воскресенье, 31 июля 2016 г.

“Az təminatlı və əlil uşağı olan ailələrin məktəbəqədər təhsil müəssisələrinə getməyən beşyaşlı uşaqları üçün məktəbə hazırlığın təşkili”

“Sosial  Dayaq”  İctimai Birliyi  Azərbaycan  Respublikasının  Prezidenti  yanında   Qeyri- Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının maliyyə dəstəyi ilə Siyəzən rayonunda  “Az  təminatlı və əlil uşağı olan ailələrin  məktəbəqədər  təhsil  müəssisələrinə getməyən  beşyaşlı  uşaqları üçün məktəbə hazırlığın təşkili”  layihəsini  davam etdirir.  Layihə  çərçivəsində “Az təminatlı və əlil uşağı olan ailələrin  uşaqlarına  məktəbəhazırlıq təlimləri keçirilir.  Təlimlərə  xüsusi qayğıya ehtiyacı olan uşaqlar da  cəlb olunub. Təlimlər təcrübəli müəllimlər tərəfindən aparılır.  Bu layihədə fəaliyyət göstərən  müəllimlər üçün xüsusi Beynəlxalq hazırlıq proqramı  əsasında fərqli təlimlər, Təhsildə müasir internet texnalogiyalarını tətbiq etməklə məktəbəhazırlıgın  inkişaf  etdirilməsi  təlim modulu əsasında ”    təhsi eksperti Ramil Süleymanov tərəfindən keçirilir.    Təlimlərdə  “Sosial Dayaq”  İB –nin işçiləri və üzvləri   iştirak edirlər.  
Təlimlər  prosesində  Azərbaycan Respublikası  Təhsil  Nazirliyi  ilə əməkdaşlıq edilir, əldə  edilmiş təcrübədən istifadə olunur. Təlimlər  zamanı uşaqlara təhlükəsizlik qaydalarına əməl etməyi, nitqi dinləyib anlamağı və nitq etiketlərindən istifadə etməyi, sadə riyazi əməliyyatları yerinə yetirməyi, şer söyləməyi,  ətraf mühit  haqqında ilkin məlumatlar, sadə təqdimatlar etməyi,  özünəxidmət, sadə  əmək  və sadə bədii yaradıcılıq bacarıqlarına yiyələnməyi  və s. bacarıqlar  öyrədilir. Həmçinin təlimdə iştirak edən uşaqların valideyinləri də  maarifləndirilir.  Valideyinlərə məktəbəhazırlıq qaydaları, istifadə edilən  vəsaitlər  və  onların  uşaqların intelektual inkişafında səmərəliliyi   barədə məlumatlar  verilir.  Xüsusən  xüsusi  qayğıya  ehtiyacı olan  uşaqların  valideyinləri ilə  təlimlər  davam  etdikcə  mütamədi  olaraq  maarifləndirmə  işi  aparılır.   “Sosial  Dayaq”  İctimai Birliyinin üzvlərinin  əvvəlki  illərdə  həyata  keçirilən əlilliyə erkən yardım proqramında əldə etdiyi təcrübədən istifadə olunur. Təlimlər zamanı valideyinlərə  uşaqların  inkişafı  üçün  nələr  etmək  və  hansı vəsaitlərdən istifadə etmək tövsiyə olunur.                                                                                      

Комментариев нет:

Отправить комментарий