Hammızın içində,ortaya çıxmaq üçün uyğun şəraiti gözləyən gizlənmiş möcüzələr vardır” Çarlz Digens
понедельник, 2 октября 2017 г.
Sumqayıtda “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsinə start verildi.
30 sentyabr 2017-ci il tarixidə Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş
İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi
tərəfindən “Region gənclərinin turizmin inkişafında rolunun artırılması”
layihəsinin açılış mərasimi, eyni zamanda gənclər üçün təlim keçirilmişdir. Təlimi
giriş sözü ilə açan layihənin koordinatoru Rəşad Yunusov iştirakçılara
layihənin məqsədləri - turizminin inkişaf potensialı olan şimal regionunda
gənclərin fəallığını artırmaqla bu sahəyə dəstək olmaq, turizmin inkişafına
cəlb etmək, maarifləndirmə işlərinin aparılması barədə məlumat verdi.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Seymur Aslanov
çıxış edərək son dövrlərdə turizm sahəsində aparılan məqsədyönlü işlər ölkəyə
gələn turistlərin sayının günügündən artmasına səbəb olduğunu qeyd etdi.
S.Aslanov turizmin gələcəkdə daha da inkişaf etdirilməsi məqsədi ilə gənclərin bu
sahəyə diqqətinin artırılmasının vacibliyini bildirdi.
Təlim turizm, təhsil və İKT sahəsində ekspert və
təlimçi Ramil Süleymanov tərəfindən keçirildi.
İnteraktiv keçən təlim zamanı iştirakçılara menecerlik, turizm məkanlarına sosial
şəbəkələr vasitəsi ilə həm yerli həmdə xarici turistlərin cəlb edilmə yollarının
öyrədilməsi və kiçik biznes imkanlarının yaradılmasına dair ətraflı məlumat verildi.
Təlimdə şəhərin və region üzrə gəncələr
təşkilatlarının üzvləri, fəal gənclər və kütləvi informaisya vasitələrinin
nümayəndələri iştirak etmişdir.
Layihə çərçivəsində təlimlər Xızı, Şabran, Quba və Qusar rayonlarında
təşkil olunacaqdır.
Подписаться на:
Комментарии к сообщению (Atom)

Комментариев нет:
Отправить комментарий