17-18
yanvar tarixlərində Şəki rayonunda “Gələcəyin Müəllimlər” Təşəbbüs qrupunun Azərbaycan
Respublikası Təhsil Nazirliyinin “İctimai Təşəbbüslərin dəstəklənməsi” layihəsi
çərçivəsində “Müasir təlim metodları və yeni
pedaqoji texnologiyaların tətbiqinin region müəllimlərinə öyrədilməsi təliminin
ilk tədbiri həyata keçirildi. Təlim interaktiv görüş
və daha sonra interaktiv təlim mühiti şəkilində həyata keçirildi. Təlimlərin həyata keçirilməsində Təşəbbüs qrupunun üzvləri İKT, Təhsil,Karyera,
Veb 2.0- Veb 3.0 alətlər üzrə ekspert/təlimçi Ramil Süleymanov, V Elektron
Respublika müsabiqəsinin qalibləri -"1 şagird-1 kompyuter" layihəsi üzrə peşəkar, Şəki rayon 5 nömrəli tam orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi,təlimçi Nərmin Musayeva və 11 nömrəli tam orta məktəbin
ibtidai siniflər üzrə direktor müavini,peşəkar bloqçu-Esmira Sadıqova aparırdı. Təlimlər zamanı müəllimlərə
aşagıdakı mövzularda ətraflı məlumatlar verildi. Təlim 50 nəfər üçün nəzərdə
tutulsa da 65 nəfər iştirak edirdi. Bu,müəllimlərin bizim təlimimizə olan maraqlarından və təlimin ekspert və təlimçi heyətinin peşəkarlıqla Azərbaycan və Azərbaycandan
kənarlarda keçdikləri təlimlərin nüfüzundan irəli gəlir. Tədbirdə həm müxtəlif
məktəblərin, hətta ucqar kəndlərin müəllimləri, eyni zamanda Təhsil şöbəsinindirektoru Südabər xanım İsmayılova da iştirak edirdi.
1. Azərbaycan
Təhsil Portalı, ederslik.edu.az, e-resurs.edu.az - Bu portalda olan tədrsi
resurslarında istifadə qaydaları haqqında ətraflı məlumat verildi.
2. Learning apss programı- Bu proqramın köməkliyi
ilə interaktiv öyrədici tapşırıqların yaradılması,burda müəllimlərə yaratmaq haqqında ilk öncə
məlumat verildi. Sistemin işləmə qaydası öyrədildi.
3. Mindomo.com, caccoo və popplet.com proramlarının köməkliyi ilə- Fəal tədris
prosseində dinamik istifadə qaydaları haqqında da ətraflı məlumatlar verildi.
4. Müəllimlərə
Azərbaycan və Azərbaycandan kənarda keçirilən müsabiqələrdədə iştirak etməklə baglı ətraflı məlumatlar verildi.
5. Müəllimlərə
bu təlim müddətində həm müəllim bloqu, həm də pulsuz müəllim saytı yaradılması öyrədildi.
Təlim
olduqca dinamik inkişafı ilə seçilirdi. Təlim zamanı müəllimlər yaratdıqları resursları daha da təkmilləşdirərək,
bu təlim üçün yaradılmış İnternet Resurslarını facebbok qrupunda artıq paylaşmaq üçün göndərirlər.
Bu olduqca maraqlı,yadda qalan təlim idi. Təlimin sonunda hər bir müəllim üçün
təlim materialları verildi. Təlimin sonunda iştirakçılarla xatirə şəkili
çəkdirildi.
Hər bir iştirakçıya sertifikatlar. Təlimin Təlimçilərinə
isə Fəxri Fərmanlar verildi.
17-18
yanvar tarixlərində Şəki rayonunda “Gələcəyin Müəllimlər” Təşəbbüs qrupunun Azərbaycan
Respublikası Təhsil Nazirliyinin “İctimai Təşəbbüslərin dəstəklənməsi” layihəsi
çərçivəsində “Müasir təlim metodları və yeni
pedaqoji texnologiyaların tətbiqinin region müəllimlərinə öyrədilməsi təliminin
ilk tədbiri həyata keçirildi. Təlim interaktiv görüş2. Learning apss programı- Bu proqramın köməkliyi ilə interaktiv öyrədici tapşırıqların yaradılması,burda müəllimlərə yaratmaq haqqında ilk öncə məlumat verildi. Sistemin işləmə qaydası öyrədildi.

Комментариев нет:
Отправить комментарий