воскресенье, 27 марта 2016 г.

Təhsildə Sosial Servislər təlimi uğurla davam edir

           Müasir tələblərə texnologiyalar və texnologiyaların pedoqoji imkanlarından istifadə etmək bilik və bacarıqları da daxildir. Şagird, tələbə, müəllim və təhsil müəssisələrini idarə edənlər bu tələblərə cavab vermək üçün daim təqdiqatda olmalı, imkanlar yaratmalı, imkanları bilik və bacarıqlara çevirməlidirlər.

  İnternet və internetin imkanlarından təhsil məqsədləri üçün istifadə də müasir təhsil siyasətinin əsas prioritet məqsədlərindən biridir.
  İnternetin imkanlarından biri olan veb 2.0 texnologiyalarını təhsil məqsədləri üçün istifadə edilməsi, layihə metodundan istifadə etməklə bu imkanları təhsilə tətbiq edilməsi şagird və tələbələrin  tənqidi və yaradıcı təfəkkürlü şəxsiyyətlər kimi yetişməsinə yardım edən vacib amillərdən biridir.
  Öyrənmə təcrid olunmuş və sabit bir proses deyil. Bu səbəbədən müəllimlər “tənqidi pedaqoqikaya”ya müraciət etməlidirlər. Bu fəaliyyət çərçivəsində, müəllimlər biliyi idarə edən şəxsdən müxtəlif əqli və sosial problemlərdə bacarıqların tətbiq olunmasına yardım edən şəxsə çevrilirlər. 

Комментариев нет:

Отправить комментарий