вторник, 18 октября 2016 г.

“eTwinning Plus” layihəsi Azərbaycanda fəaliyyətini davam etdirir.

“eTwinning Plus” layihəsi Azərbaycanda fəaliyyətini davam etdirir. Layihə Azərbaycan Respublikası Təhsil Nazırliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən icra olunur. Azərbaycan digər 5 ölkə ilə yanaşı Avropa İttifaqının qonşuluq siyasətinə əsasən eTwinning Plus layihəsinə üzv olmuşdur. İştirakçı ölkələrdən olan müəllimlər layihənin portalından istifadə edərək, 35 Avropa ölkəsindən olan həmkarları ilə birgə təhsil layihələri icra etmək imkanı əldə edirlər. Layihədə ümumilikdə 243 nəfər müəllim iştirak edir. 2016-2017 tədris ilindən etibarən layihə üzrə “Ambassador”ların seçilməsi nəzərdə tutulur. Ambassador statusunu qazanmaq istəyən müəllimlər arasında 28 oktyabr 2016-ci il tarixinədək müsabiqə elan olunur. “Ambassador” əsasən yeni müəllimlərin layihəyə cəlb olunmasını və müəllimlərin layihə çərçivəsində icra olunan fəaliyyətlərdə aktiv olmağı, mütəmadi olaraq müəllimlər üçün təlimlərin təşkil olunması və s. öhdəliklərdən ibarətdir. Müsabiqədə iştirak etmək üçün fnecefova@tsii.edu.az və ya nilufer@ite.az email ünvanlarına müəllimlər müraciət edə bilərlər.


Комментариев нет:

Отправить комментарий