Uğurlu insanların 45 xüsusiyyəti
1. Başqaları əllərini yanlarına saldığı və təslim
olduğu məqamlarda, onlar yeni fürsətlər axtarır və onu tapırlar.
2. Digərlərinin uğursuzluq hesab etdiyi hadisədən nəticə
çıxarmağı, dərs almağı bacarırlar.
3. Onlar düşünülmüş qərarlar qəbul edirlər.
4. Digərlərinin nə vaxtsa uğurun onları tapmasını
gözlədiyi halda, bu insanlar özləri məqsədyönlü şəkildə və daima uğura gedəcək
yol salırlar.
5. Onlar da digərləri kimi qorxu hissi yaşayır,
lakin bu hissin onlara hakim kəsilməyinə icazə vermir, qorxu onları deyil,
onlar qorxunu idarə edir. Qorxu sadəcə ehtiyat deməkdir.
6. Onlar düzgün sual verir- bu suallar tam və hər tərəfli
cavablandırma tələb edirlər.
7. Onlar şikayətlənmir –bu əlavə güc sərfidir.
Onların bütün şikayətləri məhkəmələrə gedir.
8. Onlar günahı başqasının üzərinə yıxmır. Onlar öz
fəaliyyətlərinə və onun nəticələrinə görə tam məsuliyyəti öz üzərilərinə
götürürlər.
9. Heç də məcbur deyil ki, onlar fantastik talant
sahibi olsun, lakin onlar həmişə mövcud potensiallarını maksimal şəkildə
reallaşdırmaq üsulu tapırlar. Onlar həmişə özlərinə qarşı tələbkar olur.
10. Onlar məşğul, yaradıcı və punktualdırlar.
Hamının bekar gəzdiyi, işsiz dayandığı və sanki işləyirmiş kimi davrandığı yerlərdə
və anlarda – onlar həqiqətən işləyirlər.
11. Onlar ətraflarına həmfikir olduğu insanları
toplayır — vahid və bütünləşmiş komanda qədər başqa heç bir amil qarşıya
qoyulmuş məqsədə nail olmağa kömək edə bilməz.
12. Onlar şöhrətpərəst olur və həmişə özlərinə belə
bir sual verirlər –niyə də mən olmayım? Bu onlara talelərini idarə etmək imkanı
verir, onlar hamı kimi sadəcə axına tabe olmurlar.
13. Onlar öz
həyatlarını necə görmək istədiklərini yaxşı bilirlər və məhz bunun üçün nə
lazımsa onu edirlər, digərləri isə öz həyatlarına kənardan sadəcə seyr edici
kimi baxırlar.
14. Onlar kimisə təqlid etmir, öz yollarını açır,
öz üslublarını yaradırlar.
15. Onlar heç nəyi təxirə salmır, bu isə o deməkdir
ki, onlar həyatlarını nəyi isə gözləyərək keçirmirlər.
16. Onlar bütün həyatları boyu öyrənirlər. İstənilən
həyat təcrübəsi –bir dərsdir.
17. Onlar optimistdirlər, buna görə də hər şeydə
fayda görürlər.
18. Onlar etməli olduğu idi edirlər, onlar həmin an
özlərini necə hiss etməsi heç bir önəm kəsb etmir.
19. Onlar riskə gedir –istər psixoloji, istər
emosional, istər maliyyə, istər də peşəkar.
20. Onlar problemlərdən qaçmır, onlar ilə üz-üzə
dayanırlar.
21. Onlar ürəklərində arzu tutub, bəxtin onlara güləcəyini
və xoşbəxt şansı gözləmir, bu insanlar özləri-öz talelərini qururlar.
22. Onlar hadisələri qabaqlamağa çalışır və hər
hansı bir hadisə baş verməmiş ona qarşı tədbir görürlər.
23. Onlar emosiyalarını idarə etməyi bacarırlar.
Onlar da hamının hiss etdiyini duyğuları yaşayır, lakin öz hisslərinin əsirinə çevrilmirlər.
24. Bu insanlar kommunikasiya məharətinə sahibdirlər
və daima bu bacarığı təkmilləşdirirlər.
25. Bu insanların müəyyən həyat planları olur və
onlar bu plana riayət edirlər. Onların həyatı səliqəsiz və dağınıq hadisələr
yığnağı deyil.
26. Onların müstəsnalığı ondadır ki, onlar
başqalarının görə bilmədiyi və görmək istəmədiyi şeyləri sanki adi bir vərdiş
kimi rahatlıqla edirlər. Bu elə qərarlardır ki, bunu onlardan başqa heç kəs qəbul
edə bilməz.
27. Əksər insanların komfortdan asılı olduğu halda,
uğurlu insanlar bilir ki, polad döyüldükcə bərkiyər və insan xarakteri məhz çətinliklər
gördükcə möhkəmlənir.
28. Onlar öz dəyərlərini dərk edirlər və bu onlara
dəyərli həyat yaşamağa imkan verir.
29. Onlar tarazlıq sevəndir. Müvəffəqiyyət və pul,
xoşbəxtlik və nailiyyət anlayışlarını qarışdırmırlar. Bir çox problemlər onda yaranır ki, əksər
insanlar başa düşmür ki, pul –sadəcə vasitə və alətdir, amma o sənə xoşbəxtlik
vermir.
30. Onlar nizam intizamın və özünə nəzarətin əhəmiyyətini
dərk edirlər.
31. Müvəffəqiyyətli insanlar özlərinə əmindir.
32. Onlar xeyirxah və səxavətlidir. Onlar
başqalarına kömək edəndə bundan zövq alırlar.
33. Onlar təvazökardır, səhvlərini qəbul etməyə və
üzr istəməyə hazırdır. Onlar öz bacarıqlarına arxayındır, amma buna rəğmən təkəbbürlü
deyillər. Onlar digərlərindən öyrənməyi bacarırlar. Onlar başqalarına fərqlən
imkanı verdiklərinə görə özlərini xoşbəxt sayırlar və qabağa dartmağı
xoşalmırlar.
34. Onlar uyğunlaşmağı çox yaxşı bacarır və öz adət
və vərdişlərinin qulu olmurlar.
35. Onlar özlərini yaxşı fiziki formada saxlayır,
lakin öz vücudlarına həddindən artıq aludə deyillər.
36. Onlar çox işgüzardırlar. Daima səy və əzmlə
çalışırlar.
37. Onlar çox elastikdirlər. Başqasını sadəcə
partlayacağı bir yerdə, onlar qızınmağa müyəssər olurlar.
38. Onlar
qapalı deyil və insanlar üçün açıqdırlar.
39. Onlar xoşagəlməz, nadürüst və natəmiz insanlar
ilə ünsiyyətə girmirlər.
40. Onlar güclərini və vaxtları özləri üçün gərəksiz
olan şeylərə sərf etmirlər.
41. Onlar axına qarşı üzməyə və sıradan kənar,
qeyri adi bir görməyə olduqca şaddırlar.
42. Onlar həmişə özlərini “balıq suda olduğu” kimi
hiss edirlər.
43. Onların özləri üçün müəyyən etdiyi zirvə nöqtəsi
həmişə digərlərindən daha hündür olur.
44. Onlar vaxtlarını özlərinə bəraət və ya
uğursuzluqlarına haqq qazandırmağa sərf etmirlər.
45. Onlar həmişə pozitiv əhval-ruhiyyədir və heç
vaxt təslim olmurlar.
Uğur qazanmağın sirri
Günlərin bir günü cavan oğlan uğurlu olmağın
yollarını axtarırdı. Bir gün o ,dağlarda yaşayan müdrik bir insana yaxınlaşır.
Gənc daxmada mudrik qocanı görəndə soruşur, Ey mudrik insan! uğur qazanmağın
yollarını mənə deyə bilərsənmi ? Mudrik
bir müddət səssiz qalır. Bir neçə dəqiqəlik sükutdan sonra mudrik qoca cavan oğlanla çayın kənarına gedirlər. Onlar cavan oğlanın başı suya tam batanacan
çayın içinə doğru hərəkət etdilər.Müdrik qoca ona kömək etmir, onun əvəzində
oğlanın başını suda saxlayır, Bir neçə dəqiqədən sonra qoca cavan oğlanı sudan çıxardır və birlikdə
mağaraya qayıdırlar. Daxmada qoca oğlandan suyun altında olarkən ən çox arzuladığı şeyi soruşdu. Cavan cəld
cavab verir: Ay qoca axmaq! əlbəttə, nəfəs almaq istəyirdim! Qoca: Əgər sən
uğur qazanmağı suyun altında olarkən nəfəs
almaq istədiyin kimi istəyirsənsə,onda
uğurun həqiqi sirrini tapacaqsan

Комментариев нет:
Отправить комментарий