среда, 30 июля 2014 г.

Siyəzən gəncləri üçün Liderlik məktəbi

26.07.2014-cü il tarixdə “Demokratik Gənclər” İctimai birliyi Azərbaycan Respubliaksı Gənlər Fondunun maliyyə dəstəyi ilə həyata keçirəcəyi “Siyəzən gəncləri üçün liderlik məktəbi” layihəsinin ilk təlimini keçirib.Tədbirdə Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəisi, rayon fəalları iştirak edirdi. Təlimdə 35 nəfər müxtəlif Dövlət Qrumlarında, QHT-lərdə çalışan və müxtəlif təhsil ocaqlarında təhsil alan tələbələr iştirak edirdi. Təqdimat zamanı layihənin rəhbəri Raml Süleymanov layihənin məqsədləri, gedişatı, töhvələri barədə təqdimat iştirakçılarına məlumat verib.
Təlimləri zamanı Azərbaycanda Liderlik,idarəetmə sahəsində  peşəkar təlimçi olan Ramil Süleymanov tərəfindən aparılmışdır. Təlim zamanı gənclərə liderlik nədir? Lider olmagın əsas 8 xüsusiyyəti, liderliyin formaları və sairə mövzularda interaktiv formada maraqlı məlumatlar verilmişdir.

  

Комментариев нет:

Отправить комментарий