Təhsildə inkişaf və
innovasiyalar üzrə 1ci qrant müsabiqəsində qalib olmuş Füzuli rayon 50 saylı
tam orta məktəbdə "Uğurlu əməkdaşlığın qurulması və valideynlərin təhsil
prosesində iştirakının stimullaşdırılması" adlı layihə çərçivəsində növbəti təlim 03.12.2017-ci il tarixdə Füzuli
rayon 50 saylı tam orta məktəbdə baş tutdu. Bu layihənin həyata keçirilməsi “Demokratik
Gənclər” İctimai Birliyi əsas partnyor kimi iştirak edir. Tədbirdə bundan əlavə
7-ci sinifdə uşaqlara dərs deyən sinif müəllimləri, şagirdlər və şagirdlərin valideyinləri də iştirak
edirdi. Tədbirə mediay dəstəyi verən QHT TV-nin əməkdaşlarıda iştirak edirdilər.
Həyata keçirilən layihənin əsas məqsədi:
-
Valideyn Məktəb
assosasiyalarının geniş ictimaiyyәt
arasında tәbliğ etmәk vә yaymaq;
•
Dövlәt vә geniş ictimaiyyәt
tәrәfindәn Valideyn Məktəb assosasiyalarının
hәrәkatının inkişafı naminә
diqqәt vә dәstәyi әldә etmәk;
•
Valideyn Məktəb
assosasiyalarının hәrәkatının ölkә
әrazisindә geniş tәtbiqi vә yayılması üçün xüsusi milli siyasәtin
formalaşdırılması vә strateji inkişaf proqramının qәbul edilmәsi;
•
Gәlәcәn etaplarda Valideyn Məktəb
assosasiyalarının hәrәkatına bu vә ya
digәr layihә vә ya könüllü olaraq qoşulmaq istәyәn digәr mәktәblәrin
nümayәndәlәrinә Valideyn Məktəb assosasiyalarının yaradılması, fәaliyyәti vә onların idarә
olunması ilә bağlı dolğun mәlumat vermәsidir.
Tədbir zamanı ilk sözü Fizuli rayon 50 saylı tam orta məktəbin
direktoru və "Uğurlu əməkdaşlığın qurulması və valideynlərin təhsil
prosesində iştirakının stimullaşdırılması" adlı layihənin rəhbəri Günel
Kazımova layihə haqqında ətraflı məlumat verdi. Bu layihənin məktəb üçün necə
böyük bir uğurlu layihə olduğu haqqında ətraflı məlumat verdi. Daha sonra mövzu
haqqında davam etmək üçün söz layihənin eksperti İnnovativ İdeyyalar
İnsitutunun direktoru və Peşəkar Təlimçilər
Akademiyasının təsisçisi, İKT, Təhsil,
Karyera quruculuğu və Düzgün peşə seçimi
üzrə beynəlxalq təlimçi/ekspert Ramil Suleymanov bu günkü söbətini şagirdlər arasında əməkdaşlığın gücləndirilməsindən,
bunun ücün öncə valideynlərin bir biri ilə sıx ünsiyyətin, əlaqənin olmasının
vacibliyindən danışdı. Daha sonra valideyinlərlə ümumi söhbət oldu. Valideyinlər
öz övladların gələcək həyatlarında olan, peşə seçimində olan narahatçılıqdan məlumat
verdilər. Daha sonra onlara dünyada bu sahədə mövcud olan uğurlu məktəb təcrübələri
haqqında ətraflı məlumatlar verildi. Daha sonra dünya təhsil sitemində
uşaqların düzgün peşə istiqamətini müəyyən etmək üçün, istifadə olunan T. Eyler və Qretsova nmetodikasından istifadə
olunaraq, uşaqlar arasında peşə testi həyata keçirildi.
Test həyata keçirilərkən,
testin nə dərəcədə doğru cavab verdiyinmi və son nəticəsinin dəqiqliyi ilə
cavabların olduğu QHT TV-nin rəsmi təmsilçisi jurnalist Raminə Eyvazqızı-nın
iştirakı ilə nəticələr analiz olundu. Xüsusi
ilə bildirmək istərdim ki, bu gün icra etdiyimiz bu uğurlu layihə nəyin ki,
bizim məktəbimizin valideyin,müəllim və şagird kontingenti hətta Füzuli
rayonunun və qonşu rayon məktəblərinin də, hətta Bakı şəhər məktəblərinin də
böyük marağına səbəb olmuşdur. Bu gün həyata keçirilən bu layihə nəticəsində,məktəbimizə
dəvət olunan peşəkar mütəxəssislərin sayəsində valideyinlərin məktəbə,
uşaqlarının gələcək karyera quruculuğu istiqamətində məktəbin verəcəyi böyük
tövhəyə böyük inamları artmış və hətta onların özlərinin də dediyi kimi məktəbə
qarşı olan münasibətlərində də böyük,əsaslı,müsbət dönüş yaranmışdır. Növbəti etapda artıq məktəbdə VMA yaradılmas
prossesi həyata keçiriləcəkdir.
Bu gün biz Füzuli rayon 50 saylı məktəbin
müəllim,valideyin və şagiird heyəti adından bu gözəl layihəni Təhsilimizin gələcəyi
olan bu şagirdlərimiz üçün yaradacağı böyük köməkliyi və faydası üçün, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Təhsil
Naziri cənab Mikayıl Cabbarova öz dərin minnətdarlığımızı bildiririk.




Комментариев нет:
Отправить комментарий