Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 03 avqust 2024-cü il tarixində Sumqayıtda Gənclər Fondunun "İdeyanı reallaşdır 2023" gənclərin fərdi layihələri üzrə qrant müsabiqədə qalib olan "Tələbə-Diksiya Klubu" layihəsinin ikinci qrup gəncləri üçün interaktiv seminar keçirilib.
Seminarda gənclərə diskussiya bacarıqlarının formalaşdırılması, natiqlik sənəti ilə bağlı biliklər çatdırılıb, Azərbaycan dili normaları, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı və aydın tələffüz üsulları haqqında məlumatlar verilib.
Qeyd edək ki, layihənin cari ilin 07 avqust tarixində keçiriləcək növbəti mərhələsində gənclərə praktik məşğələ təşkil olunacaq.
#AzGF #GenclerFondu #AbşeronXızıGənclərİdman #TələbəDiksiyaKlubu #Gənclərİdman #AzərbaycanGəncləri #AZEYouth #Seminar

Комментариев нет:
Отправить комментарий