümüzü dəyişdikdən sonra artıq nə istədiyimizi aydınlaşdırıb, ətrafımıza bununla bağlı siqnallar ötürməliyik.
Özümüzlə bağlı problemi həll etdikdən sonra qalır ətrafımızdakı insanlar. Ətrafdakılarla ünsiyyət qurmaq üçün bir şeyi yadda saxlamaq çox vacibdir: insanlar onlara maraq göstərən, düşüncələri ortaq olanlarla ünsiyyət qurmağa çalışırlar.
Əgər insanlarla yaxşı ünsiyyətin alınmasına nail olmaq və özümüzü onlara sevdirmək istəyiriksə əməl olunması vacib sayılan 5 üsulu yadda saxlamalıyıq:
Adamlara maraq göstərmək—-məs: qarşımızdakının problemləri, qayğıları, hər hansı hadisə ilə bağlı təəssüratları, fikirləri və.s. ilə maraqlanmalıyıq. Bu vasitə ünsiyyətdə çox effektiv təsirə malikdir. Çünki, yaddan çıxarmayaq ki, hər kəs özü haqqda danışmağı çox sevir.
Gülümsəmək—-gülüş insanlara təsir edən ən effektiv vasitədir. Ona görə ki, gülüş ətrafdakılara müsbət emosiyalar göndərir. Bu da hər kəsə xoş olur. Buna görə təbəssümü üzümüzdən əksik etməməliyik.
Yaxşı dinləyici olmaq—-başqalarını özləri haqqda danışmağa vadar etməliyik. Belə olarsa onlar bizimlə daha çox ünsiyyətdə olmağa çalışacaqlar. Bu vasitənin əsas tərəfi də odur ki, dinləyici olsaq qarşımızdakı bizə sevə-sevə özü və hadisələr haqqda informasiya verəcək.
Qarşımızdakının bacarıq və imkanlarına, bizə olan səmimi münasibətinə inanmaq—-Əgər belə etmiş olsaq, onda zaman keçdikcə doğurdan da istədiyimizi əldə edə biləcəyik. Yəni qarşımızdakının bizə münasibəti müsbət istiqamətdə dəyişəcək.
Başqasına maraqlı olan dildə danışmaq—-münasibətlərdə uğur qazanmaq üçün həmsöhbətimizin maraqları ilə üst-üstə düşən dildə danışmağı öyrənməliyik. Bu ünsiyyət qanunudur və bunu ilk tanışlıqda, münasibətlərin sonrakı axarında, iş həyatında, o cümlədən, ailə münasibətlərində gözləməliyik. Başqaları ilə elə rəftar etməliyik ki, onlar o rəftarı bizdən gözləyirlər.
Ünsiyyət qurmanın əsas məsələsi budur ki, bizə xoş təsir etməyən, xoşumuza gəlməyən adamlarla ünsiyyət qura bilək. Bunu bacarmaqçün isə aşağıdakılara diqqət yetirməliyik:
Ona qarşı olan bu mənfi münasibətimizin səbəbini dəqiqləşdirməliyik
Onun ən azı 5 müsbət xüsusiyyətini tapmalıyıq
Onu ən yaxın bildiyimiz və çox istədiyimiz insanın simasında görə bilməyi bacarmalıyıq
Onunla ünsiyyətə girməli və fikirlərimizdə ortaq nöqtələri tapmalıyıq
İmkan daxilində ona hədiyyə almalıyıq (ucuz və baha; fərq etməz)
Amma çalışmaq lazımdır ki, bütün bu etdiklərimiz tam səmimi alınsın. Əgər yuxarıda qeyd olunanlara əməl etsək həmin şəxsin bizə qarşı münasibəti müsbət istqamətdə dəyişməsinə azda olsa nail olarıq. Elə biz də özümüzü, ruhumuzu ləkələrdən qoruyayıq. Çünki, pis fikirlər, çirkin əməllər insanın ruhunu ağırlaşdırır; həyatdan, yaşamaqdan zövq almasına mane olur.
Əbədi olan yalnız hisslər və qarşılıqlı münasibətlərdir. Bunlar da öz əksini ünsiyyətdə tapır. Ona görə də insanlarla sağlam ünsiyyətdə olmağa çalışmalıyıq.
Unutmayaq ki, dağ yalnız uzaqdan əlçatmaz görünür. Biz insanlar üçün isə keçilməz meşələr və aşılmaz dağlar yoxdur.
İstəklərimizə nail olmaq üçün 





















Text Box: MODUL 9Text Box: Liderlik









Təşəbbüs və liderlik

Təşəbbüs və liderlik. Bunlar ona görə bir yerdədir ki, liderlik uğur qazanmaq üçün vacibdirsə, təşəbbüs liderlik vərdişinin yaranması üçün əsasdır. Vaqon təkəri üçün ox nə qədər zəruridirsə, təşəbüs də uğur üçün bir o qədər lazımdır.Bəs təşəbbüs nədir?
Bu elə bir müstəsna keyfiyyətdir ki, hər hansı bir göstəriş olmadan belə, insanda ixrac olunmalı işin görülməsinə həvəs oyadır. Təşəbbüs lazım olanı icra etməkdir.
Kim istənilən işdə lider olmaq istəyirsə, ləngimə onun öldürücü düşmənidi və mütləq bu vərdişi tərgitməlidir. Mən görürəm ki, bədənimin əzələləri istifadə olunduqda güclənir və başa düşürəm ki, təşəbbüskarlıq vərdişi də istifadə olunduqca möhkəmlənir. Başa düşürəm ki, başlanğıc üçün gündlik xırda işlərdə təşəbüs vərdişlərini inkişaf etdirməliyəm. Odur ki, hər gün işə yalnız bir məqsədlə — təşəbbüs üçün lazım olan vərdişi inkişaf etdirmək məqsədilə gedəcəyəm.
Mən anlayıram ki, gündəlik işimdə təşəbbüs göstərərək təkcə vərdişi inkişaf etdirmirəm, eyni zamanda bu vərdişlərdən bəhrələnməklə xidmətlərimi daha çox qiymətləndirəck adamların diqqətini özümə cəlb edirəm. Təşəbbüsü və liderliyi ələ almaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır:
Birinci. Siz ləngimək vergisinə qalib gəlməli və ondan yaxa qurtarmalısınız. Dünən və ya bir həftə əvvəl, yaxud keçən il və yaxud bir neçə il əvvəl etməli olduğunuz işi sabaha qoymaq sizin varlığınızın əsasını dağıdır və ondan azad olmasanız, heç nəyə nail ola bilməzsiniz.
İkinci. Siz, əlbəttə, bilirsiniz ki, yalnız başqalarına yaxşılıq etməklə xoşbəxtlik əldə edə bilərsiniz. Eyni şey təşəbbüsün inkişafına da aiddir. Siz bu keyfiyyəti o vaxt yaxşı inkişaf etdirə bilərsiniz ki, onu başqalarına da aşılayasınız.
İşdə və cəmiyyətdə siz daimi olaraq digər adamlarla ünsiyyətdə olursunuz. Özünüz üçün bir qayda yaradın: sizə qulaq asmaq istəyən hər kəsə təşəbüsün inkişafına aid söhbtlər edin. Bunu isə nə üçün etdiyinizi başqalarına izah etməyə ehdiyac yoxdur. Həm də elan etmək lazım deyil ki, siz bunu edirsiniz. Sadəcə, bu işi görün. Əlbəttə, özünüz dərk edirsiniz ki, belə praktika ən azı başqalarına ziyan vurmamaq üçün sizə kömək edir.
Üçüncü. İki tip liderlik mövcuddur: bunlardan biri öldürücü və destruktiv, digəri faydalı və konstruktivdir. Öldürücü tip uğura yox, tam məğlubiyyətə aparır. Bu tip könüllü olmayan ardıcıllarına öz fikirlərini güclə qəbul etdirən psevdoliderlərə aiddir.
Liderliyin qiyməti. İnsanın işi bütün dünya üçün nümunə olduqda o, həmişə paxıllıq obyekti olur. Əgər iş orta səviyyədə yerinə yetirilirsə, insan təhlükəsizdir, ona toxunmurlar. Əgər o, şah əsər yaradırsa, milyonlarla dil işə düşür. Liderə həmişə hücum edirlər, çünki o, liderdir və ona bərabərləşməyə sərf olunan güc onun liderliyinə sübutdur. Lideri ötüb keçmək, yaxud ona çatmaq istəyən paxıllar onu gözdən salmağa və ya məhv etməyə çalışırlar. Lakin elə bununla da liderin üstünlüyünü təsdiq edirlər. Əgər lider həqiqi liderdirsə, o, LİDER olaraq qalır!
Nə qədər uca səslə inkar etməyə çalışsalar da, dahilər yenə də şöhrət qazanırlar.
Deyilənə görə, əməkdaşlıq dildə ən əhəmiyyətli sözdür. Əməkdaşlıq ailədə, ər-arvad, valideyin-övlad münasibətlərində çox vacibdir. O, dövlət işlərində də mühüm rol oynayır. Əməkdaşlıq prinsipi o qədər əhəmiyyətlidir ki, əgər rəhbər bunu başa düşmürsə və öz liderliyində bu prinsipi tətbiq etmirsə, onda, heç vaxt güclü və uzunmüddətli lider ola bilməz. Başqa səbəblərdən daha çox əməkdaşlığın olmaması işgüzar müəssisələri məhv edir. Liderliyə tələblərdən ən başlıcası tez və qəti qərar qəbul etməkdir. Ardıcılların öz planlarına inandıran və bu planları həyata keçirən güclü şəxsiyyət həmişə müvəfəqiyyətli lider olacaqdır.

Gələcəyin liderində aşağıdakı keyfiyyətlər olmalıdır:
1.                  Altı başlıca qorxu hissini yox etmək;
2.                  Şəxsi maraqlarını ardıcıllarının rifahına tabe etdirməyə hazır olmaq, tamahkarlığı və acgözlüyü aradan qaldırmaq;
3.                  Zamanın tələblərinə uyğun gələn müəyyən liderlik proqramı ilə ifadə olunan aydın məqsədlilik;
4.                  Yüksək şüurluluq prinsipini başa düşmək və ondan istifadə etmək qabiliyyəti;
5.                  Ən yüksək dərəcədə özünə inam;
6.                  Çevik qərarlar çıxarmaq və onları müdafiə etmək bacarığı;
7.                  Zamanın tələblərini görmək və bu tələbatı təmin edəcək planlar hazırlamağa imkan verən təxəyyül;
8.                  Böyük təşəbbüskarlıq;
9.                  Ruh yüksəkliyi və onu ardıcıllarına da təlqin etmək qabiliyyəti;
10.             Özünə yüksək dərəcədə nəzarət;
11.             Çox xidmət göstərmək və onun müqabilində az ödəniş almağa hazır olmaq;
12.             Bərabər, cəlbedici xarakterə malik olmaq;
13.             Dəqiq düşünmək qabiliyyəti;
14.             Başqaları ilə bərabərlik ruhunda əməkdaşlıq etmək bacarığı;
15.             Fikirlərini cəmləməkdə və tapşırıqları yerinə yetirməkdə inadcıl olmaq;
“Aydınlanmaq” və səhvlərdən, uyğunsuzluqlardan nəticə çıxarmaq qabiliyyəti;
16.             Həddən artıq dözümlülük;
17.             Təmkinlilik və bütün hallarda sadəlik;
18.             Məqsəddə və hərəkətlərdə düzgünlük”
19.             Digər adamlarla qarşılıqlı münasibətlərə aid qızıl qaydaya əməl etmək.









Text Box: MODUL 10Text Box: Keyfiyyətli işçi sorağında




















İşi keyfiyyətlə yerinə yetirmək üçün həmin iş barədə lazımi məlumata malik olmaq lazımdır. Bununla yanaşı, uğur qazanmağın əsas amillərindən olan ruh yüksəkliyi də yaddan çıxarılmamalıdır. Bu iki şərtdən biri təmin edilmədikdə keyfiyyət şkalasını maksimuma çatdırmaq, demək olar, mümkün olmayacaqdır.
Görüləcək işlə bağlı bütün texniki informasiyaya yiyələnən, yenilikləri daim təqib edərək məlumat bazasını genişləndirən və hərtərəfli inkişafını ruh yüksəkliyi ilə dəstəkləyən bir insanı uğurla çox qısa bir məsafə ayırır.
Daim inkişaf xətti üzrə hərəkət edən birisi uğursuzluq baş versə belə, işini davam etdirməlidir. Nəticəyə yox, işin özünə əhəmiyyət verməli, bilik və bacarığını, təcrübəsini həmişə artırmalı, özünə yeni-yeni dostlar qazanmalı, daha yaxşını və mükəmməli əldə etmək üçün bütün potensialını səfərbər etməlidir.
Peşəkarlarla çalışmaq onun ətrafındakı işçilərə də əlavə zövq, enerji və ruh yüksəkliyi verir. İşinin ustası olan şəxs yalnız özü üçün yox, çalışdığı şirkət və iş yoldaşları üçün də müsbət enerji qaynağıdır. “Bizdən nə kənd olar, nə də qəsəbə” şəklindəki səhv düşüncənin yerini “Bizdən kənd də olar, qəsəbə də, hətta gözəl şəhər də” fikri tutmalıdır.
Məhz o zaman hündür zirvələri, sıldırım qayaları olan dağın arxasında olduğunu zənn etdiyimiz uğurlar xülyadan həqiqətə çevriləcəkdir. Unutmayın ki, işlərini vaxtlı-vaxtında, yerli-yerində görən, şirkətin mənfəətlərini öz mənfəətindən üstün tutan insanlar həyatda daha yüksək uğurlar əldə edirlər.
İşini daha yaxşı bilən insanın özünə olan inamı başqalarına da müsbət təsir edir və onların çalışdıqları müəssisəyə maksimum faydalı olmalarını təmin edir.
Birisi alimə sualla müraciət etdikdə elm yolunda saçlarını ağartmış şəxs “bilmirəm” cavabını verir. Sual verən isə kobudcasına: “Heç utanmırsan, dövlətdən bu qədər maaş alırsan, amma sualımın cavabını bilmirsən”, – deyə giley edir. Alim isə ona çox ibrətli cavab verir: “Dövlət bildiyim şeylərin qarşılığı olaraq mənə məvacib verir. Əgər hər şeyi bilsəydim dövlət mənə maaş verə bilməzdi”. Bu misalı ona görə çəkdik ki, indiki insanların çoxu bilmədiklərini gizləyərək özlərini elə göstərmək istəyirlər ki, guya hər şeydən xəbərdardırlar. Əgər məvacibimiz bilmədiklərimizə görə müəyyən edilsəydi, görəsən, vəziyyətimiz necə olardı?
Bilmədiyini bilmək ağıla, bilmədiyini etiraf etmək isə mərdliyə, kamilliyə işarədir. “Bilmirəm” sözündən çox asanlıqla istifadə edən insan bununla özünə inamını və inkişafa meylli bir ruha sahib olduğunu nümayiş etdirir. Bilmədiklərini gizlətməyə çalışan birisinin maskası tamaşanın bir yerində mütləq düşəcəkdir.
İş bilən insanın yanında qısa vaxt ərzində qazanılmış təcrübə sağlam, müsbət və sərfəli olacaqdır. İş bilməyən və bunu bilmədiyini də bilməyən insanın yanında necə təcrübə qazanmaq olar ki?.. Olsa belə bunun insan həyatında heç bir faydası olmaz. Çünki elm, savad sağlam təməl üzərində qurulmalıdır.
Türkiyənin ən uğurlu və ən zəngin sahibkarlarından olan Vehbi Koç təcrübəli mütəxəssislərə böyük üstünlük vermişdir. O, ixtisaslı insanların qiymətini bu sözləri ilə təsdiq edir: “Hər hansı bir şirkəti uzağı beş ilə istənilən səviyyəyə çatdırmaq mümkündür. Ancaq bu şirkəti idarə edəcək və burada mütəxəssis kimi çalışacaq insanı yetişdirmək üçün isə 10-15 il lazımdır”. Ona görə də müasir dünyanın düşüncə tərzinə görə ixtisaslı işçi bir neçə şirkətə bərabər hesab edilir.
“Bilənlərlə bilməyənləri heç bir-birilərinə bərabər tutmaq olarmı?!”


Xəyal və uğur
İş axtaran bir adam süpürgəçi işləmək üçün dünyanın ən varlı biznesmeni Bill Qeytsin kompyuter texnologiyalarının istehsalı ilə məşğul olan “Microsoft” şirkətinə müraciət edir. O, kadrlar şöbəsinin keçirdiyi bütün sınaqlardan uğurla çıxır və işə qəbul olunur. Rəsmi müqavilənin elektron formasının göndərilməsi üçün kadrlar şöbəsinin işçisi ondan e-mail ünvanını istəyir. Amma həmin şəxs utana-utana: “Mənim e-mailim yoxdur”, – deyə bildirir. Şirkətin əməkdaşı isə buna cavab olaraq: “Bağışlayın, şirkətimizin prinsiplərinə görə e-maili olmayanın özü də mövcud deyil və bu səbəbdən biz sizi işə götürə bilmərik”, – deyir. Bütün ümidləri puç olan adam “Microsoft”u tərk edərək yeni iş yeri axtarmaq üçün küçəyə çıxır. Yolda boş-boş gəzməkdənsə, heç olmazsa evinə pul aparmaq üçün xırda alver etmək qərarına gəlir. Bir marketə girərək cibindəki bütün pula – cəmi 10 dollara (!) – pomidor alır. Qapı-qapı gəzərək iki saat ərzində bütün malını satır və ikiqat xeyir qazanır. Axşama kimi bir neçə dəfə bu yolla alver edir və həmin gün sərmayəsini 80 dollara çıxarır. Pomidor alveri ilə məşğul olaraq, günü-gündən ticarətini genişləndirən qəhrəmanımız 5 ilə ABŞ-ın ən böyük ərzaq tədarük edən şirkətlərindən birinin sahibi olur. Artıq ailəsi, sağlamlığı, təhlükəsizliyi haqqında fikirləşir və həyatını sığortalamaq üçün bir şirkətə müraciət edir. Sığortaçı öz xidmət paketini göndərmək üçün ondan e-mail ünvanını istəyir. Amma qəhrəmanımız yenə də elektron poçtunun olmadığını deyir. Sığortaçı heyrətlə: “Çox maraqlıdır, sizin e-mail ünvanınız olmadığı halda belə nəhəng bir şirkət qura bilmisiniz. Gör indi e-mailiniz olsaydı, nələr etmişdiniz?” – deyə təəccübünü gizlədə bilmir. Amma həmin şəxs əhvalını pozmadan: “E-mailim olsaydı, indi “Microsoft”da süpürgəçi işləyərdim!!!” – deyir.
“Kor bir adamın dünyası onun yalnız toxunma hissiyyatından ibarətdir. Uğurlu bir adamın dünyası isə xəyalları boyu uzanır. Böyük xəyallarla yaşayanların uğurları da böyük olur”, – deyə C. Maksvell qeyd edir.
Həyatda heç bir riski olmayan və çox zövqlü yeganə bir iş var: xəyallara dalmaq. Xəyal dənizində gəmi batmaz. Zamansız və məkansız bir müstəvidə xəyallar quraraq fikirləşərkən, bəlkə də, gələcəyin bir çox uğurlu layihələrinin təməlini atmış olur insan.
Orijinal fikirlər, böyük kəşflər xəyallarla başlamışdır. Xəyal bacarıq qapısının cəftəsi kimidir. Uğurlu işlər, rekordlar ərəfəsində xəyal sanki tramplin rolunu oynayır
Xəyal etmək dedikdə, əlbəttə ki, hər tərəfi gül-gülüstan, özümüzü isə çəmənlikdə istirahət edən şahzadə kimi fikirləşməyi nəzərdə tutmuruq. Həyatın acı reallığını istəməsək də, qəbul etməliyik. Lakin bu reallıq qarşısında ümidsizliyə düşməmək, daxili inamı bərpa etmək üçün xəyallarımızdan istifadə etməliyik. Belə demək mümkündürsə, ziddiyyətləri ixtisar etmək üçün “romantik fikirləşib, realist kimi yaşamalıyıq”.
Hərəkətə keçməzdən əvvəl görəcəyimiz işi xəyallarımızda canlandırmaq bizə əlavə motivasiya verər. Xəyallarımızı işə salaraq, “əvvəl hərəkət, sonra motivasiya” kimi səhv düşüncəmizi “əvvəl motivasiya, daha sonra hərəkət” prinsipinə çevirməliyik. Eyni zamanda, xəyal qurmanın əks-təsir verə biləcəyini də nəzərə alaraq, xəyal gücümüzdən yalnız motivasiya vasitəsi kimi yararlanmalıyıq
Ümid kasıbın çörəyidirsə, onun ən böyük sərmayəsi xəyaldır. İnsan üçün puç olmamış ümidlər və reallığa qovuşmuş xəyallar var-dövlətdən daha əhəmiyyətlidir.
Malik olduğumuz, amma görüb duya bilmədiyimiz elə var-dövlətimiz var ki, ömür boyu bizə baxaraq mövcudluğundan xəbər vermək istəyir. Ancaq nədənsə, biz bu gözü həmişə yumulu formada görürük















Text Box: MODUL 11Text Box: Fərdi inkişaf














 “Fərdi inkişaf nə deməkdir və ya nələr fərdi inkişafa aid deyil?” sualı üzərində fikirləşməyə dəyər. Fərdi inkişaf eqonun yox, qabiliyyətin və bacarığın inkişaf etdirilməsi deməkdir! Fərdi inkişaf “nə oldum yox, nə olacağam?” sualını şüar edərək, cavabı yaşayaraq tapmaqdır! Fərdi inkişaf özümüzə nəhəng bir güzgüdə baxmaq əvəzinə daxilimizdəki keyfiyyətləri real dünyada əks etdirmək bacarığıdır! Fərdi inkişaf nə hər şey deməkdir, nə də heç nə! Fərdi inkişaf dünyaya meydan oxumaq aləti yox, həyatı yaxşı oxumaq vasitəsidir.
Fərdi inkişafa dair suallar
Fərdi inkişafa dair yazılmış bütün kitablarda və ya bu sahədə ixtisaslaşmış mütəxəssislərdə kifayət qədər məlumat varmı? Xeyr. Texnoloji yeniliklər insanların informasiyanı əldə etmək imkanlarını asanlaşdırsa da, istənilən mövzu haqqında səthi məlumat toplayıb onu kitab kimi oxuculara təqdim etmək düzgün deyil. Yalnız başa salmaq və yazmaq yetərli deyil... Dediklərini həyatda tətbiq etməyənlərin nəsihətləri su üzərində yazılmış yazılar kimidir.
Fərdi inkişafa dair yazılmış bütün kitablarda yazılanlar və ya bu sahədə ixtisaslaşmış mütəxəssislərin dedikləri düzdürmü? Xeyr. Müxtəlif ideologiyalara xidmət edən mənbələrdən yayılmış informasiya mütləq yoxlanılmalıdır. Müəllifin fikirləri səhv olmaqla bərabər, tərcümə edilmiş kitablarda da tərcüməçinin yol verdiyi xətalar oxucunun da yanlış informasiya qəbul etməsinə səbəb ola bilər.
Fərdi inkişaf adı altında bizim oxuculara təqdim edilən müxtəlif mədəniyyət və ideologiyaların mənfi təsiri varmı? Bəli. Uzaq Şərq və Qərbdən olan bəzi cərəyanlar öz mənəvi dəyərlərini (!) bizə şirin, cəlbedici formada təlqin edərək milli dəyərlərimizin unutdurulmasına çalışırlar. Bu lap susamış adama duzlu ayran verilməsinə oxşayır.
“İnsanlara aid edilən sonsuz güc-qüvvət” ifadəsi özü boyda böyük bir yalandırmı? Bəli. İnsanın potensialı böyükdür, amma sonsuz deyildir. Bəzən pərdəarxası hadisələri müşahidə edən birisi elə olur ki, burnunun ucundakı təhlükəni görə bilmir. Yeganə Sonsuz Güc Sahibi insanı və onun yaşadığı kainatı heçdən yaradandır. “Onu tapan nə itirmişdir?! Onu itirən nə tapmışdır?!”
Fərdi inkişafa dair keçirilmiş bir seminardan sonra bu mövzuda olan bütün problemlərimizi həll edə bilərikmi? Xeyr. Müasir dövrün adamları artıq çox funksional olublar və həmişə hazıra nazir olmaq istəyirlər. Biz bir neçə saatlıq seminar və ya kurslarla dərdimizə dərman tapacağımızı düşünürük və bununla da, özümüz özümüzü aldadırıq. Halbuki fantaziyalara, xülyalara qapılmaqdansa həyatımızı həqiqi məlumatlar əsasında qurmaq daha düzgün olardı.
Şəxsiyyətin inkişafına dair keçirilmiş bir seminarda məsələ haqqında hərtərəfli informasiya verilirmi? Xeyr. Belə seminarlarda əsas məqsəd insanın bu yöndəki çatışmazlıqlarını üzə çıxartmaq və onu problemin həllinə təşviq etməkdir. Bu tədbir çərçivəsində iştirakçılara yalnız müəyyən açar-həllər təqdim edilir.
Fərdi inkişafda əsas məqsəd digər fərdlərlə rəqabətə girməkdir? Xeyr. Başqasını özünə rəqib seçən adam hərisliyin, bəd niyyətinin əsiri olur. Hərislik adama nəinki yeni uğur gətirmir, hətta onun özündə olan məziyyətlərdən də məhrum olmasına gətirib çıxarır. İnsanın rəqibi yalnız özü, nəfsi olmalıdır. Şəxsiyyət ancaq xarakterdəki mənfi cəhətlər aradan qaldırılmaqla təkmilləşdirilə bilər. Bu mənada, dünyaya göz açarkən Allahın insanlara verdiyi fitri xüsusiyyətlərdən “imtina etməkdənsə”, ailədə, məktəbdə və ya məhəllə həyətindəki mühitimiz vasitəsilə canımıza hopmuş çirkabdan – mənfi xüsusiyyətlərdən təmizlənməliyik. Anadangəlmə inadkar olan birisinin tərsliyindən əl çəkməsi mümkün deyil. Bəs nə etməli? Bu xüsusiyyətimizi müsbət yöndə, məsələn, elm öyrənmək yolunda, Azərbaycan xalqına xidmət yolunda istifadə etməliyik. Amma sonradan vərdiş etdiyimiz yalan danışmaq, qeybət etmək kimi mənfiliklər özünütərbiyə yolu ilə tərk edilməlidir. Qərb ədəbiyyatına nəzər saldıqda bu istiqamətdə oxucuları çaşdıran bəzi məqamların yer aldığını görürük. Fitri xüsusiyyətlərə məhəl qoymadan xarakterin dəyişdirilməsini aşılayan belə kitablarda şəxsi mənfəət naminə istənilən tip insan olmaq “məsləhət görülür”. Əslində isə müasir dünyaya, o cümlədən bütün türk dünyasına iradəli, sağlam şəxsiyyətə malik və cəmiyyət üçün faydalı olan bir insan lazımdır.
Faydalı insana ehtiyac var!
Müasir dünyamızda milyardlarla insan, milyonlarla iş adamı, minlərlə vəzifə sahibi, yüzlərlə uğurlu adam var. Amma təəssüf ki, faydalı insanların sayı çox azdır. Faydalı insan dedikdə cəmiyyət üçün lazımlı, xeyirli olanlar nəzərdə tutulur.
Faydalı insan olmaq üçün ilk əvvəl adam öz-özlüyündə bu suallara cavab tapmalıdır: Mən kiməm? Haradan gəlmişəm? Haraya gedirəm? Həyatda əsas məqsədim nədir? Məqsədimə çatmaq üçün hansı vasitələrdən istifadə etməliyəm? Vaxtdan səmərəli istifadə edə bilirəmmi? Əgər biz bu suallara cavab tapa bilsəydik...
“Bilikli insan çoxdur, amma bildiyini təmsil edən çox azdır. Əsas mənfi cəhətimiz bildiklərimizi həyatda tətbiq etməməyimizdir”. Yunus Əmrə: “Elm elm bilməkdir, elm özünü bilməkdir. Sən özünü bilməzsən, bu necə oxumaqdır”, – misraları ilə fərdi inkişaf məsələsində ən vacib məqama diqqət çəkmişdir.

İnam və uğur
 “Ümid insanın özünü tanımasıdır” – bu sözlər ümidin çox dəqiq və konkret tərifidir. Çünki saatlarla müzakirə ediləcək mövzu dörd sözlə ifadə edilmişdir.
Özünü tanıyan insan heç vaxt ümidsizliyə qapılmaz. Əgər ümidsizliyə düşübsə, deməli o özünü tanımır, daxilindəki gücə bələd deyil. İnsan daxilindəki müsbət xarakterləri kəşf etdikcə özünü təkmilləşdirir, mənfi cəhətlərini aradan qaldırmaq üçün daha çox çalışmağa başlayır. Ömür boyu özü ilə birlikdə yaşayan, amma özünü tanımayan insan isə hər bir uğursuz cəhddən sonra özünə olan inamını və ümidini itirir. Ümidini itirən insanın isə artıq itirəcək başqa bir şeyi qalmır.
***
Daxili inam
İnsanın özünə olan inamını daxili inam adlandırmaq olar. Daxili inam insanın öz gücünə inanmasıdır, başqa sözlə, özündə olan müsbət xüsusiyyətləri həyata keçirmək üçün inamlı olmasıdır.
Özünəhörmət
Özünəhörmət insanın müsbət və mənfi cəhətlərini qəbul etməsidir. Yəni özünü olduğu kimi görməsi, həddini bilməsidir. Məşhur şəxsiyyətlərdən biri deyir ki, “xoşbəxt olmaq istəyirsənsə, öz sərhədini bil və qəbul et”.
Daxili inam fərdi və kollektiv surətdə çalışanlara müəyyən mənada kifayət etsə də, uğurlarımızı ard-arda sıralamaq və qəlbən rahat yaşamamız üçün özünəhörmət vacib şərtlərdən biridir.
Öyrəşdiyimiz ümidsizlik
Bəzi şəxslər gündəlik həyatda və ya işlərində baş vermiş hər hansı uğursuzluğa aid pessimist düşüncələrini digər fəaliyyətlərinə də “yoluxduraraq”, uğur qazana biləcəkləri bir yerdə passivləşir və depressiyaya düşürlər.
Canımıza hopmuş ümidsizlik xofundan qurtulmaq, gələcəkdə uğur qazanmaq üçün daim gərgin və səmərəli işləmək lazımdır. Bu isə fərdin əzmi ilə bağlıdır. O, iradəsini yoxlamaq üçün özünü məcbur etməlidir ki, əvvəlki uğursuzluqları yenidən yaşamasın, qarşıdakı problemləri müvəffəqiyyətlə həll etsin. Çünki o yalnız qətiyyəti ilə ümidsizlik bəlasından qurtula bilər.
Problemsiz bir həyat absurddur. İş olan yerdə mütləq problem vardır. Problemin olmadığı yerdə ya ümumiyyətlə iş görülmür, ya da problemlər ört-basdır edilir. Problemi həyatın gerçəkliyi kimi qəbul edən insan gözlənilməz hadisələrə qarşı da həmişə hazır olur və ümidsizliyə qapılmır.
Ümidsizlik, bədbinlik və ya pessimizm çox təhlükəli bir xəstəlik olub, insanın məruz qala biləcəyi ən dəhşətli müsibət kimi qəbul edilməlidir.
Həyatı iztirabla keçən istiqlal şairi Mehmet Akif Ərsoy Türkiyənin çox çətin vəziyyətdə olduğu anda belə ümidsizliyə üsyan etmişdir:
Ümidsizlik elə bataqlıqdır ki, düşsən, boğularsan,
İradəndən möhkəm yapış, bax gör nə olarsan!
Uğur və imic

Uğur qazanmağa, uğurlu olmağa qoşulmuş hekayə və rəvayətlər hazırda ən aktual mövzulardandır. Bu haqda kitablar yazılır, konfranslar təşkil edilir, seminarlar veririlir. Amma nədənsə heç cür uğur qazanmaq uğrunda uğurlu ola bilmirik. Bəs nə etməli, nəyə fikir verməliyik?
Bu mənada, uğur əldə etmək istəyən birisi ilk növbədə imicinə fikir verməlidir. İmic fərdin və ya bir təşkilatın özünü ictimaiyyətə təqdim etmə formasıdır, onun görünüşüdür.
Mal əvəzinə markaların satıldığı, adamların əvəzinə isə adların, soyadların ön planda gəldiyi müasir dünyada uğur qazanmaq uğrunda daha səmərəli çalışmaq lazımdır.
Molla Nəsrəddinin xalq arasında məşhur olan “ye, kürküm, ye” məsəlində özünü daha bariz şəkildə əks etdirən imic məsələsi artıq həyati əhəmiyyət kəsb edir. Çünki ilk təəssürat formalaşdırmaq üçün bizə ikinci bir şans verilmir. İmic və cəlbedicilik artıq onların altında yatan bacarığı tamamilə kölgədə qoymuşdur. Amerikan alimi U. Ceymsin də dediyi kimi “xarici görünüş dilsiz təqdim vasitəsidir”.
Uğur qazanmaq üçün imic lazımdır, amma əlbəttə ki, çılpaq imic də heç nəyə yaramır: imicimiz fikirlərimizlə, düşüncə tərzimizlə qüvvətləndirilməlidir. Xarici görünüşümüzə görə qarşılansaq da, unutmayaq ki, daxili aləmimizə görə yola salınacağıq. Zahiri görkəmimiz ilə qarşı tərəfdə formalaşdırdığımız müsbət imic şəxsiyyətimizlə ahəng təşkil etdiyi zaman bizi onun gözündə daha da ucaldır və qarşılıqlı səmimi, səmərəli münasibət yaranır. Bu mənada, Mövlananın “ya olduğun kimi görün, ya da göründüyün kimi ol” sözləri bizim həyat devizimizə çevrilməlidir.
Əgər uğur qazanmaq istəmirsinizsə və yalnız uğursuzluq uğrunda can qoymaq fikrindəsinzsə, onda bu yolu seçməlisiniz: uğursuzluq açarının kimdə, ya da nədə olduğunu, onu necə ələ keçirə biləcəyinizi öyrənin; əziyyət verib özünüzü tanımağa cəhd etməyin, əlinizdə olan imkanları görməməyə çalışın; həyatda heç bir məqsəd seçməyin və özünüzü, işlərinizi, ümumilikdə həyatınızı əsən küləyin ixtiyarına buraxın, qoy haraya istəyirsə, aparsın sizi; birdən çaşıb strategiya-zad seçmək istəyərsiniz ha – plan, proqram tərtib etməklə vaxt itirməyin; hərəkət etməyin; nəticə özü ayağınıza gəlməyincə işə müdaxilə eləməyin; əldə etdiyiniz nəticələri qiymətləndirməyin; nəhayət, yaşamaq üçün daha rahat bir planet axtarıb tapın! Çünki bu qədər çətin uğursuzluğu əldə etmiş birisi kimi sizə Yerdə layiqli yer tapmaq çox çətindir. Gedin başqa planetlərə, imkanınız varsa, qalaktikanı dəyişin və yenə də imkanınız olsa, “uğursuzluğa aparan uğurlu yollar” adlı seminarlar təşkil edin.
Daimi, əbədi uğursuzluq varmı bu dünyada? Xeyr. Çünki hər bir insanın həyatında əzab-əziyyətdən sonra dincəlmə və daha sonra növbəti bir əzab-əziyyət mərhələsi vardır. Ümumiyyətlə, insanın həyat yolu yalnız uğur və ya uğursuzluq xətti üzrə gedə bilməz. V. Lombardini: “Yerə yıxılıb-yıxılmamağın əhəmiyyətli deyil, əsas olan yenidən ayağa qalxıb-qalxmayacağındır”, – deyir. Üzərimizə düşən vəzifə nəticəyə elə də çox fikir vermədən lazım olan işləri həyata keçirməkdir. Nəticə tam olaraq əvvəlcədən müəyyənləşdirilə bilinmədiyi üçün gözləmədiyimiz bir sonuc bizi ümidsizliyə sala bilər. Ona görə də insan əsasən nəticəyə yox, işin özünə fikir verməlidir.
Çox keşməkeşli bir həyat yolu olan Uinston Çörçill uğura belə bir tərif verir: “Hədəfinizə doğru irəliləyərkən bir uğursuzluqdan qurtulub, növbəti uğursuzluğa düçar olmağa uğur deyilir”. Belə bir uğurlu tərifdən sonra bu mövzuda artıq nəsə yazmağın uğursuz olacağını fikirləşdiyim üçün yazını elə buradaca kəsirəm.






Text Box: MODUL 12Text Box: Hədəf müəyyənləşdirmək




Məqsədi və ona çatmaq üçün zəhməti olmadan 
heç bir insan yaşaya bilməz.
Fyodor Dostoyevski
Qoca yemir-içmir, böyük çətinliklərə qatlanaraq pul yığır və ev alır. Evi aldığı ilk gün "Evim, sən mənim illərdir çəkdiyim zəhmətin bəhrəsisən. Ömür boyu sənin üçün işləmiş, həyatımı tükətmişəm. Ona görə səndən bir xahişim var. Heç olmasa yıxılmazdan əvvəl məni xəbərdar et ki, ehtiyatımı görə bilim", - deyə səslənir. Evdən isə heç səs çıxmır, qoca da bunu razılaşmanın ifadəsi olaraq anlayır. Bu anlaşmanın üstündən bir il keçir. Bir gün pəncərə tərəfdəki divar çatlayır, qoca mala ilə ora sement vurur. Sonra qapı tərəfdəki divar çatlayır, qoca oraya da sement vurur. Bir müddət sonra başqa bir yer, qoca oranı da təmir edir.
Bu minvalla illər keçir. Bir gün qoca işdən qayıdarkən evinin dağıldığını görür. Gördüyü mənzərə qarşısında çox üzülür və evin xarabalığına "Ay evim, axı demişdim sənə, yıxılmamışdan əvvəl mənə xəbər verərsən", - deyə səslənir. Elə bu zaman xarabalıqdan bir səs yüksəlir: "Nə edim, ay qoca. Nə vaxt ağzımı açdım ki, səni xəbərdar edim, sən də bir mala sementlə ağzımı qapadın. Nəticədə də belə oldu."
Həyatımız da eyni bu hekayəyə bənzəyir. Bir gün ağaran saçlarımız, başqa bir gün xəstəliklərimiz bunun bir gün bitəcəyindən xəbər verir. Çatlaqları sementləmə misalı saçlarımıza rəng vurmamız, nə də xəstəliklərdən qurtulma naminə dərman qəbul etməmiz, bu prosesi durdurmayacaq. Və olan olacaq. Bir kərə yaşanılacaq həyat, nəhayət bir gün bitəcək. Şairin "Həyat sən nə şirinsən, kim səndən doydu getdi?", - deyə vəsf etdiyi bu həyat, madəm bizə bir dəfə veriləcək, o zaman onu ən gözəl şəkildə yaşamalıyıq. Hər anını belə qiymətləndirməli və yaşlanarkən onu "kaşki"lərə bürünmüş bir keçmiş olmaqdan qurtarmalıyıq.

Maksim Qorkiyə görə "Həyatın nə olduğunu onun gözəlliyində axtarmaq və onu daha gözəl hədəflərə yönləndirmək lazımdır". Həyatda konkret yolumuzu və dəqiq hədəfimizi müəyyən etmək çox önəmli məsələ olduğu kimi, düşünülmədən atılmış hər bir hərəkətin də fiaskolarla nəticələnməsi labüddür. Həyat böyük okean kimidir. Hara gedəcəyimizi bilməsək heç bir ruzigar bizə kömək edə bilməz... Və nəhəng su kütləsinin ortasında tək-tənha qalarıq. O zaman fırtınalara qurban getməmiz, Bermud üçbucağına rast gələrək əbədiyyən bilinməzlik aləminə yelkən açmamız möhtəməl olar. Yollar çox və qarışıq, rotası təyin olunmamış səyahətlərin qorxunc sonu isə qaçınılmazdır. Dolayısıyla, düşüncə platformasında hədəf və məqsəd daima ilk yeri tutmalıdır. Əks təqdirdə, çoxluğa gedilmiş və xaosa düçar olunmuş olar.
Hədəf müvəffəqiyyətə gedəcək yolun ən önəmli addımıdır. Minlərlə yolun arasından biri seçiləcək və əmin addımlarla irəli doğru gediləcək. Çəkinməyin! Düşünün və hədəfinizi müəyyən edin. Yoxsa universitetə qəbul olmaq istəmirsinizmi? Yaxşı ailə başçısı olmağı düşünmədinizmi? Tərbiyəli övlad böyütmək arzusunda deyilsinizmi? Sahənizdə ən yaxşı mütəxəssis olmağı xəyal etmirsinizmi? Zəngin olmaq yuxularınızı qaçırmadımı? İllər sonra miskin, aciz və əlibaxımlı olsanız, bu öz səhvinizin zərərli meyvəsi olacaq. Gələcək sıxıntılardan qurtulma naminə hədəfinizi bu gündən müəyyən edin. İtiriləcək günümüz yoxdur. Çünki biz hər insanın bir gündə iki günü olduğuna inanırıq. Biri hər kəsin özünə aid günü, digəri isə gələcək nəsillərə aid günü. İki qat məsuliyyət... Elə isə, vaxt keçirməyə lüzum yoxdur. Düşünün, daşının və hədəfinizi seçin. Siz hara gedəcəyinizi bilsəniz, yol vermək üçün bütün dünya bir yana çəkiləcək.
Böyük hədəflər seçin.

Nədənsə çox vaxt iç aləmimizdə saxladığımız, xəyalları ilə bütünləşdiyimiz hədəfləri söyləməkdən çəkinirik. Bəzənsə onların utopik çərçivədən çıxmayacağını fikirləşib birdəfəlik unutmaq üzrə qərar qılırıq. Halbuki, böyük nəticəyə gedən yolun ilk addımı böyük hədəfdir. Bacara bildiyiniz qədər böyük düşünəcəksiniz. Fransız siyasətçi Roques Montqayllard "Aşağıdan baxıldığında çox yüksəkdə görülən dağların zirvəsinə çıxdığımız zaman onların bir təpədən fərqli olmadığını anlayırıq", - deyir. Demək ki, hədəfiniz sərhəd tanımayacaq, yerlə çarpışıb, göylə əlləşəcəksiniz. Tam hədəfiniz reallaşarsa belə, çatdığınız məqam hədəfiniz nisbətdə böyük olacaq. Məhz buna görə Konfutsi əsrlər əvvəldən eyni şəkildə səslənir: "Əgər ağaca çıxmaq istəyirsinizsə, ulduzları hədəf alın."Böyük düşünün! Hədəf Himalay olunca, Elbrus təpə kimi olacaq. Ayaqlarınızın altına alın böyük işlər görməkdən çəkinmə duyğusunu. Yüksəklərə dikin gözünüzü, əminlik və güvənlə. Rajneş Bhaqvanın dediyi kimi "Zirvələrlə oynayın! Enerjinizin nələrə qadir olduğunu dərk edə bilsəniz, müvəffəqiyyət sizi izləməyə başlayacaq".
Dəqiq və konkret hədəflər seçin.
Hədəfiniz dəqiq və konkret olmalıdır. Bu, planlarınızı reallaşdıracaq yollar müəyyənləşdirməniz üçün ən önəmli faktordur. Nə istədiyinizi dəqiq biləcək və əsla müxtəlif məcralarda, bir-birinə zidd hədəf və arzulara yanaşmayacaqsınız. Məşhur həkim olmağı göz önünə alarkən, mükəmməl mühəndis olmağı düşünməməlisiniz. Həyatınız bir-birindən uzaq hədəfləri reallaşdırmaq üçün mümkün qədər qısa, tələb və ehtiyaclarınız sonsuzdur. Əks təqdirdə, hər şeyi əldə etmək istərkən, heç bir şeylə qarşılaşacaqsınız.
İ.A.Krılovun "Qu quşu, durnabalığı və xərçəng" təmsilini bilirsiniz. Bir zamanlar qu quşu, durnabalığı və xərçəng dostluq edirlər. Bir gün onlar yüklərini araba ilə daşımaq qərarına gəlirlər. Qu quşu dərhal uçaraq arabanı havaya, durnabalığı üzərək suyun dibinə və xərçəng geriyə gedərək özünə doğru çəkməyə başlayır. Nə qədər güc sərf etsələr də, arabanı konkret bir yerə yönləndirə bilmirlər. 
Dəqiq düşünün. Nə olmaq istəyirsiniz. İstəkləriniz eyni istiqamətdə, birinin reallaşdırılması digərinə kölgə salmayacaq şəkildə olsun. Və bütün varlığınızı hədəfinizi reallaşdırmağa həsr edin. Nəzərləriniz, əsla başqa yerə yönəlməsin.
Aleksandr Qreham Bell "Bütün fikrinizi etməkdə olduğunuz işin üzərində mərkəzləşdirin. Günəş şüaları bir yerə mərkəzləşmədən oranı yandırmaz", - deyir. Demək, bütün fəaliyyətləriniz hədəflərinizin ətrafında dövr edəcək. Lakin...
Hədəfləriniz müəyyən plan çərçivəsində olmalıdır.
Hal-hazırda üzərində işlədiyiniz obyekt bu fəaliyyətlər üçün bir zərgər dəqiqliyi tələb edən həyatınızdır. Etdiyiniz hər hansı boş vermənin fakturasını ödəyəcək sizsiniz. Bu məramda mütləq planlı və proqramlı olmasınız.
Diqqət etsəniz, iş həyatında insanların çoxu mövcud şəraiti bəyənməz, giley-güzar edərlər. Çünki, başqalarının tətbiqini məcburi qıldığı qərarlar heç də hər kəsə xoş gəlməz. Bəzən ən mükəmməli fikirləşərsiniz, amma nadfilə, kimsə sizi dinləməz. Təşəkkür edilib, təriflənmək yerinə, məzəmmət olunub tənqidçi bilinərsiniz. Üzülməyin, çarə qılın. Gələcək planlarınız haqqında düşünün. Yoxsa həyatın hökmüdür, öz gələcəyi haqqında planları olmayanlar başqalarının planlarına tabe olarlar.
Hədəfinizi yazın.
"Qələm ağlın dilidir", - deyirlər. Çəkilin hər kəsdən uzaq bir məkana. Gözlərinizi yumun. Xəyal mexanizminizi hərəkətə gətirin. Düşünün və yazın. Hansı sahədə, nəyi, nə vaxt və necə reallaşdırmaq istəyirsiniz. Hədəflərinizin yazılı olması çox önəmlidir, çünki bu, özünüzlə bağladığınız müqavilə mahiyyəti daşıyır.
Qeydiyyat kitabçanızda beş başlıq qeyd edin. "Maddi durumum", "Xüsusi qabiliyyətlərim", "Vəzifələrim", "İnsanlarla münasibətlərim" və "Əsərlərim". Hər başlığı ayrı-ayrılıqda ələ alın.
Maddi vəziyyətim. Bir neçə evim olacaq, aylıq gəlirim_______olacaq. Dostlarıma böyük hədiyyələr verəcək imkana sahib olma...
Vəzifələrim. Müdir, şirkət sahibi, millət vəkili, nazir, elmlər namizədi, professor, ...
Qabiliyyətlərim. Bir neçə dildə danışmaq, musiqi alətlərinin ən az birində ifa edə bilmək, sürətli kitab oxumaq qabiliyyəti, ..
İnsanlarla münasibətlərim. Hər zaman gülərüz olmaq, güclü dostluqlar qurmaq, hər kəsə önəm vermək, ...
Əsərlərim. Şeir, roman, hekayə, məqalə, kitab yazmaq. Məktəb, xəstəxana açmaq... Seçdiyiniz hədəfləri zaman planlamasına görə sıralayın. Öhdəsindən gəldiyiniz işlərin üzərindən xətt çəkin. Hədəflərinizin reallaşacağı günə kimi qeyd kitabçanızı itirməyin.
Hədəfinizə bağlanın.
Hədəflərinizə qovuşmada ən əsas kriterilərdən biri bu hədəflərə bütün varlığınızla bağlanmanızdır. Türkiyənin məşhur yazarlarından Həkimoğlu İsmayılın insanın hədəflərinə bağlanması mövzusunda tövsiyələri çox mənalıdır:
"Sizdən biriniz roman yazarı olmağı hədəfləyirsə, olimpiadalara qatılacaq bir idmançı surəti ilə çalışmalıdır. İçinizi roman doldurmalıdır. Çörəyin, pendirin qiymətini unutmalısınız. Başqa şeyləri ağlınızdan silməlisiniz. Hündürlüyə tullanma məşqləri edən adam futbolçu ola bilməz. Roman yazarı olmaq istəyən ümumdünya miqyasında tanınacaq yazar olmağı qarşısına məqsəd qoymalıdır. Arada bir qaçan olimpiada rekordu qıra bilməz. Hər kəs gəzib-əylənərkən, o çalışmalıdır.
Hədəfə bağlanmaq, onunla bir vəhdət halına gəlmək, yatarkən, gəzərkən, hətta gündəlik fəaliyyətləri həyata keçirərkən hər zaman hədəfini düşünmək lazımdır. Düşünməkdən yuxularınız qaçacaq və əzminiz əsla tükənməyəcək.
Karfagen Romaya gedən dəniz ticarət yolunu Qərbi Siciliya və Şimali Afrika vasitəsilə nəzarətdə saxlayırdı. Bu da öz növbəsində Romanın ticarət fəaliyyətlərini çətinləşdirirdi. Dolayısıyla, necə olursa olsun, Karfagen məğlub edilməli idi. Romalı senator Markus Porsius Katon (e.ə. 234 -149) da bunu heç bir şəkildə ağlından çıxartmırdı və tam 30 il nə mövzuda danışırsa, danışsın, xitabını "Delenda est Carthago!" (Karfagen mütləq dağılmalıdır!) ifadəsilə bitirirdi. Hər şeyini hədəfinə həsr etmişdi. Beləcə bir müddət sonra hədəfinə qovuşmuş və Karfagen ilə müharibəni qalib olaraq başa vurmuşdu.
Hədəfinizi sizə xatırladacaq yollar seçin.
Hədəfinizi daim xatırladacaq yollar seçməniz hər gün sizə böyük enerji verəcək, fəaliyyətlərinizi hədəfiniz istiqamətində yönəldilməyə təşviq edəcəkdir. İstər hədəfinizi danışaraq lentə qeyd etməniz və hər gün bunu dəfələrlə dinləməniz və ya hədəflərinizi kiçik kağızlara yazaraq müxtəlif yerlərə asmanız, ya da fikirləşəcəyiniz başqa bir yol. Mahiyyəti nə olursa, olsun, mütləq sizə hədəflərinizi xatırladacaq bir yol seçin. 1997-ci ildə "Hewlett-Packard" şirkəti ilə Massaçusets Texnologiya İnstitutunun birgə həyata keçirdiyi layihənin nəticələrinə əsasən, görərək məlumatların yadda qalmasının eşitməyə nisbətən daha effektiv olduğu ortaya qoyulmuşdur. Beləki, əldə edilmiş nəticələr hər hansı bir məlumatın eşitmə yolu ilə keçici hafizəyə qeyd olunma surətinin 640.000 b/san, qalıcı hafizəyə qeyd olunma surətinin 2 b/san ikən, bunun görmə yolu il müvafiq olaraq 1.300.000 b/san və 40 b/san təşkil etdiyini göstərirdi. Elə isə hədəflərinizi sizə xatırladacaq yollar seçərkən gözlə görünən vasitələrə baş vurmağınız daha məqsədə uyğun olardı. Aşağıdakı əhvalat bu fikrin təsdiqləyir. 4 iyul 1952-ci il. 34 yaşlı qadın Sakit okeanına dalaraq Katalina adasının 21 mil qərbindəki Kaliforniyaya doğru üzməyə başladı. Əgər müvəffəq olsa, bu uğura ilk imza atan qadın olacaqdı. Adı Florens Çadvik olan bu üzgüçü İngiltərə və Fransa arasındakı La-Manş boğazını hər iki yöndə üzüb keçən ilk qadındı. O səhər su bədəni donduracaq qədər soyuq idi və elə duman vardı ki, Florens onunla bərabər hərəkət edən qayıqları çətinliklə görə bilirdi. Milyonlarla insan televiziya ilə onu izləyirdi. Dondurucu soyuğa və köpək balığı təhlükəsinə baxmayaraq tam 15 saat üzdü. Artıq Kaliforniyaya sahillərinə çatmağa yarım mil qalmışdı. Birdən Florens anası və məşqçisinin olduğu qayığa yaxınlaşaraq, onu sudan çıxarmalarını istədi. Öz növbəsində həm anası, həm də məşqçisi Kaliforniyaya yarım mil qaldığını xatırladıb çıxmamağı üçün israr etsələr də, heç bir şəkildə onu razı sala bilmədilər. Hər kəs üçün maraqlı idi, bu əzmli üzgüçünün vaz keçmə səbəbi. Və Florens onu sual yağmuruna tutan media nümayəndələrinə bunları deyirdi: "Vaz keçməyimin səbəbi nə soyuq, nə də yorğunluq idi. Duman səbəbindən sahili görə bilmirdim. Sahili görə bilsəydim, müvəffəq ola bilərdim". Görmə vasitəsilə ilə hədəflərini xatırladacaq yollar seçən insanlar arasında Qrey Uolterin yolu daha maraqlıdır. Uolter hədəflərini unutmamaq üçün onların baş hərflərini kiçik kağızlara yazıb, evinin müxtəlif yerlərinə asırdı. Yemək yeyərkən, üzünü yuyarkən gördüyü bu yazılar hədəflərini unutmamaqda ona kömək edirdi. Hədəflərin daim xatırlanması isə müvəffəqiyyəti özü ilə bərabər gətirmişdi.
Siz də hədəflərinizin baş hərflərini kiçik kağızlara yazın:
Bu kağızları hər yerə - evinizə, iş yerinizə asın. Gündə dəfələrlə təkrarlayın. Beləcə, şüuraltınıza yerləşən bu görüntülər fəaliyyətlə hədəflərinizə istiqamələndirmədə böyük rol oynayacaq.

Misal üçün:
T- Tələbə olmaq
M- Maşın almaq
Ş-Şirkət Qurmaq
L-Lider olmaq
Hədəfinizi parçalara ayırın.
Heç bir şey çətin deyil, əsas məsələ onu kiçik parçalara ayıra bilməkdir. Henri Ford hər səhər Nyu-Yorkun cənub məhəlləsindən şimalda yerləşən məhəlləsinə piyada gedərmiş. Getdiyi yolda xeyli uzaq məsafədə idi. Bu idealist adam hər gün təkrarladığı gəzintini belə izah edir: "Səhər evdən çıxanda yolun uzunluğunu əsla ağlıma gətirməzdim. Qabaqda gül mağazası var idi. Ora çatıb, yeni açılan gülləri qoxulamağı fikirləşirdim. Gül mağazasına çatanda qarşıda olan qəzet köşkünə çatmağı hədəfləyirdim. Görəsən aşağıdakı qəzetlərin manjetlərində nələr yazılıb. Köşkə çatdıqdan sonra qarşıda olan paltar mağazasına çatmağı hədəfləyirdim."
Henri Ford hər yüz metrdən bir özünə hədəf seçdiyi üçün davamlı qət etdiyi kilometrlərlə yolu gözündə böyütmədən bitirirdi. Beləliklə o, Hədəfə çatmağın ən qısa yolu onu parçalara bölməkdir sözünü özünə düstur edir və bu yolla böyük uğur qazanır. "Yolu qət etməyi asanlaşdırdığım kimi maşın istehsalını da asanlaşdıra bilərəmmi?" sualını özünə verir və cavab tapır - hərəkət edən konveyer üzərində maşın istehsalı. Motor konveyer üzərində hərəkət edir. Bir işçi onun bir hissəsini, digər işçisi isə başqa bir hissəsini motora taxır. Hər işçi bir parça əlavə edəndə avtomobil sürətlə istehsal edilir. Amma heç bir işçi böyük bir maşını istehsal etdiyini düşünmür. İşçi sadəcə olaraq işinin şurup taxmaq olduğunu biləcək və ona əməl edəcəkdir. "Hədəfə çatmağın ən qısa yolu onu parçalara bölməkdir". Elə isə siz də hədəflərinizi parçalara ayırın. Bütövlükdə sizə böyük görünən işlər addım-addım irəlilədikcə kiçiləcək. Hər gün edəcəyiniz işləri müəyyənləşdirin. Və bir günü də olsa, boş buraxmayın. Günlük görüləcək işlər sizə az gəlsə də, böyük xəyallarınızı reallaşmasına hamilədir. Unutmayın, dəryalar damlalardan meydana gəlir, amma damlaların dəryalaşacağı zamanı önləməyə kimsənin gücü yetməz.
Hədəflərinizi reallaşdırmağa bu gündən başlayın.
Artıq planlarınızı qurdunuzmu, hərəkətə bu gündən başlayın. Özünüzü havanızda hiss edincəyə qədər gözləməyin. O ruh halı, əsla gəlməyəcək. Və bacardığınız qədər tez hərəkət edin. Əgər verildiyi vaxt ala bilməzsəniz, heç ala bilməyəcəksiniz. Unutmayın, günəş sadəcə sizin üçün dönmür.
Fürsət rəqs zolağında hazır gözləyənlərlə rəqs edər.
Cakson Broun
Səhər. Günəş yeni-yeni doğur. Sakitlik... və saat səsi sükutu pozur. Duş. Yemək. İşə qaçış. Gərgin iş. Fasilə. Günorta sonrası işə davam. Evə dö­nüş. Yemək. Söhbət. Televizor. İşdən fərqli bir neçə iş... və şikayət. “Həyat mo­noton gedir. İrəliləyişimizi nəticə qılacaq imkan və fürsətlər mövcud de­yil.” Təkzib Tomas Edisondan – “Fürsətlərin sayı onları görəcək insan sa­yın­dan daha çoxdur.”
Böyük fürsətlər hər kəs üçün yaranır, ancaq çox insan onların fərqində belə deyildir. Səbəb – bəlkə də axtarılmadığı üçün qarşılaşılmır. Əgər arayış içindəsinizsə, yanlış arayışınız da önəmli faktor ola bilər. Nəyi harda və nə zaman axtarırdığınızı doğru bilməlisiniz.
Nəyi axtarırsınız?
Edison apardığı yüzlərlə təcrübə arasında elektrik lampasını ixtira et­mə fürsətini axtarırdı. Uolt Disney baş vurduğu üç yüz bank arasında “Disneyland” xəyalını reallaşdırma fürsətini axtarırdı. Mor­qan Frimən çə­kil­diyi kinolarla məşhur olma fürsətini axtarırdı. Və hər kəs aradığını tapma na­minə mütləq bir şeyləri axtarırdı. Nəyi aradığınızın fərqindəysəniz, fürsəti yuxunuzda da olsa, ta­par­sı­nız. Yoxsa, öyrənərkən çətinlik çəkdiyimiz Mendeleyev cədvəli buna əya­ni sübut deyilmi?
Harda axtarırsınız?
Arayışınızı, görəsən doğru yerdəmi aparırsınız? Axtardığınız fürsət ara­dığınız yerdədirmi? Ölü dənizə qarmaq atan balıq belə tutmadan geri dönəcəkdir. Qafqazda zebr ovuna çıxan ovçu zebr ovlaya bilməyəcəkdir. Xarı bülbül tapma naminə Afrikanı qarış-qarış dolaşan nəbatat alimi xarı bül­bül görməyəcəkdir. Aradığınız fürsət digər sahildə isə, bu sahilboyu bir ömür o yan-bu yana gedib-gəlməniz bir nəticə verməyəcəkdir. Dənizə atılıb, üz­məyi bilməlisiniz. Fürsətləri tapma naminə üzüb qarşı sahilə keçməyi bilməlisiniz. Çətinliklə qarşılaşmanız labüddür, rahatlıq olsun deyə yalnış yer seçimi qəbul ediləcək kimi deyildir. “Oyan qəlbim” adlı kitabın yazarı Sidlou Baksterin gözəl sözü var­dır. “Bir fürsətlə bir əngəl arasındakı fərq nədir? Ona qarşı münasibətiniz. Hər fürsətin bir çətinliyi və hər çətinliyin bir fürsəti vardır”. Çətinliyə sinə gəlin və aradığınızı doğru yerdə axtar

                  ƏDƏBİYYAT SİYAHISI
1.             Bozdağ Muhammed “Düşün ve Başar” Yeni kuşak yayınları,  Ankara 1999
2.             Özdəmir Səlim “ İşdə və şəxsi həyatda Daimi İnkişaf yolu”, Oskar, Bakı 2005
3.             Bozdağ Muhammed “Ruhsal Zeka” Ankara 1999
4.             Əsadullah Əliyev “Müvəffəqiyyətə gedən yol” Nurlar, Bakı 2006
5.             Hasan Başarı “ Hayatı güzəl və Anlamlı Yaşamak” Hayat yaymları, İstanbul, 2003
6.             Ramil Süleymanov, Ayaz Abuşov “Sumqayıt gənclərinin internet resurslarından istifadə edərək, karyera bacarıqlarının artırılması” Sumqayıt 2010
7.             Maxwell, John “The Winning Attitude@ Thomas Nelson Inc., Nasvil 1993
8.             William Ury “Getting to Yes” Nyork 2011
9.             Eyvaz Qocayev “Karyera Bələdçisi”, Dərələyəz, Sumqayıt 2009
10.         
11.        Mesti, Pat “Uyanın ve heyat kurun” Sistem yayınçılık, İstanbul, 2003
12.        Орлов Александр Михайлович “Секреты управления программистами
13.        Брайан Трейси “Привычки на миллионы долларов”

14.        Ники Джой “Путь победителя”

Комментариев нет:

Отправить комментарий