Ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə
çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ümumi təhsil müəssisələrinin
direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların
təlimlərdə iştirakı üçün müsabiqə elan edir.
Təlimlərin məqsədi müasir idarəetmə bilik və
bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və
sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və
təkmilləşdirməkdir.
Təlimlər yalnız Bakı şəhəri üzrə fəaliyyət
göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək.
Təlimdə əhatə ediləcək mövzular:
·
Təhsildə keyfiyyətin
idarəedilməsi
·
Təhsili idarəetmənin hüquqi
əsasları
·
Kompüter və təlim
texnologiyaları
·
Təhsildə statistika və təhlil
·
Təhsilin idarəedilməsi və
monitorinqi
·
Təhsili idarəetmənin
psixoloji əsasları
·
Kurikulum: Nəzəriyyə və tətbiq
·
Təhsildə maliyyənin
idarəolunması
Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu
təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin
əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də
təşkil ediləcək.
Müsabiqədə iştirak üçün minimum tələblər:
·
Ali pedaqoji təhsil
·
5 (beş) il pedaqoji iş
təcrübəsi
Namizədlərdən gözlənilən digər keyfiyyətlər:
·
Liderlik bacarığı
·
Yüksək motivasiyalılıq
·
Səmərəli qərar qəbuletmə
bacarığı
·
Nəticəyönümlülük
·
İKT-dən istifadə bacarığı
·
Məntiqi düşüncə bacarığı
Müraciət qaydası:
Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn
namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq telim@edu.gov.azelektron poçt ünvanına
göndərməlidirlər.
Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə
aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz
və mütəmadi olaraq yoxlamağınız vacibdir.
Müraciət üçün son tarix: 31 oktyabr 2015-сi il
Seçim qaydaları:
Təlim iştirakçıları 3 mərhələli seçim əsasında
müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri ərizə forması
əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi
yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur
qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç
mərhələnin nəticəsi olaraq 50 nəfərin təlimlərə seçimi nəzərdə tutulur.
Yekun qiymətləndirmə:
Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun
qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş
nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor
vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə
alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin
işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin
olunacaq.
Комментариев нет:
Отправить комментарий