понедельник, 24 ноября 2014 г.

Sən, Mən və Payız

Sevgi hər bir insanın keçmişdə, bu gündə və gələcəkdə yaşa biləcək ən gözəl hislərdən ən alisi və əvəzoluna bilməyənidir. Bu sevgi hisləri insanın onu Yaradan Ulu Tanrıya öz dostuna, övladına, dünyaya gətirən anaya və sairə. Mənim Sizlərlə paylaşmaq istədiyim bu hekayə isə bir gəncin dərin məhəbbətlə sevdiyi və örəyini verdiyi bir gözəl xanım üçün yazılan və yaşanılan bir sevgi 


Sən,Mən və Payız melodiya ( ilk öncə melodiyanın üzərinə vur və qulaq asaraq, bu hekayəni oxu) 

Tezliklə bu hekayəmi tamamlayıb. Ukraynaya Romantik hekayələr yaraışmasına qatılmaga gedirəm.  Sonuncu dəfə bu yarışmaya 2007-ci ildə noyabr ayının 17-də qatılmışdım. O zamanda payız idi.  Ona görə payızı sevirəm. Romantik. O zaman Virtual yoxsa həqiqi sevgi hekayəmlə 1-ci yer qazanmışdım. 


Mən, Sən və Payız

Hə Mən Səni ilk dəfə payızda tanıdım. Bax Bu tanışlıq Mənim üçün həyatımda böyük iz qoydu. Bu tanışlıqdan ilk öncə gözəl dostluq daha sonra bir sevgiyə bənzər gözəl bir hiss yarandı. Bu hiss Məni çoxxxxxxxxxxx uzaqlara apardı. Dogurdanda Bunun sevgi yoxsa ötəri hiss oldugnu tam anlaya bilmədim. Amma indi Sən mənimlə olmasanda Mən hər yerdə Səni axtarıram. Hər yagan yagışa, hər əsən küləyə səni soruram. Küçədə gəzən cütülükləri görəndə onıardan səni xəbər alıram. Səninlə bir zaman əl ələ tutaraq gəzdiyimiz sakit mavi rəngli dənizdən, onun ləpələrindən səni soruşuram. Sən Mənim qəlbimə necə gəldinsə,elə də bir gündə Mənim həyatımdan itdin. Səbəbini bilmədiyim bir şey kimi bir axşam gəldin və səhər açılanda san ki yuxu imiş kimi həyatımdan səssiz, səmirsiz arxana belə baxmadan Məni səninlə olan xatirələrimlə baş başa qoydun. İndi Mən yenədə bir zamanlar Səninlə ilk görüşümüzdə olan olan o sakit kiçik kafedə əyləşib, çöldə yagan yagan yagışa baxaraq, əlindən tutaraq gözlərinə baxdıgım və Sən mənim həyatımın payızı dediyim günü xatırlayır və düşünürəm. Təkəm Sənsiz yenə bu axşam. Yaxşı ki Bu payız Məni tək qoymayır. Yaxşı ki, bu yagan yagış Məni tək qoymayır. Yaxşı ki, bu pianoda çalınan bu həzn musiqi Məni tək qoymayır. Amma ümüdlüyəm. Bilirəm ki, Mən səni tapacam. Sən yenidən Mənim ömrümə gələcəksən. .............. Hə dəyərli oxucular indi isə buyuruz Məni mənlə və onunla olan xatirələrimlə baş başa qoyan yolunu həsrətlə gözlədiyim həyatıma rəng qatan həyatıma həsr etdiyim hekayəmlə tanış olun.

Bizim görüşümüz bir təsadüf nəticəsində oldu. Təsadüfən olan görüşümüz yadımda əbədi bir iz qoydu. O tələsirdi deyə tez getdi. Amma Bir gün onunla yenə görüşdük. Gözəl bir yagış yagırdı. Eyvazın şerində deyildiyi kimi, yag ey yagış sən yaga yaga. Yagışdan qaçaraq, bir gözəl kiçik kafeyə sıgındıq. İslanmagmıza baxmayaraq, odlu baxışlarımız bir birimizin qəlbinə toxunaraq bir istilik enerjisi yarandı. Bax o gün ilk dəfə mən tutmaq istədiyim,toxunmaq istədiyim o gözəl əlləri tutdum. Onun əllərini tutdugum zaman bir anlıq qulagma musiqi səsi gəldi. Bu musiqi pianinoda ifa olunurdu. Həzn melodiya, olduqca sakit romantik.  O,Mən və gözəl payız axşamı. Həmin gün işıqlar da sönmüşdü. Stolun ustündə şüşənin içində bir şam yanırdı. Gözəl olan o idi ki, hətta şamda Bizə baxır. Bizim gözlərmizi işıqlandırır və romantik atmasveranı daha da canlandırıdı. İlahi onun gözləri necədə gözəl idi.  Bu gözəllik sanki bir yuxu idi. Əllərini sıgallayaraq, onun gözəl gözlərinə baxır və orda öz əksimi görürüdüm. Baxdıqca və toxunduqca bir zaman xəyallarımda canlandırdıgım görüş səhnəsini canlı yaşamış olurdum.  Mən bu yuxudan ayrılmaq istəmirdim. Qorxurdum ki gözlərimi açan zaman bu sehirli aləmin tilsimi sınacaq. Onun gözlərinin içərsinə qarşımızda yanan şamın işıgı düşür və gözləridə alışırdı. Bu olduqca qeyri adı bir şey idi. Əllərinə toxunduqca onun ürəyinin həzn səslə durmadan tirəyən döyüntüsünü eşidirdim. San ki, bu ürək Mənimlə söhbət edir və eizim Mən Səninlə xoçbəxtəm deyirdi.....(ardı var)

Комментариев нет:

Отправить комментарий