понедельник, 30 марта 2015 г.

Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tətbiqinin region müəllimlərinə öyrədilməsi












Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir (“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı) Bu sərəncama dəstək vermək üçün, 27  - 29  mart 2015-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Gələcəyin müəllimləri” təşəbbüs qrupu tərəfindən "Azeta Azərbaycan" təşkilatının  Mingəçevir bölməsinin rəhbəri Gülnaz Hacıyevanın xüsusi dəstəyi ilə Mingəçevir şəhər 10  nömrəli tam orta məktəbdə  müəllimlər üçün təlimləri keçirildi.  Təlimlər "İctimai təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində keçirildi və ümumilikdə Mingəçevir şəhər, Yevlax rayon, və bu regionda yerləşən Agdam və Kəlbəcər rayon  məktəblərindən 40 müəllim təlimlərdə iştirak etdi. Təlim müddətində iştirakçılar müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqinin, həmçinin İKT-dən və fəal təlimdən vəhdət şəkildə istifadə edərək canlı dərs prossesini qurmağın yolları ilə tanış oldular. Təlim müddətində müəllimlərə maraqlı Web2 - Web3 alətlər, müasir internet resursları və ondan tədris prosesində istifadə, yerli və beynəlxalq müsabiqələrdə iştirak qaydaları və digər mövzularda məlumatlar verildi. Sonda iştirakçılar diplomlarla təltif olundular Təlimə təlimçi kimi Prometan lövhələr üzrə peşəkar təlimçi Nəzakət Məmmədova və Bloglar üzrə peşəkar təlimçi Poladov Xəyal müəllimdə dəvət olunmuşdu.











Комментариев нет:

Отправить комментарий