Özünü
tanımayan insanlar öz
həbsxanalarını inşa edən məhkumlar kimidir.
Con U.Qardner
həbsxanalarını inşa edən məhkumlar kimidir.
Con U.Qardner
Sirakuza
kralı Giyeron onun üçün qızıl tac düzəldən zərgərin taca gümüş qatması
mövzusunda şübhəyə düşür və məsələni aydınlaşdırmağı o dövrün ən məşhur alimlərindən
biri olan Arximedə tapşırır. Arximed gecəsini gündüzünə qatır və hər an bu məsələni
düşünür. Taca zərər vermədən ona gümüş qatılıb-qatılmamasını öyrənmək istəyi
artıq Arximed üçün vazkeçilməz duyğu halına gəlir.Bir gün çimərkən Arximedin
ağlına bir fikir gəlir. Suyun qaldırma qüvvəti sayəsində taca gümüş
qatılıb-qatılmamasını öyrənmə fikri. Kəşfinin həyacanıyla çıl-çılpaq küçəyə
çıxaraq qışqırmağa başlayır: “Evrika, Evrika! Tapdım! Kəşf etdim! Ya sizin bir
kəşfiniz yoxdurmu? Hər il minlərlə kəşf olunarkən siz sadəcə tamaşaçımı
qalacaqsınız? Bəlkə kəşf etməyi düşünməmisiniz? Ola bilsin, bu mövzuda heç də
fikirləşməmisiniz? Bəlkə nəyi fikirləşəcəyiniz sizə məlum deyil? Ya edə biləcəyiniz
ən böyük kəşfdən xəbəriniz varmı? Bir az sonra oxuyacağınız sətirlər sizi ən
böyük kəşfinizlə tanışlığa çıxaracaq. Amma əvvəlcə ABŞ Templ Universitetinin
qurucusu Dr. Russel H. Convelin qələmə aldığı "Almaz hekayəsi.
Almaz
Ərzazisi
Qədim
dövrlər. Hind çayı sahilləri. Almaz yatağı taparaq var-dövlət sahibi olan insanların
sayı günü-gündən artmaqdadır. Bütün ərazi bu xəbərlə çalxalanır. Hər kəs almaz
axtarışı və xülyasındadır. Böyük əraziyə, bağa-bağçaya sahib Əli Hafəd adlı bir
nəfər bu xəbərlərdən elə mütəəssir olur ki, nəhayətdə bütün mal-mülkünü satıb zənginlik
xəyalları ilə yola düşməyə qərar verir. Lakin illər sürən arayış, çəkilən zəhmət
nəticəsiz qalır və o, yaşadığı hadisələrin təsirindən elə hala gəlir ki, özünü
çaya ataraq intihar edir. Digər tərəfdən mal-mülkün yeni sahibi həyəti dolaşarkən
parlaq cisimlərlə qarşılaşır. Daşların gözəlliyinə heyran qalaraq onların bir
neçəsini evinin ən görkəmli yerinə qoyur. Yeni sahibkarın evinə bir gün
yaşadığı yerin ən müdrik adamı qonaq gəlir. Evin görkəmli yerindəki daşlar
qocanın diqqətini çəkir və yeni sahibkar ondan daşların almaz olduğunu öyrənir.
Sən demə, ərazi almazlarla doludur. Özünü çaya ataraq canına qəsd edən adam zənginliyi
öz bağçasında axtarmaq yerinə ətrafda axtarmışdır. Halbuki, bütün zənginlik öz
bağçasındadır.İnsanların çoxunun sahib olduğu tipik hal. Başqalarının nailiyyətlərini
alqışlayıb qibtə ilə baxarkən, özünün sahib olduğu böyük potensialdan bixəbər
olma. Zənginlik daxildə gizli ikən, özünü heçliyin dəryasında boğma. Əslində
Yaradıcı insanların hər birinə müvəffəqiyyət gətirəcək qabiliyyətlər və
xüsusiyyətlər vermişdir. Lakin bu məqsədin meyvəsilə bəhrələnənlər verilmiş nemətləri
pas tutmağa məhkum etməyənlərdir. Ən böyük kəşfinizə biganə qalmayın! Özünüzü kəşf
edin! Bəzən bir sual gəlir ağla. Nə səbəbə özümüzü kəşf və idrak etməliyik?
Cavab bəsitdir. Bir az düşünün. Sahib olduqlarınız və xəyal etdikləriniz
arasındakı fərqi nəzərdən keçirin. Böyük uçurumla qarşılaşacaqsınız. Bu özünüzü
kəşfiniz üçün yetərli əsas deyilmi? H.T.Bokl "Kim ki, qaranlığı hiss
etmir, o işığa müraciət edə bilməz", - deyir. Yaşadığınız qaranlıqlan
özünükəşf fənəri ilə aydınladın!
Dəyişməyə
qərar verin.
Uestminister
monastırının zirzəmisində dəfn edilən Anqlikan keşişinin məzarı üstündə bu ifadələr
yazılıdır: "Gənc və xəyallarım sonsuz olduğu dövrdə dünyanı dəyişdirmək
istəyirdim. Yaşlanıb dünya görüşüm artıqda dünyanın dəyişməyəcəyini anladım. Mən
də istəklərimi bir az da azaldaraq məmləkətimi dəyişdirməyə qərar verdim.
Halbuki, o da məndə dəyişilməyəcəyi təəssüratını buraxdı. Daha da yaşlanarkən
son bir cəhdlə ailəmi və ən yaxınlarımı dəyişdirməyə qərara aldım. Amma, çox təəssüf,
onları da qəbul etdirə bilmədim. Və indi ölüm döşəyində yatarkən fərqinə vardım
ki, əvvəlcə yalnız özümü dəyişdirsəydim, nümunə olaraq ailəmi dəyişdirə bilərdim.
Onlardan alacağım cəsarət və ilhamla məmləkətimi daha da inkişaf etdirərdim.
Kim nə deyə bilər, bəlkə dünyanı da dəyişdirə bilərdim. Ətrafınızdakıları dəyişdirməklə
işə başlamayın. Çünki indilik dəyişməsi lazım olan sizsiniz. Dəyişməyə qərar
verin.
Həyata
fərqli prizmadan yanaşın.
Müvəffəqiyyətə gedən yolda əməl etməyiniz vacib olan prinsiplərdən biri həyata yanaşmanızı dəyişdirmənizdir. Con Kolenso "Həyata küsən insan həyatdan dərs ala bilməz", - deyir. Həyata və gələcəyə daha inamla baxmalı, gözəl işlər görmə məqsədilə çalışmalısınız. Baxışınızla müvəffəqiyyət portretinizi çəkəcək, gələcək həyatınızı şəkilləndirəcəksiniz. Əşya və hadisələrin gözəl tərəflərini görmək zirvələrə yüksəlişə, bədbinlik isə heçliyə yelkən açmanıza zəmin yaradacaq. Unutmayın, həyatınız ona baxışınız və müvafiq davranışınızın yansımasıdır.
Bir
gün ata və oğul meşədə gəzirlər. Necə olursa, oğul yıxılır və "Ah"
deyib qışqırır. Elə həmin an qarşıdakı dağdan "Ah" deyə bir səs gəlir.
Oğul səsin sahibin araşdırmaq üçün "Sən kimsən?", - deyə səslənməyə
başlayır. Aldığı cavab sualının eynisi olur - "Sən kimsən?". Oğul bu
dəfə qəzəbindən "Sən qorxağın birisən", - deyə səslənir. Dağdan gələn
səs də onu qorxaqlıqla tənbeh edir. Oğul atasına müraciət edərək məlumat almaq
istəyir. Ata Oğlum, dinlə və öyrən", - deyib dağa səslənir: "Sənə
heyranam!", - deyir. Gələn cavab "Sənə heyranam!", - şəklində
olur. Ata yenidən səslənib, "Sən möhtəşəmsən!", - deyir. Dağdan cavab
gəlir: "Sən möhtəşəmsən!". Sonra hələ də bir şey anlamayıb onu təəccüblü
baxışlarla seyr edən oğluna dönərək sözünə davam edir: - Oğul, insanlar buna əks-səda
deyirlər, amma əslində bu həyatdır. Həyat daima ona verdiklərini geri qaytarır.
Həyat davranışların güzgüsüdür. Daha çox sevgi istədiyin zaman daha çox sev.
Daha çox hörmət istəsən, daha çox hörmət et. İnsanların daha səbirli olmasını
istəyirsənsə, daha səbirli olmağı öyrən. Bu qanun həyatımızın bir parçasıdır.
Yadda saxla ki, həyatımız təsadüflərdən deyil, davranışlarımızın yansımasından
ibarətdir. Elə isə həyata yanaşmanızı dəyişin. Gözəl görüb, gözəl düşünün.
Çünki ancaq gözəl görən gözəl düşünər və gözəl düşünən həyatından ləzzət alar.
Əsla
"bit sindromuna" məruz qalmayın
Məlumunuzdur ki, öz boyundan dəfələrlə yüksəyə tullanma sahəsində rekord göstərici bitlərə aiddir. Beləki, onlar boylarından 100 dəfə çox hündürlüyə tullana bilirlər. Bir insanın eyni performansı göstərməsi 200 metr hündürlüyə tullanmağı lazım qılır. Hətta işin daha da maraqlı yönü bitlərin 78 saat dayanmadan tullanmalarına davam etmələridir. Bitlər üzərində aparılmış maraqlı bir təcrübənin nəticəsini sizlə paylaşmaq istəyirəm. Bir gün bitləri isidilmiş sacın üzərinə qoyurlar. Bu halda dayanmadan tullanmağa davam edən bitlərin tullanma hündürlükləri 60 sm təşkil edir. Sonra bitləri 30 sm hündürlükdə qaba qoyur və qapağını örtərək isidirlər. Tullandıqca başı qapağa dəyən bitlər beləliklə 29 sm hündürlüyə tullanmağa başlayırlar. Bir müddət belə saxladıqdan sonra qabı qapağı açıq şəkildə isitməyə davam edirlər. Lakin bitlər tullandıqları halda heç cür qabdan çıxa bilmirlər. Çünki artıq ən çox 29 sm hündürlüyə tullana biləcəklərinə qəbullanırlar. Günlük həyatda sözü gedən hadisənin bənzəri insanlarda da müşahidə olunur. Qarşılaşılmış əngəllər bir müddət sonra insanları ümidsizliyə sövq edir və müvəffəq olmayacaqlarına inandırır. Özqəbullanmalar qabiliyyətləri korladır, xəyali baryerlər idealları puç edir. Müvəffəq olmaq istəyirsinizsə, əsassız qəbullanmalarınızın məhsulu xəyali baryerləri yıxın. İmkanlarınız haqqında böyük düşünün və siz siz olun, əsla bit sindromuna məruz qalmayın. Çünki qazanmağa namizəd birinin itirilmiş bir məsələyə bağlanmağı qədər acınacaqlı durum ola bilməz.
İçinizdəki
makiyajı silin.
Nədənsə
çox vaxt "maska taxırmış" kimi hərəkət edirsiniz. Sevincli imiş kimi,
zəngin imiş kimi, güclü imiş kimi, sakit imiş kimi olmadığınız birini
canlandırırsınız. Özünüzümü aldadırsınız, yoxsa başqalarınımı? Ən təbii
halınızla özümüz olmağa çalışmalıyıq. Ancaq özünü sevməyən, güvənməyən insan ətrafına
hasar çəkər gizlənmək üçün. Yox, əgər özünüzü həqiqətən sevirsinizsə, başqaları
haqqınızda nə düşünürsə, düşünsün, siz düşüncələrinizi reallaşdırın. Heç bir
makiyaja ehtiyac olmadan içinizdəki divi oyandırın.
Qəbullanmalara
ram olmayın.
Qabilyyətlərinizi
kəşf edib, imkanlarınız haqqında böyük düşünməyə başladınızmı, ətraf mühitin qəbullanmaları
ilə qarşılaşacaqsınız. Hətta ən yaxınlarınız belə "Bu iş belə gəlib, belə
gedər", "Köhnə kəndə təzə qayda gətirməyə ehtiyac yoxdur" kimi
sözlərlə həyata keçirməyi planladığınız layihələri mənasız sayacaq, yaşanılmış
bənzəri nümunələri əsas gətirərək sizi vaz keçirmək istəyəcəklər. Ortada illərdir
dəyişilməyəcəyinə inanılan qəbullanmalar var. Qəbullanmalara ram olmayın. Məsələn,
70 il əvvəl kinosevərlərin Tarzan olaraq tanıdığı Conni Veysmuller dünyaya gəlmiş-getmiş
ən böyük üzgüçü hesab olunurdu. 1924-cü il Paris Olimpiada oyunlarının əfsanəvi
iştirakçısı sayılan Veysmuller 100 və 400 m sərbəst üzgüçülük üzrə qızıl medal
almaqla yanaşı, 4x200 m üzrə yarışlarda da birincilik əldə edən komandada
iştirak etmiş və üç birincilik qazanmışdı. 1928-ci il Amsterdam Olimpiadasında
nailiyyətlərinə 2 qızıl da əlavə etmişdi. Əllidən çox rekord, məhz onun adını
daşıyırdı. Beləcə, dünyadakı bütün məşqçilər və mütəxəssislər "Kimsə Conni
Veysmullerin rekordunu qıra bilməz", - deyirdi.
Bilirsinizmi
Tarzanın rekordlarını indi kimlər qırır? 13 yaşlı qızlar. 1936-cı ilin
olimpiada rekordları 1972-ci il olimpiadalarına qəbul edilmə standartı hesab
olunurdu.
Demək
ki, qırılmış rekordlar yenidən də qırıla bilər. Elə isə, içində boğulmağa üz tutduğunuz
qəbullanmalar vakuumunu qırın. Əmin olun, istəsəniz veriləcək, axtardığınız
tapılacaq və vurduğunuz qapı mütləq üzünüzə açılacaq
Cəsarətinizi
toplayın.
Tommi
məktəb dərslərini oxumaqda çətinlik çəkirdi. Davamlı sual soruşur, lakin dərs
proqramını mənimsəyə bilmirdi. Atdığı hər addım uğursuzluqla nəticələnirdi. Nəhayətdə
müəllimi onun valideyninə şikayət edib, öyrənə bilmədiyini və heç cür müvəffəq
olmayacağını söyləyir. Lakin anası Tommiyə güvənməkdədir. Dolayısıyla özü evdə
oğluna dərs verməyə başlayır. Və hər uğursuzluqla nəticələnən işdə ona cəsarət
verir. Sizcə aldığı cəsarət Tommiyə nəyi bəxş etdi? O, bir ixtiraçı oldu və o qədər
ixtiraya imza atdı ki, bu səbəblə ona Menlo parkının sehrbazı dedilər. Minə
yaxın patentin sahibi halına gəldi. Bu şəxs ixtirası ilə dünyamızı aydınlığa
boğan Tomas Alva Edisondur. Cəsarəti sayəsində milyonların tanıdığı insan
olmuşdu. Məhz, bu səbəbdən Neyrolinqvsitik Proqramlaşdırma mövzusunda verdiyi
seminarlar və qələmə aldığı yazılar ilə tanınan Məhəmməd Bozdağ cəsarət
haqqında "Varlığınız cəsarətinizə bağlıdır"-deyir. "Cəsarətiniz
varsa, hər kəs sizin varlığınızı hiss edər. Sizi insanların dünyasına sadəcə cəsarətiniz
daşıyar. Cəsarətiniz yoxdursa, iç dünyanıza məhkum olarsınız". Demək ki, zəfərin
ilk şərti cəsarətdir və ən pis halda qələbəyə bərabər məğlubiyyətdir, çünki cəhdiniz
fiasko ilə nəticələnsə də, öz inam və güvəniniz ölməz. Cəsur davranmağa
ehtiyacınız var. Bilirsiniz, tısbağaları sadəcə başlarından vurub öldürmək
olur. Lakin onlar irəliləmək üçün başlarını önə çıxarıb, həyatlarını risk
altına alırlar. Qazanmaq üçün itirməyi, gəzmək üçün yıxılmağı göz önünə
almalısınız. Əslində, o qədər də itirəcək deyilsiniz. Yoxsa, Yaradıcının nemətləri
başımızdan yağmur kimi yağdırdığının fərqində deyilsinizmi?
Var
gücünüzlə çalışın.
Tomas
Edison "Yetmiş yaşına gəlmiş insan bir iş görmədiyi gün ölümə məhkumdur",
- deyir. Cəsarətinizlə təkan verdiyiniz qabiliyyət lokomotivinizi
çalışmalarınızla hərəkətə gətirin. Var gücünüzlə çalışın Axıcılığını itirən
suların qoxmağa üz tutması kimi tənbəl insanların da həyatlarının puç olması
mütləqdir. Çünki insanda rahat etmə arzusu ilk ölüm xəbərdarlığı və işarəsidir.
Özünü tamamən rahatlığın qucağına atan, tənbəlliyin pəncəsinə tərk edən
insanlar üçün isə bu hal gələcək məhrumiyyətlərin xəbərdarlıq dəvətnaməsidir.
Комментариев нет:
Отправить комментарий