Hammızın içində,ortaya çıxmaq üçün uyğun şəraiti gözləyən gizlənmiş möcüzələr vardır” Çarlz Digens
вторник, 24 февраля 2015 г.
Müvəffəqiyyətin sirri
1. Stefen Beçtel. İnşaat sektorunun ən məşhur şirkəti “Betçel Korporasiyası”nın qurucusu.
2. Leo Burnett. Dünyanın ən tanınmış reklamçısı və “Leo Burnett Uorldvayd” şirkətinin qurucusu.
3. Uillis Carrier. Hava kondisionerləri, isitmə və dondurma sistemləri istehsalı üzrə dünyanın ən böyük şirkətlərindən biri olan “Karrier Korporasiyası”nın qurucusu və hava kondisionerlərinin ilk ixtiraçısı.
4. Uolt Disney. “Uolt Disney Korporasiyası”nın qurucusu və animasiya multimediasının ilk imperatoru.
5. Henri Ford. “Ford Motor” şirkətinin qurucusu və avtomobil dünyasının bir nömrəli adamı. İlk dəfə kütləvi maşın istehsalı prosesini təqbiq edən və işçilərə yüksək məvacib verərək ABŞ-da orta təbəqə əhalinin formalaşmasında önəmli rol oynayan insan.
6. Bill Qeyts. 46.5 milyard ABŞ dolları mal varlığı ilə dünyanın ən zəngin adamı və mikrokompüter sahəsinin pionerlərindən olan “Microsoft şirkəti”nin qurucusu
7. Amadeo Qiannini. “Bank of America”nın qurucusu və bir çox müasir bank əməliyyatlarının təşəbbüsçüsü.
8. Rey Krok. Makdonald qardaşlarının 1940-cı ildə açdıqları restoranı alıb 1955-ci ildə “Makdonalds Korporasiyası”nı quraraq, “fast-food” sənayesin-də inqilab yaradan adam.
9. Este Lauder. Parfümeriya və kosmetika sahəsində dünyanın ən nəhəng şirkətlərindən biri olan “Este Lauder” şirkətinin qurucu
10. Uilliam Levitt. Müasir amerikan suburbanizasiyasının atası hesab edilən adam.
11. Luis B. Mayer. Dünyanın ilk kino rejissorlarından biri.
12. Laki Lusiano. Müasir cinayət sindikatının atası hesab olunan insan
13. Çarles Merril. “Merril Linç” şirkətinin qurucusu və amerika xalqının səhmdar xalq olmasında önəmli rol oynamış insan
14. Akio Morita. “Soni” şirkətinin güvənli marka olmasında böyük rolu olan iş adamı və volkmenin ixtiraçısı.
15. Ualter Reuter. İşçi haqqlarının müdafiəsi naminə çalışan və bu konteksli hərəkatlara öndərlik etmiş adam
16. Pete Rozelle. Milli futbol liqasının dünyanın ən məşhur idman oyunları liqası olmasında mühim rolu olan insan
17. David Sarnoff. “Radio Corporation of America” şirkətinin idarəçilərindən biri.
18. Juan Trippe. Hava limanı sahibi və bu sahənin pionerlərindən biri.
19. Sem Uolton. ABŞ-ın pərakəndə satışla məşğul olan nəhəng şirkəti “Wal-Mart”ın qurucusu.
20. Tomas Uotson. “IBM”in qurucusu və vəfat etdiyi zamanlarda dünyanın ən böyük satıcısı hesab olunan adam.
Yuxarıda adı göstərilən insanların hər biri tarixdə öz adlarını yazmış insanlardır.
Подписаться на:
Комментарии к сообщению (Atom)

Комментариев нет:
Отправить комментарий