четверг, 15 января 2015 г.

HƏYAT RƏNGLƏNDİKCƏ GÖZƏL

                                            

  İnsan var güzgüyə baxıb, orda olan ləkəni
  görür, insan  
da var ki, güzgüyə baxıb onun
  arxasında olan gözəlliyi
 görür.
                                         HÖTE

Niyə bu həyatı sevirəm bu qədər?

Sevirəm.Bəli.Buna əminəm.Bilmirəm niyə amma səni özümdən də çox sevirəm.Səbəbini özümə açıqlaya bilmirəm bunun amma sənsizlik ölümdür mənə. Hər dəfə “Səni niyə sevirəm?” sualına 1 fərqli cavabım olur.Amma hər cavab mənə səni niyə bu qədər çox sevdiyimi açıqlyır.  Əvəllər bu həyatı sevmirdim. Tək həyatı yox heç insanlarıda sevmirdim. Yaradanla bir ədavətim var idi. San ki içimdə bir mübarizə aparırdım. Zaman keçdi hamı kimi bir vaxt gəldi Məndə hərbi xidmətə yollandım. Bax Burda oldugum 3 il Məni həyata baglanmagı, sevməyi, özümə inamagı və əsasən Yaradanla mübarizəmə son qoydu.  Bax ilk dəfə Məni dəyişən  və bu gün Sizlərin sevimlisi olan Ramil Süleymanova çevirən O, gözəl mələyi tanıdım.  Bəli o insanla olan bu 1 illik tanışlıgımın nəticəsində zamanla dəyişməyə başladım. Amma yenədə içimdə bir üsyan Məni saxlayırdı Dayan Ramil!! Dəyişmə Sən aldanacaqsan deyirdi.  Bu zamanda Yaradan öz sürpirizini etdi. Yeganə iandıgım və etibar etdiyim, Məni yavaş-yavaş dəyişən insanı Məndən aldı. Onun getdiyi yerə əslində Mən getməli oldugum halda Yaradan Onu apardı. İlk vaxtlar Mənə çətinlik oldu. Alışa bilmirdim. Amma Onu məndən alarkən onun mənə dediyi bir neçə söz : Ramil!!! Unutma gülmək gözəldir. Həyatı sevmək gözəl. Bax Mən gedirəm, Mən göytdən yalnız Sənə bax biləcəm. Amma Sən yaşayacaqsan, yaradacaqsan və Mən baxaraq hə Sən dəyişdin deyəcəm və Sənin üçün ordan güləcəm. Mən güləndə Sən bunu hiss edəcəksən. San ki, göy üzündə göy qurşagı dogacaq. Bax O, Mən olacam. Səni qabaqda gözləyən ugurlarına sevinəcəm deyərək, əbədi olaraq gözlərini yumdu və məni tərk etdi. Bax  bu Mənim üçün dəyişməyimə bir təkan oldu. Bəli dəyişdim zamanla həyatı sevməyə başladım. Bu həyatı sevmək və dəyişməyim üçün düz 10 il lazım oldu.  Bu həyatı Mənim yendən bütün varlığımla sevməyim ailəm və övladlarım oldu. Onların Mənə və Mənim onlara yaşadıgım qarşılıqlı sevinc hisləri nəticəsində daha da baglandım.
Bu həyatı bəli sevirdim və sonralar düşünməyə başladım bu sevinci bu sevgiyi tək ailəmlə sevdiklərimlə paylaşmaq kifayyət olmayacaq. Qərara aldım ki, Bunu ətrafımdakı insanlarla paylaşım. Müxtəlif İctimai Birliklər və yerli beynəlxalq qrumların maliyyə dəstəyi ilə ilk öncə Azərbaycandan kənarda Ukrayna, Tibet, Moldova,Polşa, Gürcüstanda müxtəlif ictimai sosial layihələrdə çalışdım və insanlara yardım etməyə başladım. 2008-ci ildən etibarən aktiv Azərbaycanda içləməyə başladım. Qadın zorakılıgı, uşaq hüquqları, ictimai vəkillik, debat, təlimçilik, ritorik bacriqlar üzrə təlimlər keçməyə başladım. Bu təlimləri əsasən tələbələrə keçməyə başladım. Bu tələbələrdən bu gün Türkiyədə Universtetlərdə dərs deyən,  müxtəlif Avropa ölkələrində yaxşı vəzifələrdə işləyənlər var. Azərbaycandada bu tələbələrdən bu gün müəllim, jurnalist, dövlət qullugunda ugurlu karyera quran insanlar var. Daha sonra Mədəd Təşkilatında işləməyə başladım. Əsasən müəllimlərlə olan iş birliyi nəticəsində ugurlu təlimçilər hazırlamaga nail oldum. Onların sayı 100-lərcə. İndi Bu insanlar ugurlu təlimçilərdir. Daha sonra Müəllimlər üçün sosial servislər təlimində Leyla Mürsəlova, Konul Əliyeva və İranə Əlizadə ilə olan tanışlıgım nəticəsində, Zaqatala rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ilk maraqlı Sosial servislərin tədris prossesində istifadəsi təlimlərinə start verildi. Bu Təlimlərin nəticəsində Zaqatalada 50 gənc müəllimə təlimlər keçdik.  Daha sonra Bakıda Nailə Həsənova ilə olan tanışlıgımız nəticəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə olan ilk təlimiz Bakı şəhər 27 nömrəli tam orta məktəbdə baş tutdu. Bu layihə çərçivəsində 100 müəllimə bu təlimləri keçdik. Dogurdanda həyat getdikcə gözəlləşirdi. Daha sonra 2013-cü ildə Leyla Mürsəlova, Könül Əliyeva və İranə Əlizadə ilə birgə Zaqatala rayonunda Biz WEB 2.0- Passiv Təhsildən Aktiv Təhsilə dogru qrupunu yaratdıq və eyni adlı təlimə ilk dəfə Zaqatalada start verdik. Bu təlimlərdə müəllimlərin o gözlərində olan sevinci görmək bir dünya demək idi. Daha sonra Bakıda oldu. Sevinirəm ki, bu təlimlərimiz belə ugurlu oldu.  Bakıda Bu işdə Mənimlə birgə axıra kimi Vəfa Vəliyeva və Könül Təhməzova oldu. Bu iki tələbəmlə birgə həm Bakıda həm də Azərbaycandan kənarda bu təlimləri davam etdirdik. Daha sonra Nərmin Musayeva, Surə Mehdiyeva, Şəhla Qəribova, Günay Qəmbərova, Sadet Zeynalova, Şəhanə Bədəlova, Habil Bayramlı,Pərvanə Heydarova, Xəyalə Quluzadə, Gültəkin Rüstəmova və digər dəyərli təlimçilər yetişdirməyə  nail oldum. Bu insanlarla həyat bizim üçün daha nura boyandı. 2 il müddətində 2000 nəfər Azərbaycan müəlliminə bu təlimləri keçdik. 
Hər bir müəllim öz tələbələrinin sevincini görəndə həyat onun üçün bir cənnətə çevrilir. Sevinirəm ki, Təlimlərimizin sayəsində bu gün Azərbaycan dilində İnternet resurslarının sayı artmış oldu. Azərbaycanda keçirilən V Elektron Respublika müsabiqəsində  74 qalibdən ( qaliblər və naminatlar) 70 məhz Bu sirli Bir toxunuşla yeni dünya kəşf etmək istəyən müəllimlər üçün keçirilən təlimlərin müdavimləri, təlimçiləri idi.  Bax budur Bizim Təlimin sirri Biz Təlim keçmirik, Biz sabahın müəllimini hazırlayırıq. Biz o müəllimi sabahımız üçün deyil Bu günümüz üçün hazırlayirıq. Biz Təlimin sonunda Böyük bir ailəyə çevrilirik.

Dəyərli oxucular! Artıq Yeni Təlimizin əsas fəlsəfəsi Həyat RƏNGLƏNDİKCƏ GĞZƏLDİRŞ!!! Bu yeni berndimiz. Bu ildə Veb ailəsi olaraq, qarşımıza məqsəd qoyuruq ki, Yeni peşəkar təlimçilər yetişdirək. Bu ildə məqsədimiz Müsabiqələrdə Liderliyi ələ almaq üçün kreativ Təlimlər keçməkdir. Bizim Təlimizə gələn insanlar bəzən sadəcə təlim kimi gəlir. Amma təlim başlayanda sirli aləmdə oldugunu anlayır. Bu Təlim Sizlərə nə verəcək:
1.     Həyat dolu Yaşamagı və Yaşatmagı;
2.     Sevməyi və həamı tərəfindən sevilməyi;
3.     Həyatı paylaşmagı;
4.     Yeni kretaiv Biliklər;
5.     Öz bacarıqlarınızı kəşf etməyi;
6.     Yeni bacarıqlar;
7.     İnnovativ müəllimə çevrilməyi;

8.     Ən əsası özünüzə burda daima Sizi darda qoymayacaq bir ailə böyük Yeni xoşbəxt bir ilə qazanadıracaq. Daha nagıllarda oldugu kimi, Ələtdinin sehirli lampasından çıxan nə Cinə nədə ki, Məlikməhəmmədin dara düşəndə yandırdıgı Lələk və köməyə gələn Zümrüd quşuna ehtiyacınız olmacaq. Bu Təlimdən sonra Həyatınız göy qurşagı kimi rənglənəcək və uşaqlıq vaxtı olan sevinclərnizi yenidən yaşayacaq və yaradacaqsınız. 

4 комментария:

  1. Yaxshi ki, bu heyatda Sizin kimi insanlar var. Teshekkur edirik size, Ramil Suleymanov!

    ОтветитьУдалить
    Ответы
    1. Teshekkurler Biz Sizin kimi tecrubeli ve heyat sever muallimlerden ornek alaraq oyrenirirk sonra da oyrediririk

      Удалить
  2. Ramil muellim allah sizden razi olsun Her zaman oz yazilarinizla urekleri oxuyursunuz Ne yaxsiki varsiniz daim var olun deyerli muellimim !!!

    ОтветитьУдалить
  3. Öyrənənlərin öyrədəni,həyatı başqaları ilə paylaşmağı sevən insan,sizi bir daha tanıdım,bir daha da bir ziyalı kimi dəyərləndirdim Ramil müəllim!
    Sizin kimi insanlara gənclərimizin çox ehtiyacı var.Yaşayın,öyrədin.Uğurlarınız bol olsun!!!!!

    ОтветитьУдалить