среда, 30 марта 2016 г.

ƏSRİN ƏN BÖYÜK QURUCULARI



Bu şəxslər zamanında düzgün peşə seçimi edərək, öz peşələrinin sirrlərinə dərindən yiyələnərək, Gələcək Karyeralarını elə uğurla qurmuşlar ki, adlarını təşkilatı quruculuq istiqamətində ən uğurlu qurucular kimi tarixin səhifəsinə qırmızı hərflərlə yazmışlar.

1. Stefen Beçtel. İnşaat sektorunun ən məşhur şirkəti “Betçel Korporasiya­sı”­­nın qurucusu.

2. Leo Burnett. Dünyanın ən tanınmış reklamçısı və “Leo Burnett Uorld­vayd” şirkətinin qurucusu.

3. Uillis Carrier. Hava kondisionerləri, isitmə və dondurma sistemləri isteh­salı üzrə dünyanın ən böyük şirkətlərindən biri olan “Karrier Korpo­ra­si­yası”nın qurucusu və hava kondisionerlərinin ilk ixtiraçısı.

4. Uolt Disney. “Uolt Disney Korporasiyası”nın qurucusu və animasiya mul­ti­mediasının ilk imperatoru.

5. Henri Ford. “Ford Motor” şirkətinin qurucusu və avtomobil dünyasının bir nömrəli adamı. İlk dəfə kütləvi maşın istehsalı prosesini təqbiq edən və işçi­lərə yüksək məvacib verərək ABŞ-da orta təbəqə əhalinin forma­laş­ma­sın­da önəmli rol oynayan insan.

6. Bill Qeyts. 46.5 milyard ABŞ dolları mal varlığı ilə dünyanın ən zəngin adamı və mikrokompüter sahəsinin pionerlərindən olan “Microsoft şirkəti”­nin qurucusu

7. Amadeo Qiannini. “Bank of America”nın qurucusu və bir çox müasir bank əməliyyatlarının təşəbbüsçüsü.

8. Rey Krok. Makdonald qardaşlarının 1940-cı ildə açdıqları restoranı alıb 1955-ci ildə “Makdonalds Korporasiyası”nı quraraq, “fast-food” sənayesin-də­ inqilab yaradan adam.

9. Este Lauder. Parfümeriya və kosmetika sahəsində dünyanın ən nəhəng şir­kət­lərindən biri olan “Este Lauder” şirkətinin qurucu

10. Uilliam Levitt. Müasir amerikan suburbanizasiyasının atası hesab edi­lən adam.

11. Luis B. Mayer. Dünyanın ilk kino rejissorlarından biri.

12. Laki Lusiano. Müasir cinayət sindikatının atası hesab olunan insan

13. Çarles Merril. “Merril Linç” şirkətinin qurucusu və amerika xalqının səhmdar xalq olmasında önəmli rol oynamış insan

14.  Akio Morita. “Soni” şirkətinin güvənli marka olmasında böyük rolu olan iş adamı və volkmenin ixtiraçısı.

15.  Ualter Reuter. İşçi haqqlarının müdafiəsi naminə çalışan və bu konteksli hərəkatlara öndərlik etmiş adam

16.  Pete Rozelle. Milli futbol liqasının dünyanın ən məşhur idman oyun­ları liqası olmasında mühim rolu olan insan

17.  David Sarnoff. “Radio Corporation of America” şirkətinin idarəçilərin­dən biri.

 18. Juan Trippe. Hava limanı sahibi və bu sahənin pionerlərindən biri.

19.  Sem Uolton. ABŞ-ın pərakəndə satışla məşğul olan nəhəng şirkəti “Wal-Mart”ın qurucusu.

20.  Tomas Uotson. “IBM”in qurucusu və vəfat etdiyi zamanlarda dünya­nın­ ən böyük satıcısı hesab olunan adam.

Yuxarıda adı göstərilən insanların hər biri tarixdə öz adlarını yazmış insanlardır.

______________Boşluğa adınızı yazın. Bu sizsiniz. Böyük bir sər­vətin və nəhəng bir şirkətin sahibisiniz. Sahənizdə tayı-bərabəri olmayan yek mü­tə­xəssissiniz. Və budur, son model “Rolls Roys”unuzdan aşağı endiniz. Bir anda ətrafınızda media nümayəndələri, yoldan keçən  insanlar toplandı. Siz heç kəsə fikir vermədən əmin addımlarla kitab evinə daxil oldunuz. Böyük oxucu kütləsinin marağını cəlb edən “UĞURLU TƏLİM PEŞƏLƏRİ, ONLARIN SEÇİMİ, SEÇİMLƏR ZAMANI YARANAN ÇƏTİNLİKLƏR VƏ ONLARIN ARADAN QALDIRILMA YOLLARI” adlı kitabı almaq idi məqsədiniz. Kitabı əlinizə götürüb səhifələdiniz. “Əsrin ən böyük qurucuları və təşəbbüsçüləri” başlıqlı yazıda öz adınızı gördünüz. Sizə nə həyəcanlandırıcı, nə də təəccüblü gəldi... Çünki reallıq belə idi. Özümüzdə yox dediyimiz, gizlətməyə çalışdığımız xüsusiyyətləri başqalarına yansıdılmış görürük. Yetər ki, qabiliyyətlərimizə işıq tutmağa istəkli olaq. Biz dəyişdiyimizdə ətrafımızın dəyişdiyini görmək daha keyfli olacaq.Əgər dəyişməyə hazırıqsa, necə dəyişəcəyik? Bizi hansı yollar müvəffəqiyyətə götürəcək? Müvəffəqiyyət şans işidirmi, yoxsa onun da prinsipləri var? Deməli, müvəffəqiyyət şərtlərinə riayət edilmiş fəaliyyətlərin məntiqi nəticəsidir. Ona qovuşmaq üçün nə lələyi yandırılaraq gələn zümrüd quşuna, nə də Ələddinin sehrli çırağından çıxan cinə ehtiyac var. Sadəcə prinsip və şərtlərinə əməl etmək, əmin addımlarla müvəffəqiyyətə doğru irəliləmək lazımdır. Buyur, yol sənindir. Yolçu yolunda gərək.

Комментариев нет:

Отправить комментарий