YUXU YOXSA GERÇƏK? VƏ YAXUD 63 NÖMRƏLİ AVTOBUS
Həyat təsadüflərlə doludur. Amma bütün təsadüflər zərurətdən ibarətdir.
O, hər gün işdən qayıdarkən, yaşadığı evin yaxınlığındakı parka gələr və bir-birlərini sevən aşiqlərə tamaşa edərdi. Sevginin onun həyatına niyə gec gəldiyindən hər zaman şikayət edərdi. Hərdən ona elə gələrdi ki, Bu həyatda onun arzuladığı, daima xəyallarında canlandırdığı ilahi sevgi, hansı ki bu sevgi onu sehrli bir aləmə aparacaq. Hər gün evdə olanda axşamlar öz yatağına girəndə, bəs mənim xəyallarımın ağatlı şahzadəsi nə vaxt gələcək? O, artıq bu sualları öz-özünə 5 il idi ki, verirdi. Artıq bu sualların cavabının nə vaxt tapılacağına əmin deyildi. Həyat birdən birə onun üçün mənasız bir anlama çevrilmiş oldu. Artıq O, parka gələrkən, daha sevgililərə tamaşa etmirdi. Onsuzda sevginin onun həyatında olmayacağına əmin idi.

Bir gün O, həmişəki kimi işdən çıxdıqdan sonra, avtobus dayanacağına doğru getməyə başladı. 15 dəqiqədən sonra, onun gözlədiyi 63 nömrəli avtobus gəlib çıxdı. Qız avtobusa əyləşdi. Bir anlıq özünü unudub yuxuya getdi. Yuxu onu gözəl mənzərəli bir yerə apardı. O, uzun illərdən bəri idi ki, belə gözəl bir yuxu görmürdü. O, gözəl bir dənizin sahilində idi. O, ömründə belə gözəl bir mənzərə görməmişdi. Sanki O, cənnətdə idi. O, artıq 5 il idi ki, belə gözəl bir yuxu görmürdü.
Birdən! Aman Allah bu nədir??????????? deyərək yuxudan ayıldı. Yuxunun sehri altında idi. Hətta O, yanında oturan oğlanın nə zaman əyləşdiyini də hiss etmədi. Birdən O, başını qaldırıb oğlanın üzünə baxanda sanki bir anlıq zaman dayanmış oldu. O, gördüyü mənzərənin sehri altında idi. Ürəyində Aman Allah bu odur! Bəli O, səf etmirdi bu bayaq yuxudan ayılmamışdan qabaq, o gözəl mənzərədə gördüyü oğlan idi. Bəli bu o oğlan idi. Ona sahildə gül verən və ona gözəl qız kim səni belə gözəl yaradıb sözlərini deyən və ona eşq elan edən oğlan idi. Onlar birlikdə avtobusdan düşdülər, heç bir şey danışmadan sakit bir tərzdə bir-birlərinin əlindən tutaraq, yol getməyə başladılar. Sakit əsən payız küləyi qızın saçlarını tərpədərək, üzünə vururdu. Oğlan əlini qızın üzünə vurub saçlarını yana daramaq istəyirdi, amma buna cəsarət etmirdi. Nəhayət onlar qızın evinə yaxınlaşdılar. Qız qapını açdı və onlar içəri daxil oldular. Onlar mətbəxdə əyləşərək, bir birlərinə yenidən sakit tərzdə baxmağa başladılar. Qız qazın altına od vuraraq, çaydanı üstünə qoydu. Bir neçə dəqiqədən sonra, 2 fincan çay süzdü. Nəhayyət ki, bu sakitliyi oğlanın qızın üzünə baxan gözləri pozdu.
- Sən çox gözəlsən
- Elə səndə
- Mən sənin uzun illərdən bəri itirdiyin və qəbul etmək istəmədiyin məhəbbəti sənə vermək istəyirəm
- Mən o məhəbbətin içərisində batmaq istəyirəm - sözünü daxilinin səsi ilə qışqırdı
- Sən çox zərif və gözəlsən deyərək oğlan öz əllərini qızın soyuq üzünə toxundurdu
- Sən çox güclüsən - deyərək qız əllərini oğlanın qollarına və çiyninə toxundurdu.
- Nəhayət ki, mən səni tapdım – uzun illərdən bəri bir –birini axtaran və bir birinə qovuşmaq istəyən dodaqlar bir-birinə toxunaraq qovuşmuş oldular.
Комментариев нет:
Отправить комментарий