Bakı şəhəri üzrə “Təlim keçmiş müəllimlər və inzibati-idarəetmə həyətinin İKT-nin tədrisdə tətbiqini dəstəkləmək məqsədi ilə mentorluq xidmətinin təşkili” layihəsi çərçivəsində mentorluq fəaliyyəti göstərmək istəyən müəllim və məktəb rəhbərlərinin nəzərinə:
Elan
“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Bakı şəhəri üzrə seçilmiş məktəblərdə müxtəlif təlimlərdən keçmiş müəllimlər və inzibati-idarəetmə həyəti üzvlərinə İKT-nin təhsilə tətbiqi və peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mentorluq xidmətləri göstəriləcək.
Xidmətin məqsədi:
Pedaqoji heyətin peşəkarlığının inkişafına və təkmilləşdirilməsinə dəstək göstərəcək mentorlar:
· təhsil müəssisələrindəki və məktəblərdəki real vəziyyəti qiymətləndirmək;
· mentorluq dəstəyi göstəriləcək müəllimləri və inzibati heyəti müəyyən etmək;
· pedaqoji heyətin peşəkarlığının inkişafına və təkmilləşdirilməsinə dəstək göstərmək istiqamətində məqsədləri müəyyən etmək;
· əyani və distant dəstək göstərməklə pedaqoji heyətin təkmilləşmə prosesini təşkil və müşahidə etmək;
· mentorluq dəstəyi göstəriləcək hər bir müəllim və inzibati heyət üzvü üçün fərdi inkişaf planı tərtib etmək;
· pedaqoji heyətin fəaliyyətinin təkmilləşmə prosesini təhlil etmək;
· pedaqoji heyətin fəaliyyətinin təkmilləşmə prosesini qiymətləndirmək kimi fəaliyyətləri həyata keçirəcəklər.
Bu məqsədlə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən ümumi təhsil məktəblərində müxtəlif təlimlərdən keçmiş müəllimlər və inzibati-idarəetmə həyəti üzvlərinə həm pedaqoji, həm də tədris prosesində təhsil texnologiyalarının tətbiqi üzrə dəstək göstərə biləcək peşəkar mentorlar hazırlanır. Mentorların seçimi aşağıdakı mərhələlərlə aparılacaq:
· Elan üzrə elektron müraciət (CV);
· Namizədlərin bilik və bacarıqlarının yoxlanması:
§ İKT üzrə bilik və bacarıqlarının yoxlanması;
§ Metodika üzrə bilik və bacarıqlarının yoxlanması;
§ Sadə məntiqi biliklərinin yoxlanması;
· Müsahibə;
· Mentorluğa namizədlər üçün İKT təlimləri;
· Mentorluq bacarıqları üzrə təlim.
Namizədlər üçün tələblər:
- Pedaqoji ali təhsil
- Pedaqoji sahədə minimum 3(üç) illik iş təcrübəsi
- İKT-dən sərbəst istifadə bacarığı (MS Office paketi, Veb 2 alətləri, Promethean lövhə)
- Kurikulum tətbiqi üzrə nəzəri və praktik bacarığı
- Liderlik bacarığı
- Kommunikativ bacarıqları
- Yüksək motivasiya
- Səmərəli qərar qəbuletmə bacarığı
- Nəticəyönümlülük
- Məntiqi düşüncə bacarığı
İştirak etmək istəyənlər CV-lərini 17 avqust 2017-ci il tarixinə qədər aşağıdakı ünvana göndərməlidirlər:
“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi: hr@ite.az; office@ite.az Əlavə məlumat üçün əlaqələr:
Tel.: (+99412) 530 82 95
Mob.: (+99450) 250 14 15
Tel.: (+99412) 530 82 95
Mob.: (+99450) 250 14 15
Комментариев нет:
Отправить комментарий