воскресенье, 22 октября 2023 г.

Şəkidə Olimpiada Mərkəzi yaradılır

 Hər il Elm və Təhsil Nazirliyi Təhsildə və İnkişaf və İnnovasiyalar üzrə 

Qrant müsabiqəsi keçirir. 2023/2024 dərs ilini əhatə edən VII qrant müsabiqənin  qalibi olmuş "İstedadların Hazırlığı Laboratoriyası Mərkəzi " layihəsinin açılışı olmuşdur. Açılış 23. 09. 2023-cü il saat  10.00- da baş tutmuşdur. Açılış tədbiri Şəki şəhər 14 nömrəli tam orta məktəbdə keçirilib. Açılışda Şəki rayonunun tam orta məktəbinin  riyaziyyat və qeyri- ixtisas müəllimləri  işturak edib.

 Layihənin məqsədi Şəki rayonunun tam orta məktəblərinin 5- 6 sinif şagirdlərində riyazi - məntiqdən bilik və bacarıqların aşılanması , məntiqi zəkanın dərinləşdirilməsidir. Layihənin əvvəllində 5-6 - cı siniflərdə dərs deyən müəllimlərin 20 saatlıq təlimlərə cəlb olunması , paralel olaraq hər müəllimin öz şagirdlərində riyazi məntiqin dərinləşməsi və onların məntiqi yarış və olimpiadalara cəlb olunmasıdır.

 Məlumat üçün əlavə edim ki, "İstedadların Hazırlığı Laboratoriyası Mərkəzi " layihəsinin rəhbəri Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Süleymanova Ümmü müəllimdir. Təhsilin inkişafı üçün və şagirdlərdə məntiqi riyaziyyatı aşılayan bir layihə olaraq, bu layihə çox aktualdır. Bildiyimiz kimi  orta məktəblərdə məntiq bir fənn olaraq gıdris olunmur. Necə ki, məntiq  tədrisdə yoxdur, imtahanlar və sınaqlarda vardır. Təhsildə olan bu problem Ümmü müəllimin diqqətini cəlb edib. O səbəbdən ikinci ildir ki, bu mövzuya müraciət edərək, Elm və Təhsil nazirliyinə layihə təklifi verərək qrant nüsabiqə qalibi olub. Bir sözlə "İSTEDADLARIN HAZIRLIĞI LABORATORİYASI MƏRKƏZİ " layihəsi,  "MƏNTİQ SƏFƏRBƏRLİYİ İNTELLEKTUAL MÜSABİQƏSİ " layihəsinin davamıdır. İnanırıq ki, layihə icrasında da bu müvəffəqiyyət davamlı olar.


P.S.(Ümmü müəllimə "Məntiq səfərbərliyi intellektual müsabiqəsi " layihəsini yüksək keyfiyyətlə icra etmişdir. Nəticə olaraq layihəyə cəlb olunmuş şagirdlərin məntiqi yarışlarda, " Kenqiru "və " Lütfüzadə " , respublika olimpiadalarında yüksək bal toplamalarıdır.  Bu layihədən çox razı qalan valideynlər Elm və Təhsil Nazirliyinə təşəkkür məktubu göndərmişdir.

Süleymanova Ümmü müəllimə layihənin icrasında müvəffəqiyyət arzu edirik!)

Комментариев нет:

Отправить комментарий