“Region gənclərinin innovativ ideyalarının
dəstəklənməsi” layihəsi davam edir.
Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin innovativ ideyalarının
dəstəklənməsi” layihəsi
çərçivəsində
Şabran şəhərində 22.10.2016-cı il tarixində növbəti təlim prosesi uğurla
keçirilmişdir. Layihənin keçirilməsində əsas məqsəd region gənclərinin bilik və
bacarıqlarını artırmaq yolu ilə innovativ ideyalarına dəstək olmaqdır. Layihə
çərçivəsində keçirilən təlimdə Şabran rayon İcra Hakimiyyətinin
nümayəndəsi Bağırzadə Fərid, fərdi
ekspert Süleymanov Ramil və və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Layihənin
icrası zamanı fərdi ekspert Ramil Süleymanov
iştirakçılara ideyaların yaranması, problemlərin araşdırılması və
ixtiralar mövzularında müzakirələr apardı.
İnteraktiv
formada keçirilən təlimlərdə gənclər hədəfə doğru irəliləmək, uğurlu komanda
təşkil etmək, hədəfli inkişaf
proqramları, biznes inkubatorlarının
axtarışı, maliyyə
dəstəyinin tapılması, biznes plan yazılışı ilə bağlı geniş məlumat verilmişdir.
Təlimin sonunda gənclər öz ideyaları barədə geniş müzakirələr aparmışdır.
Layihə eksperti iştirakçılara tövsiyyəsini vermişdir. Sonda
isə ən yaxşı və innovativ ideyaları
irəli sürmüş gənclər ekspert tərəfindən seçilmiş və layihənin növbəti
mərhələsində təşkil olunacaq sərgidə nümayiş olunacaqdır.

Комментариев нет:
Отправить комментарий