“Önəmli işlər, əsla önəmsiz
işlərin insafına tərk edilməməlidir” Yohan Volfqanq Höte
CV necə yazmalı?
Rezüme(xülasə)- iş
axtarmaq üçün ən səmərəli vasitələrdən biridir. Əslində o, potensial işəgötürən
üçün sizin tərcümeyi-halınız və peşəkar təcrübəniz barədə ən əhəmiyyətli
faktların qısa şərhidir. Rezüme yazarkən yadda saxlamaq lazımdır ki, o, sizdən
ötrü bir növ vizit vərəqinə çevriləcək, buna görə də xülasə sizi iş axtaran
insanların böyük axını arasında fərqləndirməlidir. Rezüme 1-2 səhifədən ibarət
olmalı və orada aşağıdakı məsələlər işıqlandırılmalıdır:
Soyadınız, adınız,
atanızın adı
Bu məlumatları vərəqin
yuxarı hissəsində mərkəzdə iri hərflərlə (18-20 ölçülü şriftlə) yazmaq məsləhətdir.
Əlaqə məlumatları
Bu bənddə öz telefonunuzun
nömrəsini, elektron poçtunuzun və İnternetdə ev səhifənizin (əgər varsa)
ünvanını göstərin. Ev ünvanınızı göstərmək məsləhətdir, lakin bu zəruri deyil.
Yaşadığınız rayonu (yaxınlıqdakı metro stansiyasını) göstərməklə kifayətlənmək
olar. Bir sözlə, sizinlə tez və operativ əlaqə yaratmaq üçün mümkün əlaqə vasitələrini
göstərin.
Məqsəd
Hansı vakansiyaya, işə və
ya fəaliyyət sahəsinə iddia etdiyinizi göstərin, özünüzün peşəkar
maraqlarınızın əhatə dairəsini qeyd edin. Burada həmçinin sizin gələcək iş yeriniz
barədə arzu və tələblərinizi də göstərə bilərsiniz.
Təhsiliniz (əsas və əlavə)
Həm əsas, həm də əlavə təhsiliniz:
oxuduğunuz kurslar, məşğul olduğunuz seminarlar, iştirak etdiyiniz treninqlər,
stackeçmə və s. barədə informasiyanı göstərin. Hər bir təhsil yeri barədə
aşağıdakı zəruri məlumatlar göstərilməlidir:
daxil olmaq vaxtı;
qurtarmaq vaxtı (ay, il);
təhsil müəssisəsinin adı,
fakültənin adı;
təhsil səviyyəsi (orta,
orta texniki, natamam ali, ali və s.);
• ixtisasın adı.
İş təcrübəniz
Sonuncu (cari) iş
yerinizdən başlayaraq hər bir iş yeriniz barədə aşağıdakı məlumatları göstərin:
daxilolma tarixi;
çıxma tarixi (ay, il);
şirkətin adı;
şirkətin fəaliyyət istiqaməti;
sizin tutduğunuz vəzifənin
adı;
funksional vəzifələriniz,
mümkün qədər ətraflı;
qazandığınız vərdişlər,
biliklər, bacarıqlar, nailiyyətlər (peşəkar fəaliyyətinizlə bağlı konkret
faktlar).
Bir qayda olaraq, son on
ilə aid iş təcrübəniz barədə məlumatlar göstərilir. Tələbələr və məzunlar bu
bölmədə həm ödənişli, həm də ödənişsiz iş (kurs işinin, diplom işinin
yazılması, ictimai fəaliyyət) barədə məlumatlar göstərə bilərlər.
Peşəkar vərdişlər və
biliklər
Sizin xülasənin məqsədi
olan ixtisas üçün münasib vərdişlərinizi və biliklərinizi sadalayın, həmçinin
aşağıdakı məlumatları göstərin:
kompüterlə, xüsusi
proqramlarla bağlı bilik səviyyəniz;
• orqtexnika (faks,
modem, skaner, surətçıxarma avadanlığı, ofis ATS-i və s.) ilə davranmaq
bacarığınız;
Peşə sertifikatları
Əgər varsa, onları göstərin
Dil bilikləriniz
Hansı dilləri və hansı səviyyədə
(ibtidai, orta, sərbəst) bildiyinizi göstərin.
Şəxsi məlumatlar (göstərmək
zəruri deyil)
Bu bölmədə aşağıdakı məlumatları
göstərə bilərsiniz:
doğulduğunuz tarix;
ezamiyyətə getmək imkanınız
ailə vəziyyətiniz, uşaqlarınızın
olub-olmaması;
sürücü vəsiqənizin olub-olmaması.
Xronoloji yanaşma. Sizin
peşə statusunuz və işlədiyiniz təşkilatlar xüsusi qeyd edilir. Bu siyahı
axırdan, yəni zaman etibarilə ən sonuncu iş və ya təhsil yerindən başlanır.
Bundan əlavə, sizin işiniz, bilavasitə vəzifələriniz və qazandığınız uğurlar
barədə məlumat göstərilməlidir.
Bu yanaşma aşağıdakı
hallarda tətbiq edilir:
əgər sizin fəaliyyətiniz əvvəlki
sahə ilə əlaqədar olacaqsa;
əgər sizin işəgötürənin
adı gərəkli və mühüm məlumatdırsa;
əgər bu siyahı sizin
karyera üzrə irəliləyişinizi və inkişafınızı əks etdirirsə;
əgər sizin əvvəllər işlədiyiniz
təşkilatların adları sanballıdırsa;
əgər sizin əvvəlki işiniz
ənənəvi sahələrlə, məsələn, dövlət strukturları və ya təhsil sahəsi ilə əlaqədar
olmuşdursa.
Aşağıdakı hallarda bu
yanaşmadan istifadə etməyə dəyməz:
əgər sizin əvvəlki iş
yerinizdə hər hansı problemləriniz olmuşdursa
əgər siz karyera üzrə
inkişafınızın istiqamətini dəyişmək istəyirsinizsə;
əgər siz iş yerlərini çox
tez-tez dəyişmisinizsə;
əgər siz öz yaşınızı məxsusi
göstərmək istəmirsinizsə;
əgər siz ilk dəfə iş
axtarırsınızsa.
Fəaliyyət baxımından
yanaşma. Əgər siz konkret iş tapmağa çalışırsınızsa, bu halda yaxşı olar ki,
xülasəni əsas ixtisas dərəcələrinin rubrikaları üzrə təşkil edəsiniz, həmin fəaliyyət
növünə birbaşa aidiyyəti olan qabiliyyətlərinizi sadalayasınız və bu fəaliyyətin
yerinə yetirilməsi üçün malik olduğunuz xüsusi keyfiyyətləri vurğulayasınız.
Bir neçə nümunə: liderliyə meyl, şəxsiyyətlərarası ünsiyyət vərdişləri, işin təşkil
olunmasına və idarə edilməsinə görə məsuliyyəti öz üzərinizə götürmək
bacarığınız. Sizin xüsusi bacarıq və keyfiyyətlərinizin tətbiq sahəsi
televiziya, proqramlaşdırma və menecment kimi fəaliyyət sahələri ola bilər. Bu
halda xülasədə sizin əvvəlki iş yerində tutduğunuz vəzifələr və oradan təqdim
edilən xasiyyətnamələr ikinci dərəcəli rol oynayır.
Bu yanaşma aşağıdakı
hallarda tətbiq edilir:
əgər əvvəlki iş yerində
istifadə etmədiyiniz potensial qabiliyyətlərinizi xüsusi vurğulamaq istəyirsinizsə;
əgər karyera üzrə inkişaf
sahənizi dəyişirsinizsə;
əgər siz əmək bazarında
öz xidmətlərinizi ilk dəfə təklif edirsinizsə;
əgər sizin karyera üzrə
inkişafınız uğurlu olmamışdırsa;
əgər əvvəlki məşğulluq
sahələriniz arasında qarşılıqlı əlaqə olmamışdırsa;
əgər əvvəlki əmək fəaliyyətiniz
ştatdankənar və ya müvəqqəti xarakter daşımışdırsa.
Aşağıdakı hallarda bu
yanaşmadan istifadə etməyə dəyməz:
əgər siz karyera üzrə
inkişafınızı xüsusi vurğulamaq istəyirsinizsə;
əgər sizin potensial işəgötürənləriniz
sizin xidmətlərə hədsiz yüksək maraq göstərirsə;
əgər sizin vəzifə
borclarınız çox olmamışdırsa;
əgər sizin axırıncı iş
yeriniz çox presticli olmuşdursa.
Necə iş tapmalı?
Hər bir iş axtaran gənc həyatda
ən azı bir dəfə belə suallar qarşısında dayanmaq məcburiyyəndə qalır: nə etməli,
müraciəti hara yönəltməli. Əmək bazarında nə baş verdiyini anlamağa çalışır ki,
iş tapa bilsin. Burada qəbahətli heç nə yoxdur, sadəcə şüurlu şəkildə yanaşma və
planlaşdırmaya eytiyac var.
Elə alınmasın ki, bu gün
siz bir neçə müsahibədə iştirak edısiniz (və uyğun heç nə olmasın), sabah isə
“boş gün” əmələ gəlsin. Əgər hər hansı bir mühüm məşguliyyət yoxdursa mütləq iş
axtarmaqla bağlı ən azı bir tədbir planlaşdırın. Məsələn, İş elanı ilə bağlı hər hansı bir
telefon zəngi, və ya internet saytlarında axtarış, Rezumenizin hazırlanmasıvə təkmilləşdirilməsi.
CV-nin hazırlanma qaydası burada daha ətraflı təsvir olunur, sadəcə qeyd etmək
istərdik ki çalışın orada orfoqrafik və qrammatik səhvlərə yol verilməsin,
başadüşülməyən ixtisarlar və ya lüzumsus olaraq mürəkkəb, uzun-uzadı cümlələr
yer almasın - siz memuar yazmırsınız. Unutmayın ki, Rezume-nin əsas məqsədi
sizin şəxsiyyətinizə diqqəti cəlb etmək və bununla müsahibəyə dəvəti almaqdır.
Sizin vəzifəsiniz müsbət təsir bağışlamaqdır.
Mütəxəssislər işaxtarma
prosesini dənizə tor atma ilə müqayisə etmək olar: nə qədər suyun üzü geniş əhatə
olunsa bir o qədər çox ovlamaq şansı əmələ gələcək. Axtarışın səmərəliliyi işə
salınmış kanalların sayından asılıdır. Vasıtə və alətlər hə il dəyişməz olaraq
qalır: yaxın dost-tanış, kadr agentlikləri,
İnternet, vakansiya yarmarkaları, qəzet elanları. Dəyişən yalnız namizədlərin
bu və ya digər məlumat ötürücüsünə cıxış imkanlarıdır.
Bəzən hər hansı bir işə
sizin namizəd kimi dəvət etməkdın əvvəl telefonla qısa söhbət də ola bilər. Bu
halda təklif olunan işlə bağlı müəyyən məlumat verilə bilər və siz onun müsbət
və mənfi tərəflərini təhlil etməlisiniz ki, lüzumsuz yerə vaxt və enerji
itkisinə yol verməyəsiniz.
Çünki, əqər təklif olunan
işdə sizi qane eməyən məqamların sayı çoxdursa (əmək haqqı, iş qrafiki, yerləşmə
ərazisi və s.) və bu qədər itki sizin xeyrinizə olmayacaq. Bu halda nəzakətlə
sizi müsahibəyə dəvət edən şəxsə təşəkkür etməyi unutmayın – nə bilmək olar həyatda
nə ola bilər.
Sizin iş axtarmağınızın
uğurlu olması və uzun vaxt aparmaması üçün göndəlik fəaliyyət planı tərtib edin
və ona riayyət etməyə çalışın.
Yaxşı işçini müəyyən edən
kriteriyalar:
Edə bilər. Namizəd göstərilən
işi müvəffərqiyyətlə yerinə yetirə bilər. Bunlara onun təhsili, biliyi, təcrübəsi,
sağlamlığı, psixoloji keyfiyyətləri, ailə vəziyyəti və b. uyğundur.
İstəyir. Göstərilən işə
obyektiv və subyektiv maraqlıdır.
İdarə olunandır. Namizəd
deyilənlərin mahiyyətini və təfərrüatını yaxşı başa düşür. Öz nitqini idarə
edir. Özünə tənqidi yanaşır, öz səhvlərini dərk edir və onlardan faydalı təcrübə
əldə edir. Stressli vəviyyətdə soyuqqanlılığını saxlayır, aqressiv olmur.
Uyğunlaşa biləndir. Namizəd
xeyirxahdır, ətrafındakılarla asanlıqla ünsiyyət qurur və ünsiyyət qurmaq
texnikasına malikdir. Namizədə xas olan davranış və iş modeli əsasən kollektivdə
qəbul olunmuş normalara uyğundur.
Təhlükəsizdir. Namizəd işəgötürənə
qarşı (loyalen), açıqdır ancaq söhbətçil deyil, aldatmağa və satqınçılığa
meylli deyil.
İş axtarma haqqında məsləhətlər
Özünüz üçün iş
axtarışının kriteriyalarını dəqiq təyin edin. Yalnız məqsədlərinizə tam uyğun gələn
vakansiyaları seçin. Digər namizədərlə bərabər olaraq rəqibliyinizin önəmli
potensiallığını tam layiqli qiymət verilməsinə diqqət yetirin.
Dostlar və tanışlar
Gənc tələbə və ya məzun
iş axtardığı barədə məlumatı ilk öncə dostlar və tanışlara çatdırmalıdır. Belə
görünə bilər ki, bu ən rahat və etibarlı üsuldur. Lakin, müasir zamanda
ixtisaslaşma və peşəkarlıq üstünlük verildiyindən karyeranı bunun üzərində
qurmaq həmişə mümkün olmür. İstənilən halda CV-ni yazmaq və müsahibədın keçmək
lazım gələcək. Digər tərəfdən, idarələrin kadr şöbələrində olan indormasiya çoxluğu
və şəxsi zəmanətin əhəmiyyəti dərəcədə məsuliyyətli oldüğündan bu şansdan da
faydalanmaq məsləhətdir.
Kadr agentlikləri və İşədüzəltmə
şirkətləri ilə əməkdaşlıq hansı hallarda əlverişlidir?
İri şirkətlərdə geniş iş
təcrübəsinə malik olan şəxslərə işə düzəltmə şirkətləri tərəfindən iş tapmaq
daha asan olur. Onlara sadəcə elektron poçt vasitəsilə müracıət etmələri məqsədəuyğun
hesab olunur. Uyğun gələn vakansiya olduqda işədüsəltmə agentləri dərhal özlrəri
Sizə müraciət edəcəklər. Belə əməkdaşlıq daha çox uğurlu nəticələr verir. İşədüzəltmə
şirkətləri tərəfindən iş tapan şəxslər həmin agentlərə öz təşəkkürlərini
bildirirlər. İri işədüzəltmə şirkətləri mövcud olan stabil və iri şirkətlərlə əməkdaşıq
edirlər ki, perspektivli vakansiyalar da onlardan almaq ehtimalı çoxaldır. Həmin
agentliklərdən imtina edərək, Siz mühüm vakansiyalardan xəbərdar olmamaq
riskini artırmış olursunuz.
Hansı şirkəti seçmək
lazımdır - yerli yaxud xarici?
Xarici şirkət menecerə
malın satış strategiyası üzrə yeni biliklər verir. Yerli şirkət isə, menecerin
vadar edir ki, özü bu strategiyanı qursun və satış sistemində özü qərar versin.
Bununla bərabər insanların və layihələrin idarəolunmasında təcrübə qazanaraq, həmçinin
karyera quruluşunda biznes məsələlərinin həllində iştrak edərək, yüskək peşəkarlıq
səviyyəli idarəedən mütəxəssis pilləsinə qalxmağa zəmin yaranır. Bütün çətinliklərə
müqavimət göstərmək və kritik məqamlarda özünü itirməmək kimi biznes keyfiyyətlərinin
əldə olunmasına şərait yaradır. Ekspertlər qeyd edirlər ki, xarici mütəxəssislərin
yerli şirkətlərə miqrasiyası praktiki olaraq sıfıra bərabərdir. Lakin əks
istiqamətdə axın daha da çoxalır.
İş axtarışının qaydaları
Sadəcə telefon qarşısında
zəng gözləyrək yaxşı iş tapmaq olmur. Şirkətlər bir çox oxşar tərcümeyi-halları
qebul edir, lakin hamisina nəzər sala bilmirlər.Şirkətin işə qəbul prossesində
məsul əməkdaşı ilə şəxsi əlaqə yaratmaq - bu iş axtarışının əsas amilidir. Buna
görə, ən yaxşı üsul - tərcümeyi-halı göndərib və zəng etmək. Əksər vakansiyalar
reklam olunmurlar. İnternet saytlardaki və qəzetlərdəki vakansiya elanlarına nəzər
Sizin iş axtarışı prossesinin bir qismi olmalıdır. Sizi maraqlandıran şirkətlərə
tərcümeyi-halı göndərərək mütəmadi olaraq həmin şirkətlərə zəng etməlisiniz. Bu
halda iş tapmaq şansını artırmış olursuz. İş axtarışı tərcümeyi - halın kütləvi
göndərilməsi ilə çərçivələnməməlidir..
İş axtaran üçün mühüm
qeydlər:
Dini, irqi və cinsi fərq
qoymadan bütün işəgötürənlərə eyni rəğbər bəsləməlidir;
İşəgötürənə özü haqda
doğru olmayan informasiyanı verməmək;
İşəgötürən tərəfindən
alınmış informasiyanın konfedisseallığını qorumaq, bunu işəgötürənin
professional və şəxsi mənafeyinə zərər vurmadan istifadə etmək;
İşəgötürənin professional
və şəxsi keyfiyyətlərinin öyrənilməsi metodlarından müvafiq qaydada istifadə
etmək;
İşədüzəlmə prossesinin
bütün etaplarında işəgötürənlə daima kontaktda olmaq
Beləliklə, yuxarıdakıları
ümumiləşdirərək bunlara xüsusi diqqət yetirin:
İlk növbədə aydınlıq gətirilməlidir:
sən kimsən, sənin maraqların nədir,
hansı dəyərlərin daşıyıcısısan.
Ən effektli başlanğıc
üsulu tacrübə keçmə (stajirovka) hesab olunur – bu sizə lazım olan əlaqələrin
qurulması, praktiki iş təcrübəsi qazandıra bilər.
Səviyyəli Rezume
hazırlamağın qayğısına qalın və sonra onu şirkət və kadr agentliklrinə göndərin.
Təcrübə keçmə zamanı əmək
kollektivi ilə tanış olmaqda təşəbbüskar olun ki kənarda qalmayasanız
Kollektivdə qalmaq üçün qətiyyətlə
qeyri-ənənəvi qərarlar qəbul edin ki, yaradıcı yanaşma və zəka sahibi olduğunuz
gözə dəysin.
Əsas odur ki, iş prosesi
zamanı əmək haqqı və statusdan daha çox sizi perspektivdə məqsədəçatmaq üçün
meydan əldə edəsiniz
Digər insanlarıla təmas
qurmağı, onların emosional vəziyyətini və reaksiyalarını öyrənməyi bacarın.
Ünsiyyət daim ehtiyac
duyduğumuz ən vacib məşğuliyyətdir. Ümumiyyətlə, insan həyatını ünsiyyətsiz təsəvvür
etmək qeyri-mümkündür. Çünki, insan mövcudluğu ünsiyyət tələb edir. Biz ünsiyyət
zamanı fikirlərimizi paylaşır, hadisələrə münasibətimizi bildirir, düşündüklərimizi
ifadə edirik. Bütün bunlar ünsiyyət prosesində baş verir.
Bundan başqa insanlarla
ünsiyyətdə olduğumuz müddət ərzində biz yeni “insan tiplərini”kəşf edirik. Məsələn,
bu pisdi, o yaxşıdı, o maraqsız insandı, o çox ünsiyyətcildi, bu çox çətin
adamdı və.s.
Eyni zamanda biz həm ətrafdakı
insanlarla, həm də özümüzlə ünsiyyətdə oluruq. Hər iki ünsiyyət zamanı həmsöhbətimiz
yorucu ola bilər. Biz bu tip həmsöhbətlərə “çətin adamdı” deyirik. “Çətin
adam”larla ünsiyyətdə olmaq həmişə narahatedici və cansıxıcı olur, xüsusəndə, əgər
bu şəxs biz özümüzüksə……
Əgər bizim özümüzlə
ünsiyyətimiz alınmırsa bu digərləri ilə olan ünsiyyətimizə də təsir göstərir. Məsələn,
onlarla aqressiv davranırıq, kobud ifadələrlə danışırıq və .s. Nəticədə özümüzü
xoşagəlməz situasiyalarla üz-üzə qoyuruq.
Bütün bunların baş verməməsi
üçün öncə özümüzə nəzər yetirməliyik. Bununçün aşağıdakıları bilməyimiz
vacibdir:
1-ci öyrənilməli şəxs mən
özüməm—-Ən əsası mən özümü tanımalıyam.Buna görə belə bir
metoddan istifadə edə bilərik: bir vərəq götürüb orada özümüzün 10 yaxşı və 10
pis xüsusiyyətimizi qeyd edirik;
1-ci dəyişilməli şəxs mən
özüməm—-yuxarıdakı test vasitəsilə tapdığımız mənfi və müsbətlərimizi bildikdən
sonra çalışıb mənfilərimizi azaltmaq və müsbətlərimizi artırmaq, bir sözlə,
özümüzü müsbət istiqamətdə dəyişməliyik;
1-ci münasibət
qurulmalı şəxs mən özüməm—-özümüzü dəyişdikdən sonra artıq nə istədiyimizi
aydınlaşdırıb, ətrafımıza bununla bağlı siqnallar ötürməliyik.
Özümüzlə bağlı problemi həll
etdikdən sonra qalır ətrafımızdakı insanlar. Ətrafdakılarla ünsiyyət qurmaq
üçün bir şeyi yadda saxlamaq çox vacibdir: insanlar onlara maraq göstərən,
düşüncələri ortaq olanlarla ünsiyyət qurmağa çalışırlar.
Əgər insanlarla yaxşı
ünsiyyətin alınmasına nail olmaq və özümüzü onlara sevdirmək istəyiriksə əməl
olunması vacib sayılan 5 üsulu yadda saxlamalıyıq:
Adamlara maraq göstərmək—-məs:
qarşımızdakının problemləri, qayğıları, hər hansı hadisə ilə bağlı təəssüratları,
fikirləri və.s. ilə maraqlanmalıyıq. Bu vasitə ünsiyyətdə çox effektiv təsirə
malikdir. Çünki, yaddan çıxarmayaq ki, hər kəs özü haqqda danışmağı çox sevir.
Gülümsəmək—-gülüş
insanlara təsir edən ən effektiv vasitədir. Ona görə ki, gülüş ətrafdakılara
müsbət emosiyalar göndərir. Bu da hər kəsə xoş olur. Buna görə təbəssümü
üzümüzdən əksik etməməliyik.
Yaxşı dinləyici
olmaq—-başqalarını özləri haqqda danışmağa vadar etməliyik. Belə olarsa onlar
bizimlə daha çox ünsiyyətdə olmağa çalışacaqlar. Bu vasitənin əsas tərəfi də
odur ki, dinləyici olsaq qarşımızdakı bizə sevə-sevə özü və hadisələr haqqda
informasiya verəcək.
Qarşımızdakının bacarıq və
imkanlarına, bizə olan səmimi münasibətinə inanmaq—-Əgər belə etmiş olsaq, onda
zaman keçdikcə doğurdan da istədiyimizi əldə edə biləcəyik. Yəni
qarşımızdakının bizə münasibəti müsbət istiqamətdə dəyişəcək.
Başqasına maraqlı olan
dildə danışmaq—-münasibətlərdə uğur qazanmaq üçün həmsöhbətimizin maraqları ilə
üst-üstə düşən dildə danışmağı öyrənməliyik. Bu ünsiyyət qanunudur və bunu ilk
tanışlıqda, münasibətlərin sonrakı axarında, iş həyatında, o cümlədən, ailə
münasibətlərində gözləməliyik. Başqaları ilə elə rəftar etməliyik ki, onlar o rəftarı
bizdən gözləyirlər.
Ünsiyyət qurmanın əsas məsələsi
budur ki, bizə xoş təsir etməyən, xoşumuza gəlməyən adamlarla ünsiyyət qura bilək.
Bunu bacarmaqçün isə aşağıdakılara diqqət yetirməliyik:
Ona qarşı olan bu mənfi
münasibətimizin səbəbini dəqiqləşdirməliyik
Onun ən azı 5 müsbət
xüsusiyyətini tapmalıyıq
Onu ən yaxın bildiyimiz və
çox istədiyimiz insanın simasında görə bilməyi bacarmalıyıq
Onunla ünsiyyətə girməli
və fikirlərimizdə ortaq nöqtələri tapmalıyıq
İmkan daxilində ona hədiyyə
almalıyıq (ucuz və baha; fərq etməz)

Комментариев нет:
Отправить комментарий