суббота, 10 мая 2025 г.

Təhsildə inkişaf və innovasiyalar üzrə 8-cı qrant müsabiqəsi üzrə qalib olmuş “Sağlam Psixologiya-Güclü təhsil” layihəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə 8-cı qrant müsabiqəsi üzrə qalib olmuş “Sağlam Psixologiya-Güclü təhsil”  “Layihəsi monitorinqinə “Demokratik Gənclər” İctimai Birliyin sədri Azərbaycanda Təhsil eksperti olan Ramil Süleymanovu bu layihəyə ekspert kimi dəvət etmişdir. Layihə boyunca həyata keçirilən dərslər olduqca maraqlı olmuşdur.Aparılan monitorinq zamanı əldə olunmuş maraqlı nəticələr:

Psixoloji işin məzmu
nu

Aparılan psixoloji iş zamanı aşağıdakı məqsədlər əsas götürülmüşdür.

-Şagirdlərin diqqət səviyyəsinin öyrənmə tərzini özünüqiymətləndirməsini

müəyyənləşdirmək

-Şagirdləri öyrənmə tərzləri ilə tanış etmək öyrənmə tərzlərinin effektiv üsullarını

araşdırmaq

-Şagirdlərdə özgüvən problemləri və onların aradan qaldırılması yollarını izah

etmək

-Şadirdlərə sinfin qaydalarını və prosedurlarını izah etmək

-Müəllimlərə səriştəli müəllim haqqında maarifləndirmək

-Müəllimlərə temperament tipi haqqında məlumatlandırmaq

-Müəllimlərin temperament tipini müəyyənləşdirmək

-Valideynləri maarifləndirmək və valideynlərin övladları haqqında düşüncələrini

öyrənmək üçün anket sorğu keçirmək

Burdon diqqət’’ testi, öyrənmə tərzlərini müəyyən etmək üçün ‘’Öyrənmə tərzləri,

VAK ‘’ testi , şagirdlərin özgüvəninin səviyyəsini ölçmək üçün’’

Özünüqiymətləndirmə’’ testi keçirilmişdir . Bundan əlavə şagirdlərə ‘’Şagirdlərdə

özgüvən problemləri və onların aradan qaldırılması yolları ‘’, ’’Öyrənmə tərzləri

nədir ?,Bizim üçün hansı öyrənmə tərzi effektivdir’’, ’’Sinfin idarə olunmasında

qayda və prosedurların öyrədilməsi ‘’adlı təlimlər keçirilmişdir

Müəllimlərlə ‘’ Səriştəli müəllim kimdir? . Müəllim və şagird münasibətlərinin

nizama salınmasında müəllimin rolu və temperament tipinin

müəyyənləşdirilməsi’’ adı altına təlim keçirilmişdir.Müəllimlərlə ‘’Temperament

tipinin müəyyənləşməsi ‘’mövzusunda test keçirilmişdir.

среда, 22 января 2025 г.

“GreenSchool"intellektualları"

Xətai rayonu T Bağırov adına 59 saylı tam orta məktəbində Təhsildə inkişaf və innovasiyalar üzrə VIll Qrant müsabiqəsinin qalibi olmuş
“GreenSchool"intellektualları" fərdi layihəsinin yekunlaşması ilə bağlı tədbir keçirildi. Tədbirində məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Günay Məmmədova,layihədə iştirak edən müəllimlər ,layihə iştirakçıları ,layihə təlimçisi Elnarə Nərimanova və layihə rəhbəri Hüseynova Ülkər iştirak edirdi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və inavasiyalar üzrə VIll qrant müsabiqəsinin qalibi olan "GreenSchool"intellektualları layihəsində bütün komandalar ekoloji problemlərin həllinə yönəlmiş layihələrinin təqdimatını etdi.Ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirdilər.
Layihə rəhbəri Ülkər Hüseynova layihə çərçivəsində görülən işlərdən, layihənin əhəmiyyətindən danışdı. Uğurla həyata keçirdiyini bildirərək, layihəyə dəstək olan, tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.

среда, 30 октября 2024 г.

"Mənim Şagird Dostlarım" adlı layihənin açılışı oldu.


23 oktyabr 2024-cü il tarixində Təhsil və Elm Nazirliyinin xətti ilə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsi nominasiyasının qalibi - ibtidai sinif müəllimi, Dürdanə Vəliyevanın

Layihənin açılışında məktəbin direktoru Sahibə xanım Abbasova, layihənin eksperti Aliyə Əhmədova və təlimçi Ramil Süleymanov çıxış edərək bildirdilər ki, layihənin mövzusu günümüzün  problemləri əks etdirir.
Layihə rəhbəri bildirdi ki, layihə 1-ci və ikinci sinif şagirdləri, valideynləri və müəllimləri ilə iş aparmaq üzrə qurulub.  Layihənin məqsədi 1-ci sinif şagirdləri arasında “dost şəxsiyyəti formalaşdıran bacarıqlar” fəaliyyətlərinin təşkil edilməsi, onların qısnama və zorakılıq hallarının öhdəsindən “dostcasına” gəlməsi üçün psixo-emosional sağlam formalaşmasına nail olmaq, bununla da,  təhlükəsiz və dəstəklənən mühitdə təhsil almasına şərait yaratmaqdır.

Layihə zamanı ilkin olaraq məktəbin ibtidai sinif şagirdləri arasından 30 şagird müəyyənləşdirildi.

  Bu şagirdləri bundan sonra “şagird dostlar” adlandıracaq.

Layihə komandası uşaq, valideyn və müəllimlərlə işləmək üçün təlim və fəaliyyətlərin proqramı,  ünsiyyət oyunları, plan-qrafiki  və s.müəyyənləşdirib. Məsələn;

3 aylıq layihə müddətində şagirdlər “Hamı belə etsə”, “Hamı belə danışsa”, “Hamı belə davransa” davranış qaydalarına yiyələnəcəklər. Bu zaman onlar yeni davranış formaları əsasında e-təqdimatlar hazırlayaraq sosial səbəkələrdə paylaşacaqlar.

Layihə zamanı qısnama və zorakılıq hallarını önləmək üçün “Şəxsiyyətyönümlü inkişaf” təlimlərinə şagirdləri və valideynlərinin cəlbinin təşkil edilməsi düşünülür.

İrəliləyişlər müşahidə olunduqca, “Şagird Dostlar”ın digər sinif şagirdləri ilə “dəyərlər və inkişaf” məzmununda  müzakirə, görüşlərinin təşkil edilməsi planlaşdırılır. “Hamı belə etsə”, “Hamı belə danışsa”, “Hamı belə davransa” maarifləndirici, təşviqat videolarının “Şagird Dostlar”ın iştirakı ilə hazırlanaraq KİV -də nümayiş olunması planlaşdırılır.

Bütün bunlar və s. işlər birbaşa layihənin vəzifəsi kimi müəyyənləşdirilib.

среда, 28 августа 2024 г.

Sumqayıtda İlk yardımda - Gənc məsuliyyət layihəsinə yekun vuruldu

 


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin və GİKM-nin Abşeron-Xızı nümayəndəliyinin təşkilati dəstəyi ilə 24 avqust 2024-cü il tarixində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində Gənclər Fondunun "İdeyanı reallaşdır 2023" gənclərin fərdi layihələri üzrə qrant müsabiqədə qalib olan İlk yardımda - Gənc məsuliyyət layihəsinin sonuncu praktik məşğələsi keçirilib.

Tədbirdə ilkin yardım anlayışlarının gənclərə aşılanması, baş vermiş hadisələr zamanı ilkin yardımın göstərilməsi, təcili tibb yardım briqadasına qədər ilk yardımın göstərilməsilə insan həyatı itkisinin qarşısının alınması istiqamətində praktik məşğələlər keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

#AzGF #GenclerFondu #AbşeronXızıGənclərİdman #QAC # GİKM #İlkyardım #Gənclərİdman #AzərbaycanGəncləri #AZEYouth #Seminar

понедельник, 5 августа 2024 г.

Sumqayıtda "Tələbə-Diksiya Klubu" layihəsinin növbəti mərhələsinə start verildi


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 03 avqust 2024-cü il tarixində Sumqayıtda Gənclər Fondunun "İdeyanı reallaşdır 2023" gənclərin fərdi layihələri üzrə qrant müsabiqədə qalib olan "Tələbə-Diksiya Klubu" layihəsinin ikinci qrup gəncləri üçün interaktiv seminar keçirilib. 

Seminarda gənclərə diskussiya bacarıqlarının formalaşdırılması, natiqlik sənəti ilə bağlı biliklər çatdırılıb, Azərbaycan dili normaları, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı və aydın tələffüz üsulları haqqında məlumatlar verilib.

Qeyd edək ki, layihənin cari ilin  07 avqust  tarixində keçiriləcək növbəti mərhələsində gənclərə praktik məşğələ təşkil olunacaq.

#AzGF #GenclerFondu #AbşeronXızıGənclərİdman #TələbəDiksiyaKlubu #Gənclərİdman #AzərbaycanGəncləri #AZEYouth #Seminar

İlk Yardım Layihəsi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin və GİKM-nin Abşeron-Xızı nümayəndəliyinin təşkilati dəstəyi ilə 03 avqust 2024-cü il tarixində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində Gənclər Fondunun "İdeyanı reallaşdır 2023" gənclərin fərdi layihələri üzrə qrant müsabiqədə qalib olan İlk yardımda - Gənc məsuliyyət layihəsinin təqdimatı və birinci qrup gənclər üçün interaktiv seminar keçirilib. 

Seminarda ilkin yardım anlayışlarının gənclərə aşılanması, baş vermiş hadisələr zamanı ilkin yardımın göstərilməsi, təcili tibb yardım briqadasına qədər ilk yardımın göstərilməsilə insan həyatı itkisinin qarşısının alınması haqqında məlumatlar verilib, interaktiv müzakirələr aparılıb.




Qeyd edək ki, layihənin növbəti mərhələsi cari ilin 11 avqust tarixində təşkil olunacaq.

#AzGF #GenclerFondu #AbşeronXızıGənclərİdman #QAC # GİKM #İlkyardım #Gənclərİdman #AzərbaycanGəncləri #AZEYouth #Seminar

понедельник, 8 июля 2024 г.

Gənc Aktyorlar dərnəyi


Layihə çərçivəsində ümumilikdə 100 nəfər müəllimin iştirakı ilə təlimlər keçirilmişdir. Təlimlərdə dərsin düzgün planlaşdırılması və şagirdlərin nailiyyətlərinin müntəzəm izlənilib düzgün qiymətləndirilməsinə nail olmaq məqsədilə müəllimlərlə planlaşdırma zamanı tədris vahidlərinin ardıcıllıq prinsiplərinin düzgün müəyyənləşdirməsi ilə bağlı müvafiq fəaliyyətlər həyata keçirilmişdir. Bundan əlavə formativ qiymətləndirmə strategiyaları hazırlanarkən perspektiv və cari planlaşdırma nümunələrinin hazırlanması, cari planlaşdırmada əsas məqamlar – keçiləcək mövzu üzrə standartın düzgün müəyyən edilməsi, həmin standartlar əsasında dərsin təlim-tərbiyə və inkişafetdirici məqsədlərini düzgün seçmək diqqət mərkəzində olmuşdur. Eyni zamanda məqsədlərə uyğun olaraq qiymətləndirmə meyarlarının doğru seçilməsi, formativ qiymətləndirmənin təşkili qaydaları, formativ qiymətləndirmənin təşkilinin digər qiymətləndirmə növlərinin təşkilindən fərqliliyinin öyrənilməsi və formativ qiymətləndirmədə istifadə edilən üsul və vasitələrin fərqləndirilməsi əsas götürülmüşdür. yanaşmalarını ifadə etmişlər. Layihə zamanı iki dəfə monitorinq keçirilmiş və müdavimlərin nəaliyyəti izlənmişdir. Fikrimcə, layihə uğurlu olmuşdur. Bir-birinə məsuliyyət hissi olan insan toplumu heç şübhəsiz ki, mədəni bir toplumdur. Birliyi və həmrəyliyi olmayan, bir-birinə qarşı məsuliyyət hissindən məhrum olan insan kütləsi isə toplum deyil, sadəcə yığındır. Sağlam bir cəmiyyət bünövrəsinə qovuşmanın müxtəlif qanunları vardır ki, bu da iqtisadı qanunlardan psixoloji qaydalara qədər uzanıb gedir. Amma bütün bu qayda qanunların mənbəyində birlikdə yaşayan insanların öz mədəni həyatı və güzaranını sağlam təməllər üzərində qurması xüsusilə vacibdir. Bir cəmiyyət olaraq mədəni səviyyə ilə çağdaş birləşməni tapmaq, mədəni həyatı yurdun hər yanında bərabər şəkildə paylaşmaq, köklü mədəni səviyyələrdən yeni səviyyələrə doğru meyl etmək cəhdi, insanları toplumu yaralayan mədəni boşluqlardan, kəsirlərdən uzaqlaşdırır. Kütlənin sabahını, gələcəyini təminat altına almaq istəyiriksə, ilk növbədə uşaqlarımızın təlim və tərbiyəsindən başlamağa start verməliyik. Bu anlamda orta məktəblərdə teatr sənətinin tədrisi prosesi pozitiv nəticələrin əldə olunması üçün geniş perspektivlər aça bilər. 1. Teatr dərslərinin tədrisi prosesində şagirdlər ədəbi qəhrəmanın daxili aləmini, onların hansı ideal uğrunda mübarizə apardıqlarını, əsərin ideyasını və mahiyyətini aydın şəkildə başa düşməlidirlər