воскресенье, 8 июня 2014 г.

Sizin peşə seçiminizə təsir edən fenomenlər


Hansı faktorlar insanın peşə seçimində yardım edirlər? Sən demə, istək ən axırda qət edilir, ən çox təsir edən amil valideyinlərin istəyidir.1) Ailənin böyüklərinin mövqeyi Sənin həyatının qurulması üçün məsuliyyət daşıyan ailə üzvlər var ki, onların sizin karyera seçiminizdə böyük təsiri olur. 2) Dostlarınızın mövqeyi Sizin sıx dostluq etdiyiniz şəxslər də sizə bu məsələdə təsir edə bilər. Amma bu halda gərək siz öz və cəmiyyətin maraqlarını nəzərə alaraq hərəkət edəsiniz. 3) Müəllimlərin mövqeyi Əsl pedaqoq şagirdin dərs vaxtı və dərsdən kənar aktivliyini müşahidə edərək ondakı potensialı görə bilər. 

4) Şəxsi peşəkar planlar Bu ifadə altında sizin peşə planlarınızın mərhələlərinə hazırılıqdan söz açılır. 5) Qabiliyyət Qabliyyətinizin özünəməxsuzluğunu yalnız məktəb vaxtı əldə etiyiniz uğurlarla ölçməməlisiniz. Başqa sahələrdə əldə etiyiniz uğurları da nəzərə almalısınız. 6) Cəmiyyətin sizin iddialarınıza inanma səviyyəsi Çalışmaq istədiyin işin planların qurmazdan əvvəl onun reallaşmasına çalış. 7) Məlumatlı ol Bir peşə haqqında aldığın məlumatın tam və doğru olması vacibdir. Çalış ki, bir peşə haqda bacardığın qədər çox məlumat alasan. 8) Asılılıq Burada artıq daha çox vaxt ayırdığınız sahəyə asıllıqdan söhbət gedir.Əgər siz bunu nəzərə almadan iş seçsəniz, tez bir zamanda bu işdən yorulacaqsınız.

1 комментарий: