“Gənclər dini zorakılığa qarşı” layihəsinə Zaqatala və Balakən rayonlarında start verildi.
27.08.2016-cı
il tarixdə Zaqatala rayonunda Bakı İslam Universiteteinin Zaqatala filialında
və Balakən rayon Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə dəstəyi ilə “Demokratik Gənclər” ictimai birliyi tərəfindən
“Gənclər dini zorakılığa qarşı” layihəsinin başlanması barədə təqdimat
keçirilib. Təqdimat şəhərin və region üzrə gəncələr təşkilatlarının
nümayəndələri və Zaqatala rayon İcra
hakimiyyətinin müavini İlqar Vəliyev, Zaqatala rayon qazısı Malik Bilalov,
QMİ-nin nümayəndəsi Rasim Musayev, Zaqatala rayon Bələdiyyəsinin sədri , Dini
Qrumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala rayon şöbəsinin müdiri Mehman
İsmaılov, Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev və kənd məscidlərinin
imamları iştirak etmişdir.
Balakən
rayonunda keçirilən tədbirdə Balakən rayon İcra hakimiyyətinin ictimayyətlə
əlaqələr şöbəsinin müdür müavini Fariz Nəcəfov, Gənclər İdman İdarəsinin Gənclər
sektorunun nümayəndəsi Atayev Elvin, Dini Dini Qrumlarla İş üzrə Dövlət
Komitəsinin Balakən rayon şöbəsinin baş
məsləhətçisi Elvin Qarayev vərayon fəalları iştirak edirdi. Tədbir
zamanı layihənin rəhbəri Ramil Süleymanov layihənin məqsədi və layihənin icra
planı barədə geniş məlumat vermişdir. Beləki, layihənin əsas məqsədi region
gəncləri arasında tolerantlıq, dini dözümlülük, radikallıq mənfi fəasadları
barədə məlumatlandırmaqdır. Layihə çərçivəsində Zaqatala və Balakən
rayonlarında mütamadi olaraq, tədbirlər həyata keçiriləcəkdir. Layihə
çərçivəsində informasiya bülletenləri, bukletlər nəşr olunacaq. Gənclərin real,
praktik bilik və bacarıqlarını artırmaq məqsədi ilə treyninqlər təşkil
olunacaq. Treyninq müddətində bilik və bacarıqlarını artırmaq məqsədi ilə Bakı
və digər böyük şəhərlərin aktiv gənclər təşkilatları ilə təcrübə mübadiləsi
təşkil olunacaqdır. Qərara alındı ki, sentyabr -oktyabr aylarında Zaqatala və
Balakən rayonlarında ucqar kənd məktəblərində bu kəndlərdə yerləşən ictimai
iaşə obyektlərində yerli gənclərlə maarifləndirici görüşlər keçirikləcək. Bu
görüşdə Demokratik Gənclər İctimai Birliyin təlimçi və eksöertləri ilə yanaşı
RİH və DQİDK-nin yerli nümayəndələridə iştirak edəcək.
Комментариев нет:
Отправить комментарий