Hammızın içində,ortaya çıxmaq üçün uyğun şəraiti gözləyən gizlənmiş möcüzələr vardır” Çarlz Digens
понедельник, 30 января 2017 г.
Sumqayıt “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi uğurla başa çatmışdır.
28 yanvar 2017-ci il tarixində Sumqayıt şəhərində
“Park Restoran”-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə
“Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “USTA” gənclərin peşə
bacarıqlarının artırılması layihəsi çərçivəsində “Dəbli biznes” mövzusunda növbəti
təlim keçirilmişdir.
Gənc
modelyer Aytən Xəlilzadə tərəfindən aparılan təlimdə müasir moda aləminin
düşüncə tərzi, rəngarəngliyi və motivləri, yaşam tərzi və iqtisadi vəziyyəti
haqıında müzakirələr aparılmış, təlim interaktiv şəraitdə davam etdirilmişdir.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim
olunmuşdur.
Üç ay müddətində davam
etdirilən layihə çərçivəsində “Jurnalistika”, “Fotoqraf”, “Video operator”,
“Sosial mühəndislik”, “XXI əsrin peşələri”, “İT mühəndislik” və “Dəbli Biznes”
mövzularında ümumilikdə yeddi müxtəlif təlimlər həyata keçirilmişdir.
Layihənin əsas məqsədi
ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatın ödənilməsində texniki -
peşə təhsili müəssisələrinin fəaliyyətini bu vəzifələrin icrasına yönəltmək,
peşə təhsilini müasir tələblər baxımından təkmilləşdirmək, müxtəlif sahələr üçün
yüksək ixtisaslı kadrlar hazırlamaq, peşə təhsilinin ictimaiyyət arasında
məlumatlanıdrmaq, bu istiqamətdə gənclərin bilik və bacarıqlarının artırılması
olmuşdur.
Təlimlərdə müxtəlif
sahələri təmsil edən 210 nəfər gənc
iştirak etmişdir.8
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий