среда, 22 апреля 2015 г.

Labdisk Təlimləri Ugurla davam edir.

Təhsil Nazirliyi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, tədrisdə dünya standartlarına cavab verən əyani vasitələrdən istifadə prosesini genişləndirir. Buna əsasən Bakı şəhərinin Labdisk qurgusu verilmiş məktəblərinin müəllimlərinə Edumediya Azərbaycan MMC tərəfindən təlimlər təşkil edilmişdir. Təlimlərdə iştirak edən müəllimlər kimya, fizika və biologiya fənn müəllimləridir. Müəllimlər bu qurgudan olduqca rahat şəkildə istifadə edirlər. Ən maraqlısı müəllimlər bu avadanlıqda işləməkdən böyük zövq aldıqlarını bildirirlər. Labdisk təlimlərini müşahidə etdiyim zaman müəllimlərin necə böyük həvəslə bu təlimdə iştirak etdiklərini müşahidə etdim. Labdisk 12 ənənəvi laboratoriya cihaz və alətləri əvəz edərək fizika, biologiya, təbii tarixi, kimya, coğrafiya və ekologiya  dərslərində istifadə olunur. Qurğu 14 sensorlar ibarətdir və quraşdırma yalnız 2 dəqiqə çəkir. Labdisk ilə GPS-koordinatları  xəritə Google Xəritə yolu  ilə tədqiq  edilə bilər. Batareyanın enerji saxlama  müddəti150 saatdır . bu isə   ekskursiyalar və gəzintilər üçün çox faydalı olacaq. Kompüter, netbuklar, interaktiv lövhələr və tablet Labdiskə qoşulaya tam uyğundur. Bunun üçün, siz sadəcə OS Android GlobiLab və yaWindows mühitində  işləmək  proqram   yükləyəcəksiniz. Qoşulma isə USB və ya Bluetooth vasitəsilə həyata keçirilir.






















Комментариев нет:

Отправить комментарий