ELAN
UNICEF və Xəzər Universiteti Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə islahatını dəstəkləmək məqsədi
ilə “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim” üçün namizədlərin seçilməsinə dair müsabiqə
elan edir.Təlim kursu haqqında məlumat: Təlimlər 7 modul və cəmi 138 saat olmaqla, 3 ay davam edəcəkdir.
Hər modulüzrə mütəmadi tədqiqat mövzuları verilləcək, qiymətləndirmələr aparılacaq, təlim sonunda Xəzər Universitəsi
tərəfindən uğur qazanan iştirakçılara sertifikat təqdim olunacaq və gələcəkdə bu sahə üzrə magistr təhsilini
Xəzər Universitetində davam etdirmək istəyənlər üçün 5 (ECTS) kredit veriləcəkdir.
Sertifikat alan şəxslər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin direktorları vəzifəsinə gələcəkdə
yaranan vakansiyalar üzrə keçiriləcək müsabiqədə iştirak edə bilərlər.
ƏN UĞURLU 60 NAMİZƏD ÜÇÜN MALIYYƏ DƏSTƏYI UNICEF TƏRƏFİNDƏN QARŞILANACAQDIR.
Namizədlər üçün minimum tələblər:
- ali təhsil;
- təhsil sahəsində ən azı 5-7 il iş təcrübəsi;
- kompüter bacarıqları;
- Azərbaycan dili – səlis; ingilis, rus və ya türk dilləri arzuolunandır.
Yuxarıdakı tələblərə cavab verən namizədlər 3 mərhələli seçim əsasında müəyyən ediləcək.
- Müraciət formasının və tərcümeyi- halın (CV) qiymətləndirilməsi;
- Yazılı imtahan nəticəsinin qiymətləndirilməsi;
- Müsahibənin nəticəsi.
Maraqlananlar müraciət formasını http://www.khazar.org/e6241/ELAN/az veb səhifəsindən
yükləyib tərcümeyi-hal (CV) ilə birlikdə aşağıdakı elektron ünvana
göndərə bilərlər:development@khazar.org
Son müraciət tarixi: 30 sentyabr 2014

Комментариев нет:
Отправить комментарий