среда, 1 октября 2014 г.

Müsabiqələrin Bizim həyatımızda rolu

   

Müstəqil Azərbaycan Respublikasının dəyərli, ürəyi yaşamaq, yaratmaq eşqi ilə döyünən, gecısini gündüzünə qataraq səylə həm məktəbdə, həm təlimlərdə olan, çalışan müəllimlər!!! yuxarıda paylaşdıgım Elektron Təhsil Respublika müsabiqəsi Bizə nə verir? Bu sualı özünüzə verəcəksiniz. Ona görədə Sizə Bunu açıqlamagı özümə borc bildim. Bir zamanlar oturub kompyuterin arxasında internetdə Rusiya və qonşu Avropa ölkələrində keçirilən müsabiqələrə həsrətlə baxardıq. Bəli baxardıq Ona görə yazıram ki, o zamanlar Mən də Azərbaycanda Mənim üçün ən uca ad olan müəllim adını daşıyaraq, dogma şəhərim Sumqayıt şəhərində Hacı Zeynalabdın qəsəbbəsində Tarix müəllimi işləyirdim və hər dəfə şagirdlərmə baxanda onların ugurlarnı görəndə Azərbaycan müəllimi olmagımla qürur duyardım. O zamanlar İnternet arxasında əyləşərək, Bizdədə belə İKT yönümlü müsabiqələrin olmasını arzu edərdik. Zaman gəldi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladıgı 2008-2012-ci illər Azərbaycanda Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramından sonra Azərbaycanda dünya təcrübəsinə əsaslanan Belə bir müsabiqə başladı. Bu müsabiqənin nəticəsində Azərbaycanıb müxtəlif regionlarından olan yaradıcı müəllimlər tanınmaga başladı. Bunlardan Qusardan Kamran, Fəxri, Mülkü müəllim, Sabirabatdan Mircamal müəllim, Sumqayıtdan Çinarə Bayramova, Leyla Bayramova, Xəyalə Quliyeva Zaqataladan Könül Əliyeva İranə Əlizadə və digər dəyərli pedaqoqlarımız Bu müsabiqədə ugur qazanaraq Hətta Təlimçide oldular. Bu müsabiqənin nəticəsində Respublikada tanaınmaga başladılar. Ən əsası öz təhsil müəssisələrində regionlarında özlərini təsdiq etdilər. Bu müsabiqə Sizlər üçün Veb 2.0-də oldugu kimi yeni sehirli bir aləm açır. Bu sehirli aləmdə olaraq, daha da yeni bilgilər əldə edirlər. Müsabiqənin nəticəsində əsas qalib olmaq deyil iştirak etmək və sabah müəyyən bir yaş dönəminə gəldikdə Hə Mən Bu Respublika müsabiqəsində iştirak etmişdim. Qalib gəlsəniz bu lap ela. Yadınızda saxlayın Əsas şərt qalib gəlmək deyil, əsas şərt iştirak edib, Özünü özünə təsdiq etmək və Bir zamanlar Spase TV-de yayımlanan  Məndə varam verlişində ki kimi öz özünüzə MƏN AZƏRBAYCAN MÜƏLLİMİNİ TƏMSİL EDİRƏM deyərək, Məndə varam və daima da olacam deyin.  Mən də Sizlərdən biri kimi özünü Azərbaycan Respublikasının ən gözəl stauslu titulunu daşıyan Azərbaycanın bütün yaradıcı müəllimlərini aktiv iştiraka səsləyirəm. Həyat mübarizə meydanıdır. Bu mübarəz meydanında qalib olmaqdan da öncə əsas şərt sag qalmaqdır.



2 комментария:

  1. Ramil muellim sizin menim heyatimda donush edecek meqale ve idayalariniz cox olub, elecede bu musabiqede 2013 cu ilde ishtirakimla size borcluyam. Ishtirakci olub ferqlenenler siyahisina dushdum, halbuki hardasa qoshulmaqdan cekinirdim, amma sizin bu meqalede qeyd etdiyiniz fikir "Esas qalibiyyet deyil, esas ishtirakdi" motivasiyasi mene stimul vermishdi. Umid edirem bunu oxuyan her bir kes ozunu bir toxunushla keshv ede bilecek. Musabiqede hamiya uqurlar arzulayiram, ozume birinci novbede :) Teshekkur edirem bir daha.

    ОтветитьУдалить
  2. Ramil müəllim, sizə uğurlar. Gələcəyin memarı müəllimlərdir. Parlaq və sağlam yeni nəsil yalnız savadlı və intellektual müəllimlərin düzgün və səmərəli iş fəaliyyəti ilə təmin edilə bilər.

    ОтветитьУдалить