ABŞ-da iş axtaran gənc bir
oğlan avtomobil sənayesinin maqnatı, məşhur sahibkar Henri Fordun qəbuluna düşmək
istəyir. Fordun katibəsi oğlana müdirinin onunla yalnız 8 ay sonra görüşə biləcəyini
deyir. Razılaşdıqları vaxtda görüşmək üçün gənc səkkiz ay sonra yenidən şirkətə
yollanır. Katibə Fordun bir görüşü olduğunu, amma gəncin onunla birlikdə gedə
biləcəyinı söyləyir. O, dünyanın ən məşhur sahibkarlarından biri ilə maşına əyləşir.
Yolda heç biri ağzını açıb danışmır. Bir
qədər sonra ikisi birlikdə bir mağazaya girirlər. Mağaza sahibi onları
ehtiramla qarşılayır. Gənc oğlan Fordun yanında daha 5 marketə baş çəksə də,
ikisinin arasında heç bir söhbət olmur. Nəhayət, geriyə qayıtmaq üçün maşına əyləşəndə
gənc dayana bilmir və Forda: “Bağışlayın, niyə mənimlə danışmırsınız? Axı biz
sizinlə mənim işə götürülməyim barədə söhbət etməliyik. Mən 8 aydır ki, bu anı
gözləyirəm”, – deyir. “Deməli, səninlə söhbət etməliydik hə?! Çox yaxşı...” –
deyən Ford gəncdən maşından düşməsini xahiş edir və özü də oradan uzaqlaşır.
Cibində bir qəpiyi belə olmayan və şəhərin kənar bir məhəlləsində qalan gənc əsəbindən
nə edəcəyini bilmir və piyada evinə yollanır. Amma bütün gün boyu fikirləşirdi
ki, məşhur sahibkar ona bu hərəkətlərlə nəsə çatdırmaq istəyirdi. Bu hadisədən
necə dərs çıxarılmalı idi? Bir neçə gün fikirləşdikdən sonra öz-ozlüyündə müəyyən
qərara gələn oğlan Fordla birgə getdikləri ilk mağazaya baş çəkir. Oranın
sahibi oğlanı böyük ehtiramla qarşılayır və sanki Fordla söhbət edirmiş kimi, gəncə
iltifat göstərir. Digər mağazalarda da eyni münasibəti görən oğlan market
müdirlərinə işgüzar təklif verərək, onların məhsullarını pərakəndə məntəqələrə
yaymaq istədiyini bildirir. Hər birindən müsbət cavab alır və əlində bir qəpiyi
belə olmadan işə başlayır. Beş il sonra həmin gənc Amerikanın ən varlı
sahibkarlarından biri olur. Və qərara gəlir ki, Henri Fordu ziyarət edib ona öz
təşəkkürünü bildirsin. Katibədən görüş üçün vaxt istədikdə aldığı cavabdan heyrətə
düşür: “Buyurun, cənab Ford elə sizi gözləyirdi”. Görüş zamanı Ford ona bunları
deyir: “Həmin yerdə maşından düşürtdüyüm nə birinci, nə də axırıncı adamsınız.
Amma onların arasında yalnız siz mənim nə demək istədiyimi başa düşdünüz. Və elə
o gündən bəri mən sizin fəaliyyətinizi yaxından izləyirəm”.
Gündəlik həyatda vəziyyətimizi
yaxşılaşdırmaq üçün bir çox fürsətlərlə qarşılaşırıq. Amma bu fürsətlər “iş
donu” geyindiklərindən onları düzgün dəyərləndirmək əlavə məharət tələb edir.
Fürsətdən istifadə etmək yalnız qazanc gətirir: ya uğur, ya da ondan daha vacib
olan uğursuzluq təcrübəsi qazanırsınız.
Bəzliəri “Sonsuz
güc” adlı seminar və konfranslarda müəyyən psixoloji təsir altında insanları şüşə
qırıntıları, köz və ya mismarların üzərində gəzdirərək onlara potensial güclərinin
çox yüksək olduğunu təlqin edirlər. “Sehrbazlar” bunu “sonsuz güc”
adlandırsalar da, məsələnin kökü sonlu, məhdud gücümüzün böyük potensiala malik
olduğunu qəbul etməyimizdə və güc həddimizi bilərək yaşamağımızdadır. Fikirlərimiz
məhdud olduğuna görə potensialımızın çox cüzi bir hissəsindən istifadə edə
bilirik. Var gücümüzdən, yəni potensialımızdan istifadə etməyə başladıqda gizli
bacarıq və qabiliyyətlərimiz ortaya çıxacaq, işlərimizi daha uğurla yerinə
yetirəcəyik. “Nəzər
nöqtəmiz dəyişdikdə, həqiqətlər də dəyişəcək” fikri daxili inamımızın əsasını təşkil
etməlidir.
Balacalıqda qoyunlar arasına düşmüş şir balasına günlərin
birində bir qoyun deyir ki: “Sən qoyun deyilsən, heyvanların şahı şirsən”. Şir
balası bu sözlərə inanmır və deyir: “Elə şey ola bilməz, görmürsən,
əməlli-başlı qoyunam?!” Onun şir olduğunu başa salmağa çalışan qoyun isə: “Buna
inanmaq istəyirsənsə, bizim kimi yox, daxildən gəldiyi kimi səs çıxartmağa çalış”,
– deyir. Bala şir naəlac qalaraq, ürəksiz bir nərə çəkir. Elə o dəqiqə
ətrafdakı bütün heyvanlar “yaşasın kral” deyib özünü “tapmış” şiri
alqışlayırlar.
Комментариев нет:
Отправить комментарий