понедельник, 1 февраля 2021 г.

STEAM layihəsi Bakı məktəblərində uğurla icra olunur.


STEM təlim texnologiyası – texniki və təbiət fənlərin tədrisində orta məktəbin ənənəvi nəzəriyyə əzbərlətmə üsullarından fərqli olaraq, “layihə əsaslı öyrətmə” vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını təhsilalanlara aşılayır. STEM  termini  Science - təbiət elmləri, Technology - texnologiya, Engineering - mühəndislik ve Mathematics - riyaziyyat sözlərinin ilk hərflərindən götürülmüşdür. Təhsildə istifadə olunan yeni  təlim texnologiyalarından  biridir. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənnlərinin tədrisinin aylıqda yox, birlikdə əlaqaləli şəkildə həyata keçrilməsi nəzərdə tutulur. Hal–hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, İngiltərə, Finlandiya, Koreya və Almaniyadır. Bu təlim texnologiyasının əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqları”nı formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, müxtəlif layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi  təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər.

Müsahibimiz Bakı şəhər 32 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Mustafazadə Natəvan Oruc qızıdır. 

Natəvan müəllimə bildiyim qədər dərs deiyiniz şagirdlərnizlə bərabər Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsi üzrə qalib olmuş, "Təhsildə Yeni inqilab-ROBOTİS STEM LV 2 Robotexnika avadanlığı olə tədris prossesinin qurulması" layihəsində iştirak etmisiniz. Bu layihə haqqında Sizin fikirlərinizi bilmək istərdim.

əhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində yer almış STEAM layihəsini Nizami rayonu Məzahir Rüstəmov adına 32 N-li tam orta məktəbin 3-cü və 4-cü sinif şagirdlərinə hazırda layihə rəhbəri Ramin Süleymanov tədris edir.İlk vaxtlarda şagirdlər sanki bir qaranlıq meşədə idilər.Günü-gündən işıq yolu taparaq ,bu sirli aləmin bir hissəsini öyrənmiş oldular.Layihənin məqsədi təbii ki,istedadlı şagirdlərin aşkar olunmasıdır.Deyərdim ki,şagirdlərimdə İKT bacarıqlarının təkmilləşdirilməsinə dair fəaliyyətlər işləyərək robototeknikanın ümumilikdə çox sevmiş oldular.Təlim müddəti yaradıcı işləri ilə məni və layihə rəhbərini təəccübləndirdilər.Şagirdlərimin bu qədər irəli getməkləri məhz Ramin müəllimin sayəsində əldə olundu.Hər bir şagirdə fərdi yanaşmağı və onlara stimul verməyi,psixoloji dəstəyi vasitəsi ilə yeni fəaliyyətlər yaratmış oldular.Məhz bunun üçün də Ramin müəllimə dərin minnətdarlığımı bildirirəm.

Natəvan xanım bu layihə Sizə nə verdi? Bu təlimin iştirakçısı olduğum üçün özümü çox şanslı hesab edirəm. Çünki təlim müddəti ərzində bir çox yeni metodologiyalarla tanış oldum, microbit, Tinkercad istiqamətində, 3D printerlərin iş prinsipləri haqqında ətraflı məlumat və biliklər əldə etdim, layihələr üzərində işləməyi öyrəndim. Eyni zamanda bu təlimdə  ən son texnologiyalarla tanış olmaq imkanı qazandıq.

 Hazırladı: Demokratik Gənclər İB-nin KİV-lə iş üzrə mütəxəssisi

Ayla Eyvazova 


Комментариев нет:

Отправить комментарий