Sonuna kimi gedilməmiş yol, heç gedilməmiş yol kimidir.
gələcək uğurlu
peşələrin seçimi, uğurlu karyera üçn lazım olan bütün materiallar vardır. Bu
kitabda Sizin gələcəkdə seçəcəyiniz uğurlu peşənin nəticəsində necə gözəl
karyera qura biləcəyiniz yollar göstərilmişdir. Sizdən sadəcə olaraq, burda
yazılan məsləhətlərdən istifadə etmək təklif olunur. Bu kitabda Sizlər üçün
real faktlarla yanaşı həm də maraqlı hekayyələr də öz əksini tapmışdır. Bu
hekayələr həyat dolu bir başa həyatla bağlı hekayələrdir. Əminik ki, Sizlər
üçün hazırladığımız bu kitabın Gələcək həyatınızda böyük uğuru olacaqdır. Bu şəxsi
dünyanızda bir dəyişim yaşamaq istəyir və böyük hədəflərə üçmaq istəyirsinizsə,
dogru zamanda, doğru kitabı əlinizdə tutursunuz. Çünki, “UĞURLU TƏLİM PEŞƏLƏRİ,
ONLARIN SEÇİMİ, SEÇİMLƏR ZAMANI YARANAN ÇƏTİNLİKLƏR VƏ ONLARIN ARADAN
QALDIRILMA YOLLARI” kitabı bu günə kimi oxuduğunuz kitablardan öz təsirliliyi
ilə tam fərqlənir. Real bir fakt deyə bilərik bu kitab tam hazır olmamışdan öncə
bu mövzuda bir təlim zamanı bir gənc mən uzun müddət acılar çəkdim, hansı iş
sorağına düşdümsə tapa bilmədim, məni qəbul etmədilər və yaxud edərək, Sən
bizim üçün lazım olan kadr deyilsən dedilər. Onunla mütamadi olaraq,
apardığımız söhbətlərdən sonra, həmin gənc bu gün özünə çox uğurlu bir iş
tapıb. Hal hazırda Azərbaycanda Bankçılıq sistemində ən mühüm vəzifələrdən
birini tutur. Onunla söhbət zamanı necə uğur qazandın? Sualını verəndə, Mənə: “
Müəllim, çox sadə. Bütün başımdakı uğursuz, pis, fikirləri bir kənara atdım və
onların yerinə Sizin təlimlər zamanı verdiyiniz məsləhətlərlə əvəz etdim və nəticədə
ilk öncə uğurlu peşə seçimi etdim, daha sonra işə düzəldim. Sonra... yavaş-
yavaş öz peşəmdə yüksəlməyə başladım və nəticədə böyük bir iş sahibinə
çevrildim. San ki, bu həyatda yenidən doğulmuş oldum. Əgər Siz də həyatda uğur
qazanmaq, özünüzü daha başarılı bir şəxs kimi görmək və Azərbaycan xalqına xidmət
etmək istəyirsinizsə, O zaman bizim kitabımızda olan 12 modulun hər birini diqqətlə
oxuyun və oxuduqdan sonra, onu yavaş-yavaş sınaqdan keçirməyə başlayın. Hər
birinizə uğurlar arzu edirik. Qeyri adi olmaq, sonszluğa doğru hərəkət etmək,
özünüzü kəşf etmək istəyirsinizsə, o zaman, Yükşəliş səyahətinə xoş gəldiniz!
ƏSRİN ƏN BÖYÜK QURUCULARI
Bu şəxslər zamanında düzgün peşə
seçimi edərək, öz peşələrinin sirrlərinə dərindən yiyələnərək, Gələcək
Karyeralarını elə uğurla qurmuşlar ki, adlarını təşkilatı quruculuq istiqamətində
ən uğurlu qurucular kimi tarixin səhifəsinə qırmızı hərflərlə yazmışlar.
1. Stefen Beçtel. İnşaat sektorunun ən məşhur şirkəti
“Betçel Korporasiyası”nın qurucusu.
2. Leo Burnett. Dünyanın ən tanınmış reklamçısı və
“Leo Burnett Uorldvayd” şirkətinin qurucusu.
3. Uillis Carrier. Hava kondisionerləri, isitmə və
dondurma sistemləri istehsalı üzrə dünyanın ən böyük şirkətlərindən biri olan
“Karrier Korporasiyası”nın qurucusu və hava kondisionerlərinin ilk
ixtiraçısı.
4. Uolt Disney. “Uolt Disney Korporasiyası”nın
qurucusu və animasiya multimediasının ilk imperatoru.
5. Henri Ford. “Ford Motor” şirkətinin qurucusu və
avtomobil dünyasının bir nömrəli adamı. İlk dəfə kütləvi maşın istehsalı
prosesini təqbiq edən və işçilərə yüksək məvacib verərək ABŞ-da orta təbəqə əhalinin
formalaşmasında önəmli rol oynayan insan.
6. Bill Qeyts. 46.5 milyard ABŞ dolları mal varlığı
ilə dünyanın ən zəngin adamı və mikrokompüter sahəsinin pionerlərindən olan
“Microsoft şirkəti”nin qurucusu
7. Amadeo Qiannini. “Bank of America”nın qurucusu və
bir çox müasir bank əməliyyatlarının təşəbbüsçüsü.
8. Rey Krok. Makdonald qardaşlarının 1940-cı ildə
açdıqları restoranı alıb 1955-ci ildə “Makdonalds Korporasiyası”nı quraraq,
“fast-food” sənayesin-də inqilab yaradan adam.
9. Este Lauder. Parfümeriya və kosmetika sahəsində
dünyanın ən nəhəng şirkətlərindən biri olan “Este Lauder” şirkətinin qurucu
10. Uilliam Levitt. Müasir amerikan
suburbanizasiyasının atası hesab edilən adam.
11. Luis B. Mayer. Dünyanın ilk kino rejissorlarından
biri.
12. Laki Lusiano. Müasir cinayət sindikatının atası
hesab olunan insan
13. Çarles Merril. “Merril Linç” şirkətinin
qurucusu və amerika xalqının səhmdar xalq olmasında önəmli rol oynamış insan
14. Akio Morita. “Soni” şirkətinin güvənli
marka olmasında böyük rolu olan iş adamı və volkmenin ixtiraçısı.
15. Ualter Reuter. İşçi haqqlarının müdafiəsi
naminə çalışan və bu konteksli hərəkatlara öndərlik etmiş adam
16. Pete Rozelle. Milli futbol liqasının
dünyanın ən məşhur idman oyunları liqası olmasında mühim rolu olan insan
17. David Sarnoff. “Radio Corporation of
America” şirkətinin idarəçilərindən biri.
18. Juan Trippe. Hava limanı sahibi və bu sahənin
pionerlərindən biri.
19. Sem Uolton. ABŞ-ın pərakəndə satışla məşğul
olan nəhəng şirkəti “Wal-Mart”ın qurucusu.
20. Tomas Uotson. “IBM”in qurucusu və vəfat
etdiyi zamanlarda dünyanın ən böyük satıcısı hesab olunan adam.
Yuxarıda adı göstərilən insanların hər biri tarixdə
öz adlarını yazmış insanlardır.
______________Boşluğa adınızı yazın. Bu sizsiniz.
Böyük bir sərvətin və nəhəng bir şirkətin sahibisiniz. Sahənizdə tayı-bərabəri
olmayan yek mütəxəssissiniz. Və budur, son model “Rolls Roys”unuzdan aşağı
endiniz. Bir anda ətrafınızda media nümayəndələri, yoldan keçən insanlar
toplandı. Siz heç kəsə fikir vermədən əmin addımlarla kitab evinə daxil
oldunuz. Böyük oxucu kütləsinin marağını cəlb edən “UĞURLU TƏLİM PEŞƏLƏRİ,
ONLARIN SEÇİMİ, SEÇİMLƏR ZAMANI YARANAN ÇƏTİNLİKLƏR VƏ ONLARIN ARADAN
QALDIRILMA YOLLARI” adlı kitabı almaq idi məqsədiniz. Kitabı əlinizə götürüb səhifələdiniz.
“Əsrin ən böyük qurucuları və təşəbbüsçüləri” başlıqlı yazıda öz adınızı
gördünüz. Sizə nə həyəcanlandırıcı, nə də təəccüblü gəldi... Çünki reallıq belə
idi. Özümüzdə yox dediyimiz, gizlətməyə çalışdığımız xüsusiyyətləri başqalarına
yansıdılmış görürük. Yetər ki, qabiliyyətlərimizə işıq tutmağa istəkli olaq.
Biz dəyişdiyimizdə ətrafımızın dəyişdiyini görmək daha keyfli olacaq.Əgər dəyişməyə
hazırıqsa, necə dəyişəcəyik? Bizi hansı yollar müvəffəqiyyətə götürəcək? Müvəffəqiyyət
şans işidirmi, yoxsa onun da prinsipləri var? Deməli, müvəffəqiyyət şərtlərinə
riayət edilmiş fəaliyyətlərin məntiqi nəticəsidir. Ona qovuşmaq üçün nə lələyi
yandırılaraq gələn zümrüd quşuna, nə də Ələddinin sehrli çırağından çıxan cinə
ehtiyac var. Sadəcə prinsip və şərtlərinə əməl etmək, əmin addımlarla müvəffəqiyyətə
doğru irəliləmək lazımdır. Buyur, yol sənindir. Yolçu yolunda gərək.
Mən və Karyeram kitabı (Ramil Süleymanov, Ayaz Abuşov)

Комментариев нет:
Отправить комментарий