среда, 16 марта 2016 г.

Həyat Məktəbi-Uğur Psixalogiyası

Həyatımız iki etaplı bir oyuna  bənzəyir. Birinci etap  məktəb həyatı, ikinci etap isə  həyat məktəbi dövrüdür. Ortalama insan ömrünün 70 il sayıldığını nəzərə alsaq,  ömrümüzün dörddə biri məktəb həyatında,  dörddə üçü həyat məktəbində keçir.
Məktəb həyatı  bitincə həyat məktəbi başlar. Hər nə qədər məktəb həyatının məqsədi  insanı  həyat məktəbinə hazırlamaq olsa da, bir çox alimin haqlı olaraq bildirdiyi kimi; «həyat məktəbində ən çox lazım olan məlumatlar, məktəb həyatında öyrədilməyənlərdir.»
Məktəb həyatında, «Həyat bilgisi» dərsi  olduğu  halda, həyat məktəbində bildiklərimiz niyə köməyə gəlmir?  Çünki məktəblər bizi həyata deyil, imtahanlara hazırlayır. Gündəlik həyat bacarıqları qazandırmaq üçün deyil, akademik məlumat toplamaq üçün çalışır.Uğur psixologiyası, məktəb həyatı, həyat məktəbi uğur psixologiyasının → "Su" olduğunu düşün. İndi sən «su» olduğunu düşün. Su qədər xüsusi, su qədər faydalı və su qədər çox, tükənməz...İnanıram ki, həqiqətən də eləsən. Amma istər bulaqlardan tökül, istər göylərdən yağ, istər çaylar dolusu ax; dibi olmayan bir vedrəni doldura bilməzsən. Yəni səni dinləməyənlərə səsini eşitdirə bilməzsən ...
Unutma! Daha çox qışqırdığında daha çox dinlənməzsən. Səs-küyün parçası olarsan yalnız!  Suyun yanında olanlar suyu ən az içənlərdir. Çünki, «Su onsuz da burada, lazım deyil ki  suyu doya-doya içmək» -deyə düşünürlər. Eynilə, səsini davamlı eşidənlərin səni dinləmədikləri kimi. Meşədəki heç bir heyvan, çayın səs-küylər qoparan yerindən su içməyə çalışmadı indiyə qədər. Hamısı, həmişə səhərin ən sakit anını gözlədi; suyun durğun yerlərini tapa bilmək üçün getdilər və sakit sakit doyunca içdilər.  Onlar üçün ən uyğun olan və öz istədikləri zamanda .Sən, həmişə bir su olduğunu düşün. Su kimi gözəl, su kimi faydalı, su kimi imtina edilməz… Və su kimi həyat qaynağı olduğunu düşün. Amma su kimi yaşadıcı ol; Su kimi dağıdıcı, sürükləyici və öldürücü deyil! Sən bir su ol… Amma rəhmət ol,  fəlakət deyil!  Susansa,  tarlalarını basma insanların, yuvalarını yıxma, ocaqlarını söndürmə.  Sənə «fəlakət» deyilməsin! Susansa,  bir stəkana sığmağı bil ki, damarlara girə biləsən!


Комментариев нет:

Отправить комментарий