“Khan
Academy” onlayn təhsil
platforması, pedaqoqların, şagirdlərin və valideynlərin diqqətini
cəlb edərək, sinif daxilində öyrənənlərə əhəmiyyətli təsir göstərmişdir. Onun təsiri bir neçə əsas amildən qaynaqlanır: Əlçatanlıq: Khan Academy riyaziyyat fənnini, təbiət və humanitar elmləri,
test hazırlıqlarını geniş əhatə edən pulsuz
onlayn təhsil platformasıdır. Bu əlçatanlıq öyrənmə üçün maneələri aradan
qaldıraraq, coğrafi mövqeyindən və sosial-iqtisadi vəziyyətindən asılı
olmayaraq, bütün şagirdlərə yüksək keyfiyyətli beynəlxalq təhsil almaq imkanı
verir. Bu o deməkdir ki, müəllimlər sinifdə müxtəlif ehtiyaca və qabiliyyətə
malik olan şagirdləri dəstəkləmək üçün öz dərs proqramına Khan Academy resurslarını əlavə edə bilərlər. Aztəminatlı ailələrin uşaqları üçün belə bir
layihənin mövcudluğunu çox önəmlidir. Layihənin məktəbdə təqdim olunandan sonra
şagirdlər sinifdən kənar, evdə də Khan Academy Azərbaycanca platformasından
istifadə edirlər. Misal olaraq qeyd edə bilərik ki, 214 nömrəli tam orta
məktəbdə bəzi şagirdlərin əlavə müəllim yanına getməyə imkanları yoxdur
və eyni zamanda, valideynlər təhsillərini yarımçıq qoyduqları üçün öz
övladlarına köməklik göstərə
bilmirlər, belə olduğu
halda Khan Academy
Azərbaycanca platformasında yerləşdirilən resurslar şagird və hətta
valideynlər üçün öyrənmək imkanları yaradır. Platforma şagirdlərə riyazi
problemlərin həlli üçün fərqli yolların mövcudluğunu göstərir. Layihə zamanı
bəzi siniflərdə uşaqların riyazi biliklərinin çox aşağı olduğunun şahidi olduq.
Onların hətta iyirmiyə qədər toplama və çıxmada problemləri var idi. Khan
Academy platforması mövcud problemin həlli üçün bir vasitədir, çünki platforma
sıfırdan öyrənməni təşviq edir. Layihə icra olunduğu zaman Khan Academy
dərslərinə uşaqlar böyük maraq göstərirdi. Onlar həm öyrənir, həm də
əylənirdilər. Platformada bal sisteminin mövcudluğu şagirdlərin öyrənməyə qarşı
marağını daha da artırır. Layihədə iştirak edən hər bir şagird yüksək bal
toplamaq üçün verilən video və tapşırıqları dəqiqliyi ilə icra etməyə
çalışırlar.
Комментариев нет:
Отправить комментарий