6-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2017” sərgisi keçiriləcəkdir. Sərginin ilk günü Təhsil Nazirliyinin Lektoriumunda eTwinning Plus layihəsi üzrə seminar/ görüş təşkil olunacaqdır. Layihənin Aəzrbaycanda fəaliyyəti, uğurları haqqında məlumat toplamaq istəyən hər kəs görüşə qoşula bilər. Görüşün sonunda, layihəyə qoşulmaq istəyənlər yerində portaldan qeydiyyatdan keçiriləcəkdir.http://www.eduexpo.az/az-main/
Комментариев нет:
Отправить комментарий