“Texnologiyalar və biz” adlı ən yaxşı foto müsabiqə

Rabitə və yüksək
texnologiyalar sahəsi işçilərinin peşə bayramı və Azərbaycan Respublikasında
telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar “Texnologiyalar və
biz” adlı ən yaxşı foto müsabiqəsi elan edir.
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyindən verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycanda
informasiya-kommunikasiya texnologiyaları sektorunun dinamik inkişafı, əldə
edilən uğurlar və həyata keçirilən genişmiqyaslı işlər barədə ictimaiyyəti məlumatlandırmaq,
insanları gündəlik həyatlarında internet, yeni texnologiyalar, elektron həllər
və xidmətlərdən istifadəyə təşviq edərək, onların bu proseslərdə iştiraklarını
stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə üzrə istiqamətlər
aşağıdakı sahələri əhatə edir:
İnternetin həyatımızda
rolu;
İKT-nin cəmiyyətdə
rolu;
Yüksək texnologiyalar
və biz;
“Elektron hökumət”in
üstünlükləri.
Qeyd edək ki, müsabiqədə
hər kəs iştirak edə bilər.
Müsabiqəyə təqdim
olunan fotolara aid tələblər aşağıdakı kimidir:
1. Təqdim edilmiş
foto mövzulardan birinə uyğun olmalıdır.
2. Təqdim olunacaq
foto “jpg.file” formatında “musabiqe@mincom.gov.az” elektron ünvanına təqdim
olunmalıdır. Şəkillərin ölçüsü 2000х1500 px-dən az olmamalıdır.
3. Bir şəxs tərəfindən
maksimum 3 fotonun müsabiqədə iştirakı təmin edilir. Müəllif hüquqları şübhə
doğuran fotolar müsabiqədə iştirak etməyəcək. Müsabiqəyə foto təqdim edən şəxsin
adı, soyadı, ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və əlaqə telefonu göstərilməlidir.
4. Müsabiqə 20
oktyabr 2014-cü il tarixində başlayır, 20 noyabr 2014-cü il tarixində başa
çatır.
Müsabiqənin mükafat
fondu:
I yer – 1000 manat;
II yer – 750 manat;
III yer – 500 manat;
Həvəsləndirici
mükafatlar.
Fotolar RYTN tərəfindən
müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri
“www.mincom.gov.az” saytında dərc olunacaq.(azadinform)
Qaliblər həmçinin Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xüsusi diplomu ilə
təltif olunacaqlar.
Qeyd edək ki,
fotoların təqdim olunma tarixi Bakı şəhərində 20 oktyabr – 20 noyabradəkdir.
Əlaqə telefonları: (012) 598-07-35.
Комментариев нет:
Отправить комментарий