İKT təlimləri üçün təlimçi seçimi
“İTE - Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi
“Fənn müəllimləri və inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılması” layihəsi çərçivəsində təlimçi fəaliyyəti göstərmək istəyən müəllimlərin nəzərinə:
Elan
Bakı şəhərində “İTE - Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində fənn müəllimləri və inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılması istiqamətində təlimlər keçiriləcək.
Bu məqsədlə “İTE - Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi Təlimçi seçimi elan edir. Təlimçi Təlimində iştirak ÖDƏNİŞSİZDİR. Təlimçilərin seçimi aşağıdakı mərhələlərlə aparılacaq:
· CV-lərin baxılması;
· Müsahibə;
· Təlimçiliyə namizədlər üçün Təlimçi Təlimləri;
· Təlim təcrübəsi (praktika).
Namizədlər üçün tələblər:
- Pedaqoji ali təhsil
- Pedaqoji sahədə minimum 3(üç) illik iş təcrübəsi
- İKT-dən sərbəst istifadə bacarığı (MS Office paketi, Veb 2 alətləri, İnteraktiv lövhə)
- Liderlik bacarığı
- Kommunikativ bacarıqları
- Yüksək motivasiya
- Səmərəli qərar qəbuletmə bacarığı
- Nəticəyönümlülük
- Məntiqi düşüncə bacarığı
İştirak etmək istəyənlər CV-lərini 10 sentyabr 2016-cı il tarixinə qədər “Təlimçi” adı ilə aşağıdakı ünvana göndərməlidirlər:
“İTE-Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi: hr@ite.az Əlavə məlumat üçün əlaqə vasitələri: Tel.: (+99412) 530 82 95
Mob.: (+99450) 250 14 15

Комментариев нет:
Отправить комментарий