понедельник, 26 октября 2020 г.

STEAM Akademiyası yaradılır.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında innovasiyalarla bağlı əsas hədəflər öz əksini tapıb. innovativ inkişaf modelinin reallaşması üçün ölkəmizin iqtisadi siyasətində artıq bir neçə əsaslı addımlar atılmaqdadır.  

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf vəinnovasiyalar üzrə 4-cü  qrant müsabiqəsi çərçivəsində fərdi  kateqoriya üzrə qalib olmuş 25.10.2020-ci il tarixdə Gələcək Azərbaycan üçün!–STEAM passiv təhsildən Aktiv təhsilə doğru layihəsi qalibi olmuş Sumqayıt şəhər 23 saylı tam orta məktəbdin riyaziyyat müəllimi Məmmədova Samirənin rəhbərlik etdiyi  layihənin ilkin təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Samirə Məmmədova layihənin əsas məqsəd və vəzifələri haqqında ətraflı məlumat verdi:  

 

Layihənin əsas məqsədləri:

·       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması

·       Rəqəmsal məktəb mühitinin formalaşdırılması

·       Layihənin əsas məqsədi : şagirdlərimizin  Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat və Yaradıcılıq dünyasına ilk addımlarını əyani şəkildə,  toxunaraq  öyrənməklə almalarına və  bu yaş dövrü maraq duyğusunun təşviqi və ilkin bacarıqların ortaya çıxarılmasına yardım etmək;

·       Pedaqoji kadrların hazırlanması sisteminin təhsilin informasiyalaşdırılması konsepsiyasının nəzərə alınması ilə yenidən qurulması.

Daha sonra Layihənin təlimçisi Aygün Süleymanova çıxış edərək, layihə zamanı şagirdlərə Tikercard proqramı vasitəsi ilə onlayn təlimlərin keçirilməsi qaydaları və dəsrlərin formatı haqqında ətraflı məlumat vermiş oldu.

  Layihə çərçivəsində şagirdlərə araşdırma, elmi-tədqiqat, məlumat toplama, təqdimat hazırlama və təqdim etmə barədə təlimlər keçiriləcəkdir.  Robototexnika sahəsində isə şagirdlər proqramlaşdırma, robotların tətbiq sahəsi barədə biliklərini artırırlar.

 


Комментариев нет:

Отправить комментарий