Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yeni www.e-derslik.edu.az elektron dərslik portalı istifadəyə verilib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən yeni www.e-derslik.edu.az elektron dərslik portalı istifadəyə
verilib. Təhsil sisteminin tam şəkildə
informasiyalaşdırılması Təhsil Nazirliyinin prioritet məsələlərindən biridir.
Portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq,
onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda
oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində
mobilliyi artıracaqdır. Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə
müraciət edə biləcəklər. İstifadəçilər onlayn formada və ya planşetlərdə
yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin
istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı
qazanacaqlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin
fərdiləşməsinə şərait yaradacaq.Elektron dərsliklərin digər üstünlükləri də
mövcuddur:- Əyani vəsaitlərin mövcudluğu - qrafika,
animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri;- Böyük həcmli məlumatların saxlanması;- Mətnlər üzərində qeydlərin aparılmasının
mümkünlüyü;- Rahat istifadə - axtarış sisteminin
mövcudluğu.Nəzərinizə çatdıraq ki, hazırda VI sinif üzrə
10 dərslik elektron formatda e-dərslik elektron kitab rəfində yerləşdirilib. Bu
ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə 5 dərslik də
elektron formatda istifadəçilərə təqdim olunacaqdır.
Çox gözəl, şad xəbər olasınız, səbirsizliklə yolunu gözləyirik bu elekrton dərslərin.
ОтветитьУдалитьÇox bəyəndim.Belə resursların sayı nə qədər çox olarsa ,bundan həm müəllimlər,həm də şagirdlər faydalanar
ОтветитьУдалить