воскресенье, 19 ноября 2023 г.

“Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi” layihəsi


Qeyd edim ki,“STEAM Azerbaijan” layihəsi 2019-2020-ci tədris ilindən start götürüb. STEAM dərslərini tədris edən müəllimlər peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak edərək STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları, micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və sair bu kimi istiqamətlərdə praktik biliklər almışlar. Azərbaycan Respublikası Təhsil Nazir­liyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, son 3 tədris ilindən “STEAM Azerbaijan” layihəsi sürətini və coğrafiyasını artıraraq bu gün ölkənin 300-dən çox məktəbində 100 mindən çox şagirdi əhatə edir. Ölkə üzrə 11 bölgədə STEAM mərkəzləri yaradılıb və digər ikisi də fəaliyyətə başlayacaq…Qeyd edək ki, STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı üçün ixtisaslaşmış kadrlar tələb olunur. Bunun üçün də müəllimlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq təlimlər keçirilir. Bu günədək 400-ə yaxın müəllim belə təlimlərdə iştirak edib. əhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin ""Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi* layihəsi çərçivəsində layihə üzrə seçilmiş şagirdlərlə yaradıcı bir dərs prosesi baş tutdu. Təlim.zamanı Beynəlxalq dərəcəli təlimçi Ramil Süleymanov şagirdlərə Elektrik mühəndisliyi, Ağıllı Ev konsepsiyasinın fəlsəfəsi haqqında ətraflı məlumat verdi. Təlimin maraqlı bir incəliyi, şagirdlərə yeni yanaşmalar və Ağıllı Ev konsepsiyasının Xəzər rayon evlərində pilot layihə kimi həyata keçirilməsinə nail olmağa şagirdlərin hazırlanmasıdır. Təlimçinin çıxışı şagirdlər üçün olduqca maraqlı bir motivə yaratmış oldu.


Təsadüfi deyil ki, bir çox STEM yönümlü tədris müəssisələrinin şüarı belə olur: “Duyaraq, Görərək, Toxunaraq, Öyrənək”. Bu 4 mərhələ uşaq təfəkkürünün mükəmməl inkişafına zəmin yaradır. Həyata keçirdiyimiz Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi layihəsi şagirdlərdə xüsusi bacarıqların formalaşmasına yardım edəcəkdir.

Qeyd edək ki, Baki şəhər 216 nömrəli tam orta məktəbi üzrə qrant qazanmış layihənin rəhbəri, məktəbin direktoru Rəhimova Səidədir. Bu layihə üzrə əsas hədəf Xəzər rayon 216 nömrəli tam orta məktəbdə STEAM fəlsəfəsi əsasında yeni bir tədris sisteminin qurulmasıdır.

Комментариев нет:

Отправить комментарий