Təvəkkül
etsəniz, gözəl görərsiniz, çünki haqqınızdakı hər şeyin xeyirlisi olacağına
inanarsınız. Elə isə bunu ömürboyu davam etdirin. Unutmayın ki, "Kimsə
görmək istəməyənlər qədər kor deyildir." (Conatan Svift)Uşaqlıq dövrləri
iztirabla keçmişdi. Yoxluq, dərd, qəm, kədər sanki onu təqib edirdi. İçki
düşkünü atanın yanında böyümüşdü. Hələ kiçik yaşlarından döyülür,vurulur, pul
qazanmağa məcbur edilirdi. Atılan hər addımı əngəl dənizinin sahilinə varırdı.
Lakin o, bütün bunlara sinə gərir, bir qəhərman ədası ilə mübarizə aparırdı.
Çox keçmədən adı əfsanə olmuşdu. Milyonları
sənətinə heyran buraxan Lyudviq van Bethoven. Qət etdiyi məsafələrə, ram etdiyi
əngəllərə baxaraq “Bir neçə milçəyin sancması qaçmağa əzm etmiş atı dayandıra
bilməz”, - deyirdi. Bunları dilə gətirərkən isə baş verəcək böyük fəlakətdən
xəbərsiz idi.
Təbiətdə duyduğu səsləri notlara
tökən, əsərləri ilə ruhları sehrləyən böyük bəstəkar bir gecə şimşək işığı ilə
yuxudan oyandı. Güclü yağış yağır, ildırım çaxırdı. Ancaq o, gördüklərini eşidə
bilmirdi. Bu bəstəkar üçün bəlaların ən böyüyü deyilmiydi? Kar olmuşdu.
Bethoven
bir müddət depressiya keçirdi, hətta intihara belə cəhd etdi. Lakin sonra özünü
topladı. Əngəllər nə olursa, olsun, o, sənətini davam etdirməli idi.
Əzmlə
çalışır, heç nəyə məhəl qoymurdu. Səssizlik aləmində dünyanın ən gözəl
bəstəsini planlayırdı. Doqquzuncu simfoniya ərsəyə çıxmaq üzərəydi.
Mütəxəsislər Şillerin bir şeiri üzərinə bəstələnən bu simfoniyanı
Bethoven yaradıcılığının ən yüksək zirvəsi hesab edirlər.
Nəhayət,
simfoniyanın təqdimat mərasimi idi. Bütün israrlara baxmayaraq, Bethoven
drijorluğu da öz öhdəsinə götürmək istəyirdi. Ətrafdakı səsləri duymadan
bəstəkar ruhundakı incəlikləri notlarla təcəssüm etdirə bilərdi, drijorluq
etmək üçün isə eşitmək vacib idi. Razı sala bilmədilər. Beləcə, Bethoven ən
gözəl əsərinin təqdimat mərasiminin drijoruydu.
Simfoniya
səsləndikcə, hər kəs bu füsunkar sənətin qarşısında fərəhyab olurdu. Onun
dahiliyi bir daha anlaşılır, əngəllərlə mübarizənin mütləq zəfəri gözlər önünə
sərilirdi. Drijor çubuğu havada rəqs edir, heyət bütün əzmini ortaya qoyur,
inanılmazı bacarırdı.
Artıq
simfoniya qurtarmışdı. Bethoven isə eşitmədiyinə görə hələ də göstəriş verirdi.
İşarə ilə əsərin bitdiyini bildirdilər. Geriyə dönərkən bütün tamaşaçılar tərəfindən
ayaq üstə alqışlandığını gördü. Eşitməsə də, üzlərdəki təbəssümdən anlamışdı
bəstəsinin bəyənildiyini. Çətinlikləri dəf edərək müvəffəqiyyət qazanmış,
gurultulu alqışları haqq etmişdi. Əslində bunlar, onun illər əvvəl dediyi sözə
sədaqətinin mükafatıydı.
“Bir
neçə milçəyin sancması qaçmağa əzm etmiş atı dayandıra bilməz.”
Həyat
yolçuluğunu qət edərkən əngəllərlə qarşılaşmanız labüddür. Fəsillərin
baharı-qışı, yolların enişi-yoxuşu olduğu kimi qazanılmış uğurların da
təməlində zəhmət, tər, əngəl və göz yaşı vardır. Heç kəs müvəffəqiyyəti əli
cibində qazanmamışdır.
Artıq
olmaz, deyəcəksiniz. Bundan belə alınmaz, düşünəcəksiniz. Hər yan
çovğun-boran olacaq. Gözyaşınız üzünüzdə donacaq. Yalnızlığı iliklərinizə qədər
duyacaqsınız. Axan çaylar duracaq. Bəlkə, günəş belə sizi işığından məhrum
qoyacaq. Dərin bir quyada can çəkişəcəksiniz. Cəhdləriniz boşuna çıxacaq.
Ucsuz-bucaqsız problem dənizindən qurtulub sahilə çatdım deyərkən zəminə çıxmaq
üçün önünüzdə böyük bir zirvənin peyda olduğunu görəcəksiniz. Əzminiz bitəcək,
səbriniz tükənəcək, taqətdən düşəcəksiniz. Çarəsizsiniz. Demək ki,
əngəlləriniz yavaş-yavaş öz vəzifəsini icra edir. Əngəlləriniz deyirəm, çünki
onları çıxılmaz olaraq qəbul edib əngəl kimi görən sizsiniz.
Halbuki
öhdəsindən gəlinməyəcək problem yoxdur. Aşılmaz görünən zirvələr dəfələrlə
aşılmışdır. Elə isə müvəffəqiyyətinizin qarşısına dikilən əngəllərinizlə
mübarizə aparın. Unutmayın, çarasizliyinizin yeganə çarəsi sizsiniz.
İnsanların
böyük əksəriyyətini daim təqib edən əngəllərə nəzər yetirək:
-
Ətraf mühitin təsiri;
-
Utanma;
-
Özünü kiçik görmə;

Комментариев нет:
Отправить комментарий