Əziz dostlar!
Facebook istifadəçilərimiz üçün (www.fb.com/vergiler ) ənənəvi müsabiqəmizə yenidən start veririk! Müsabiqənin şərtləri, həmişəki kimi, çox asandır:
- Üzərində Facebook səhifəmizin ünvanı (fb.com/vergiler) olan fotonuzu “VERGİLƏRİ NƏ ÜÇÜN ÖDƏYİRİK?” sualına cavab variantınız ilə birlikdə info@taxes.gov.az email ünvanına göndərirsiniz. Qeyd edək ki, səhifəmizin ünvanı fotoya sonradan hər hansı qrafik proqram (Photoshop və s.) vasitəsilə əlavə edilməməlidir. Foto məhz bu müsabiqə üçün çəkilməli, "fb.com/vergiler" yazısı isə əlinizdə tutulmalıdır. Nümunə olaraq aşağıdakı fotoşəkili nəzərdən keçirə bilərsiniz.
▶︎ Cavab variantınızı rəsmi üslubda deyil, öz səmimi fkirlərinizlə ifadə etməyə çalışın.
Məktubda ad sə soyadınızı, yaşınızı, əlaqə nömrənizi və ünvanınızı qeyd etməlisiniz.
Bir nəfər yalnız bir şəkil və cavab variantı göndərə bilər.
Müsabiqə 01 dekabr 2015-ci il tarixindən 29 dekabr 2015-ci ilədək (saat 00:00-dək) davam edəcək və 30 dekabr 2015-ci il tarixində qaliblər elan olunacaq.
Təqdim olunmuş fotoşəkillər Facebook səhifəmizin müvafiq fotoalbomunda yerləşdiriləcək. Müsabiqədə ən yaxşı 3 fotoşəkil digər iştirakçıların səsverməsi nəticəsində təyin olunacaq: hər şəklin altında onu bəyənənlər "Like" edir və sonda hər biri üçün göndərilmiş "Like"lərin ümumi sayı cəmləşdirilib qaliblər müəyyən edilir. Nəzərinizə çatdırırıq ki, xüsusi proqram-botlar vasitəsilə "əldə edilmiş" Like-lər səsvermə zamanı nəzərə alınmayacaq.
▶︎ Ən çox like yığan üç qalibimizi aşağıdakı mükafatlar gözləyir:
I yer – CANON EOS 1200D EF-S 18-55 III Kit fotokamerası
II yer – Lenovo ideapad 100-15IBY N2840 2G 500G 8W noutbuku
III yer – Samsung SM-T210 8GB Galaxy Tab 3 Gold Brown planşeti
Bütün istifadəçilərə bol kreativlik və uğurlar!

Комментариев нет:
Отправить комментарий