İnsan var güzgüyə baxıb, orda olan ləkəni
görür, insan da var ki, güzgüyə baxıb onun
arxasında olan gözəlliyi görür.
görür, insan da var ki, güzgüyə baxıb onun
arxasında olan gözəlliyi görür.
HÖTE
Niyə bu həyatı sevirəm bu qədər?
Sevirəm.Bəli.Buna əminəm.Bilmirəm niyə amma səni
özümdən də çox sevirəm.Səbəbini özümə açıqlaya bilmirəm bunun amma sənsizlik
ölümdür mənə. Hər dəfə “Səni niyə sevirəm?” sualına 1 fərqli cavabım olur.Amma
hər cavab mənə səni niyə bu qədər çox sevdiyimi açıqlyır. Əvəllər bu həyatı sevmirdim. Tək həyatı yox
heç insanlarıda sevmirdim. Yaradanla bir ədavətim var idi. San ki içimdə bir
mübarizə aparırdım. Zaman keçdi hamı kimi bir vaxt gəldi Məndə hərbi xidmətə
yollandım. Bax Burda oldugum 3 il Məni həyata baglanmagı, sevməyi, özümə
inamagı və əsasən Yaradanla mübarizəmə son qoydu. Bax ilk dəfə Məni dəyişən və bu gün Sizlərin sevimlisi olan Ramil
Süleymanova çevirən O, gözəl mələyi tanıdım. Bəli o insanla olan bu 1 illik tanışlıgımın nəticəsində
zamanla dəyişməyə başladım. Amma yenədə içimdə bir üsyan Məni saxlayırdı Dayan
Ramil!! Dəyişmə Sən aldanacaqsan deyirdi. Bu zamanda Yaradan öz sürpirizini etdi. Yeganə
iandıgım və etibar etdiyim, Məni yavaş-yavaş dəyişən insanı Məndən aldı. Onun
getdiyi yerə əslində Mən getməli oldugum halda Yaradan Onu apardı. İlk vaxtlar
Mənə çətinlik oldu. Alışa bilmirdim. Amma Onu məndən alarkən onun mənə dediyi
bir neçə söz : Ramil!!! Unutma gülmək gözəldir. Həyatı sevmək gözəl. Bax Mən
gedirəm, Mən göytdən yalnız Sənə bax biləcəm. Amma Sən yaşayacaqsan,
yaradacaqsan və Mən baxaraq hə Sən dəyişdin deyəcəm və Sənin üçün ordan güləcəm.
Mən güləndə Sən bunu hiss edəcəksən. San ki, göy üzündə göy qurşagı dogacaq.
Bax O, Mən olacam. Səni qabaqda gözləyən ugurlarına sevinəcəm deyərək, əbədi
olaraq gözlərini yumdu və məni tərk etdi. Bax
bu Mənim üçün dəyişməyimə bir təkan oldu. Bəli dəyişdim zamanla həyatı
sevməyə başladım. Bu həyatı sevmək və dəyişməyim üçün düz 10 il lazım
oldu. Bu həyatı Mənim yendən bütün
varlığımla sevməyim ailəm və övladlarım oldu. Onların Mənə və Mənim onlara
yaşadıgım qarşılıqlı sevinc hisləri nəticəsində daha da baglandım.
Bu həyatı bəli sevirdim və sonralar düşünməyə
başladım bu sevinci bu sevgiyi tək ailəmlə sevdiklərimlə paylaşmaq kifayyət
olmayacaq. Qərara aldım ki, Bunu ətrafımdakı insanlarla paylaşım. Müxtəlif
İctimai Birliklər və yerli beynəlxalq qrumların maliyyə dəstəyi ilə ilk öncə Azərbaycandan
kənarda Ukrayna, Tibet, Moldova,Polşa, Gürcüstanda müxtəlif ictimai sosial
layihələrdə çalışdım və insanlara yardım etməyə başladım. 2008-ci ildən etibarən
aktiv Azərbaycanda içləməyə başladım. Qadın zorakılıgı, uşaq hüquqları, ictimai
vəkillik, debat, təlimçilik, ritorik bacriqlar üzrə təlimlər keçməyə başladım.
Bu təlimləri əsasən tələbələrə keçməyə başladım. Bu tələbələrdən bu gün Türkiyədə
Universtetlərdə dərs deyən, müxtəlif
Avropa ölkələrində yaxşı vəzifələrdə işləyənlər var. Azərbaycandada bu tələbələrdən
bu gün müəllim, jurnalist, dövlət qullugunda ugurlu karyera quran insanlar var.
Daha sonra Mədəd Təşkilatında işləməyə başladım. Əsasən müəllimlərlə olan iş
birliyi nəticəsində ugurlu təlimçilər hazırlamaga nail oldum. Onların sayı
100-lərcə. İndi Bu insanlar ugurlu təlimçilərdir. Daha sonra Müəllimlər üçün
sosial servislər təlimində Leyla Mürsəlova, Konul Əliyeva və İranə Əlizadə ilə
olan tanışlıgım nəticəsində, Zaqatala rayonunda Azərbaycan Respublikası
Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ilk maraqlı Sosial
servislərin tədris prossesində istifadəsi təlimlərinə start verildi. Bu Təlimlərin
nəticəsində Zaqatalada 50 gənc müəllimə təlimlər keçdik. Daha sonra Bakıda Nailə Həsənova ilə olan
tanışlıgımız nəticəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin
maliyyə dəstəyi ilə olan ilk təlimiz Bakı şəhər 27 nömrəli tam orta məktəbdə
baş tutdu. Bu layihə çərçivəsində 100 müəllimə bu təlimləri keçdik. Dogurdanda
həyat getdikcə gözəlləşirdi. Daha sonra 2013-cü ildə Leyla Mürsəlova, Könül
Əliyeva və İranə Əlizadə ilə birgə Zaqatala rayonunda Biz WEB
2.0- Passiv Təhsildən
Aktiv Təhsilə dogru qrupunu yaratdıq və eyni adlı təlimə ilk dəfə Zaqatalada
start verdik. Bu təlimlərdə müəllimlərin o gözlərində olan sevinci görmək bir
dünya demək idi. Daha sonra Bakıda oldu. Sevinirəm ki, bu təlimlərimiz belə
ugurlu oldu. Bakıda Bu işdə Mənimlə birgə
axıra kimi Vəfa Vəliyeva və Könül Təhməzova oldu. Bu iki tələbəmlə birgə həm
Bakıda həm də Azərbaycandan kənarda bu təlimləri davam etdirdik. Daha sonra Nərmin
Musayeva, Surə Mehdiyeva, Şəhla Qəribova, Günay Qəmbərova, Sadet Zeynalova, Şəhanə
Bədəlova, Habil Bayramlı,Pərvanə Heydarova, Xəyalə Quluzadə, Gültəkin Rüstəmova
və digər dəyərli təlimçilər yetişdirməyə
nail oldum. Bu insanlarla həyat bizim üçün daha nura boyandı. 2 il müddətində
2000 nəfər Azərbaycan müəlliminə bu təlimləri keçdik.
Hər bir müəllim öz tələbələrinin sevincini görəndə həyat
onun üçün bir cənnətə çevrilir. Sevinirəm ki, Təlimlərimizin sayəsində bu gün
Azərbaycan dilində İnternet resurslarının sayı artmış oldu. Azərbaycanda
keçirilən V Elektron Respublika müsabiqəsində 74 qalibdən ( qaliblər və naminatlar) 70 məhz
Bu sirli Bir toxunuşla yeni dünya kəşf etmək istəyən müəllimlər üçün keçirilən
təlimlərin müdavimləri, təlimçiləri idi.
Bax budur Bizim Təlimin sirri Biz Təlim keçmirik, Biz sabahın müəllimini
hazırlayırıq. Biz o müəllimi sabahımız üçün deyil Bu günümüz üçün hazırlayirıq.
Biz Təlimin sonunda Böyük bir ailəyə çevrilirik.
Dəyərli oxucular! Artıq Yeni Təlimizin əsas fəlsəfəsi
Həyat RƏNGLƏNDİKCƏ GĞZƏLDİRŞ!!! Bu yeni berndimiz. Bu ildə Veb ailəsi olaraq,
qarşımıza məqsəd qoyuruq ki, Yeni peşəkar təlimçilər yetişdirək. Bu ildə məqsədimiz
Müsabiqələrdə Liderliyi ələ almaq üçün kreativ Təlimlər keçməkdir. Bizim Təlimizə
gələn insanlar bəzən sadəcə təlim kimi gəlir. Amma təlim başlayanda sirli aləmdə
oldugunu anlayır. Bu Təlim Sizlərə nə verəcək:
1.
Həyat
dolu Yaşamagı və Yaşatmagı;
2.
Sevməyi
və həamı tərəfindən sevilməyi;
3.
Həyatı
paylaşmagı;
4.
Yeni
kretaiv Biliklər;
5.
Öz
bacarıqlarınızı kəşf etməyi;
6.
Yeni
bacarıqlar;
7.
İnnovativ
müəllimə çevrilməyi;
8.
Ən
əsası özünüzə burda daima Sizi darda qoymayacaq bir ailə böyük Yeni xoşbəxt bir
ilə qazanadıracaq. Daha nagıllarda oldugu kimi, Ələtdinin sehirli lampasından
çıxan nə Cinə nədə ki, Məlikməhəmmədin dara düşəndə yandırdıgı Lələk və köməyə
gələn Zümrüd quşuna ehtiyacınız olmacaq. Bu Təlimdən sonra Həyatınız göy
qurşagı kimi rənglənəcək və uşaqlıq vaxtı olan sevinclərnizi yenidən yaşayacaq
və yaradacaqsınız.

Yaxshi ki, bu heyatda Sizin kimi insanlar var. Teshekkur edirik size, Ramil Suleymanov!
ОтветитьУдалитьTeshekkurler Biz Sizin kimi tecrubeli ve heyat sever muallimlerden ornek alaraq oyrenirirk sonra da oyrediririk
УдалитьRamil muellim allah sizden razi olsun Her zaman oz yazilarinizla urekleri oxuyursunuz Ne yaxsiki varsiniz daim var olun deyerli muellimim !!!
ОтветитьУдалитьÖyrənənlərin öyrədəni,həyatı başqaları ilə paylaşmağı sevən insan,sizi bir daha tanıdım,bir daha da bir ziyalı kimi dəyərləndirdim Ramil müəllim!
ОтветитьУдалитьSizin kimi insanlara gənclərimizin çox ehtiyacı var.Yaşayın,öyrədin.Uğurlarınız bol olsun!!!!!