понедельник, 5 февраля 2024 г.

Zəkalar liseyində İngilis dərsləri müasir metodla tədris edilir


 Ümummilli lider Heydər Əliyev dilimizi yüksək qiymətləndirərək çıxışlarında qeyd etdiyi kimi, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dahi rəhbərin fikrincə, hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adamlar adlandırırdı. Şübhəsiz, ana dili bizim varlığımızı, kimliyimizi, şəxsiyyətimizi sübut edən əsas “pasport”dur. Buna baxmayaraq, hazırda dünyaya inteqrasiya etmək, mədəniyyətlərarası əlaqələr və fərqli dünyagörüşləri tuta bilmək, üfüqü genişləndirmək üçün bir və ya bir neçə xarici dili bilmək bacarığı zamanın tələbinə uyğun prioritet məsələlərdəndir. Afinalı filosof Sokratın da məşhur aforizminə istinad etsək, neçə dil bilirsənsə, o qədər adamsan.


Zamanın nəbzini tutmaq, müasir dövrlə ayaqlaşmaq üçün ingilis dilini öyrənmək zəruri əhəmiyyət kəsb edir. Başqa dillərdə danışan insanlar arasında ortaq ünsiyyət vasitəsi kimi ilk “beynəlxalq ortaq dil” statusunu qazanıb. İngilis dili dünyanın ən çox danışılan və eyni zamanda öyrənilən dilidir. Hazırda dünya üzərində internet resurslarının və çap olunan kitabların 80% - dən çoxu ingilis dilində olduğuna görə bu dili öyrənmək zərurəti yaranır.

Əcnəbi dillərin, xüsusilə də, ingilis dilinin tədrisində bir neçə metod və üsullardan istifadə olunur

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində qalib olmuş “ Dinləyərək danışıram oxuyaraq yazıram” layihəsi uğurla davam etməkdədir.

 Layihə boyunca dərslərin keyfiyyətinin ölçülməsi və şagirdlərin hər 4 dil bacarığı üzrə inkişaf dinamikasını müəyyənləşdirmək məqsədilə keçirilmiş monitorinqlərin qiymətləndirilməsi və müzakirəsi üçün layihənin işçi qrupu və layihə rəhbəri toplantı keçirmişdir. Müzakirə zamanı dərslərə davamlı qoşulan şagirdlərin adı müəyyən olunmuş; oxu, yazı, dinləmə və danışıq dərslərinin hər birində seçilən şagirdlərin  monitorinq nəticələrinin də yüksək olduğu nəzərdən yayınmamışdır.

 #GrantsEduAz #ElmVəTəhsilNazirliyi #VIIQrant #QrantMüsabiqəsi

Комментариев нет:

Отправить комментарий