понедельник, 15 сентября 2014 г.

Siyəzəndə Gənclər üçün Liderlik məktəbində layihələrin yazılması və idarə olunması təlimləri

13-14 sentyabr 2014-cü il tarixdə “Demokratik Gənclər” İctimai birliyi Azərbaycan Respubliaksı Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirəcəyi “Siyəzən gəncləri üçün liderlik məktəbi” layihəsinin növbəti sonuncu təlimini keçirib. Tədbirdə Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəisi, Rayon Təhsil şöbəsinin metodkabinetinin işçisi və rayon fəalları iştirak edirdi. Təlimdə müxtəlif Dövlət Qrumlarında, QHT-lərdə çalışan və müxtəlif təhsil ocaqlarında təhsil alan tələbələr iştirak edirdi. Bu dəfə gənclərə yeni bir mövzu- Advokasi(İctimai vəkillik haqqında, PR işinin düzgün qurulması)  haqqında ətraflı məlumatlar verildi. Azərbaycanda liderlik,idarəetmə və biznes planın yazılması sahəsində  peşəkar təlimçi olan Ramil Süleymanov iştirakçılara Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsi üçün layihə yazmaq, layihənin büdcəsinin,fəaliyyət planının tutulması haqqında ətraflı məlumatlar da verdi. Daha sonra iştirakçılarnan interaktiv şəkildə dialoq quruldu.  Təlimdən sonra iştirakçılara Ugur Diplomları təqdim olundu. Bu təlimə göstərdiyi xüsusi dəstəyə görə Ramil Süleymanov Siyəzən RİH və Gənclər İdman İdarəsinin rəisi Nadir Məmmədova öz təşəkkürünü bildirdi. Nadir müəllimə daim dəstəyinə görə Ramil Süleymanov tərəfindən Fəxri Fərman təqdim olundu. Sonda iştirakçılar çıxış edərək, bu təlimin onların həyatında qoyduqaları müsbət dərin iz barəsində məlumat verdilər.


  

Комментариев нет:

Отправить комментарий