Sentyabrın 19-da Bakı
şəhər 23 nömrəli tam orta məktəbdə “Ağıllı tədris otağı” layihəsi çərçivəsində
İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan
Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreyanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in və Koreya Respublikasının “SK
Telekom” şirkətinin nümayəndələri iştirak edib.
Bakı şəhər 23 nömrəli
tam orta məktəbdə yaradılmış tədris otağı 30 planşet, 1 proyektor, 1 desktop
server və 1 noutbukla təchiz olunub. “Ağıllı tədris otağı”nda dərs deyən
müəllimlər “Microsoft Azərbaycan” şirkəti tərəfindən “1 şagird : 1 komputer”
modeli üzrə təlimdən keçib. “Microsoft Azərbaycan” şirkəti layihə
çərçivəsində təqdim olunan avadanlıqları müvafiq proqramlarla da təmin edib.
Bununla yanaşı Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş elektron
versiya əsasında 6-cı sinif şagirdləri üçün nümunə kimi ingilis dili
rəqəmsal dərsliyi və elektron məzmun hazırlanıb.
Mərasimdə məktəbin
direktoru Yuliya Kərimova qonaqları salamlayaraq yeni tədris otağının
yaradılmasının təhsil müəssisəsinin həyatında əlamətdar hadisə olduğunu deyib.
Daha sonra söz təhsil nazirinin müavini Ceyhun Bayramova verilib. Nazir müavini
mərasim iştirakçılarını salamlayaraq Təhsil Nazirliyi adından layihəni
ölkəmizdə reallaşdıran “SK Telekom” şirkətinə və Sunqşin Universitetinə
təşəkkürünü bildirib. Ceyhun Bayramov qeyd edib ki, təhsilin
keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir texnologiyalara əsaslanan
infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır.
Koreyanın ölkəmizdəki
səfiri Çoi Suk-in layihənin əhəmiyyətini vurğulayıb və qarşılıqlı əməkdaşlığa
verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə
minnətdarlığını bildirib.
Qonaqlar “Ağıllı
tədris otağı”nda məktəbin müəllimi Vəfa Zeynalovanın 6-cı sinif şagirdlərinə
keçdiyi dərsi izləyiblər.
.gif)
Комментариев нет:
Отправить комментарий